İrəvanda təhlükəli Maydan ssenarisi gerçəkləşir – Şapovalov

Ermənistanda baş verənlərlə 4 il əvvəl Ukraynada baş tutan silahlı çevriliş hadisələri arasında narahatlıq yaradan bir oxşarlıq var.

Turkustan.info xəbər verir ki, bu sözləri siyasi ekspert Vladimir Şapovalov Ermənistan keçirilən nümayişləri şərh edərkən deyib.

Anlitikin sözlərinə görə, “rəngli inqilab”ların ssenarisi dəyişmir, çünki mövcud ssenari effektivliyini tam şəkildə sübut edib.

İrəvan hadisələrinin gedişini təhlil edən və onu Kiyevdəki oxşar hərəkətlərlə müqayisə edən Şapovalov bildirib ki, “azad dünya”nın Qərb lobbiçiləri sınaqdan keçirilmiş ssenaridən kənara çıxmayaraq hərəkət edirlər. ABŞ-ın rəhbərlik etdiyi Qərbin məqsədi postsovet məkanı ərazilərində dominant rolunu bərpa etmək, idealda isə – Rusiyanı hər tərəfdən mühasirəyə almaqdır.

“ABŞ situativ ssenarini dəyişməyərək Kiyevdə çaşqın insanların ilk əmirdəcə öldürməyə hazır olduqları vaxtda etdiyi kimi “İrəvan Maydanına” da psixotrop maddələrlə doldurulmuş həmin “peçenye”ləri gətirir. Bundan sonra damlarda iki düşərgədən də olan insanları hədəf alaraq məhv edən snayperlərin olması gözlənilir”, – ekspert bildirib.   /Axar.az/