Gün: Aprel 24, 2018

Rusiya niyə İrəvan aksiyalarına müdaxilə etmədi? – Şok səbəb

Ermənistandakı hadisələrdə daxili amillər, xalq faktoru ilk sıradadır. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, amma xarici faktorların da rolunu tam inkar etmək də doğru deyil: “Xüsusən də, Ermənistanda iki hərbi baza saxlayan, ölkə iqtisadiyyatının strateji sahələrinə nəzarət edən Rusiyanın kənarda dayanıb baş […]

Sumqayıtda evə ikinci dəfə girən oğru iş başında BELƏ YAXALANDI – VİDEO

Sumqayıtda oğurluq faktının üstü açılıb.şəhərin 34-cü məhəlləsində Nadir Şiriyevə məxsus ev 15/16, mənzil 42-dən oğurluq edilib. Mənzil sahibi hadisəylə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Əskərov İlqar Əskər oğlu həmin mənzilə növbəti dəfə […]

“Lider” TV efirində biabırçı söhbətlər: “Mən başlasam…” – VİDEO

“Lider”-in efirində, Könül Yusifqızının “Yarasa” proqramında baş verənlər tamaşaçıların hiddətinə səbəb olub.  Turkustan.info bildirir ki, verilişin aparıcısı ilk öncə “şey” sözü ətrafında danışaraq qəribə şəkildə qəhqəhə çəkməyə başlayıb.  Daha sonra isə qonaqlardan biri, Gülya Bakinskaya adlı müğənni çıxış edərkən “mən başlasam, türkün məsəli qurtarmaq bilmirəm” sözlərini işlədib. Tamaşaçıların qınağına səbəb […]

Azərbaycan Ermənistanı QORXUYA SALDI – İrəvan rəhbərliyi TƏCİLİ TOPLANDI

Serj Sarkisyanın istefasından sonra baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan Təhlükəsizlik Şurasının iclasını keçirib. Turkustan.info Ermənistan mediasına istinadən xəbər verir ki, iclasda müdafiə naziri Viqen Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan, baş nazirin müavini Armen Qevorkyan, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Qeorqi Kutoyan, polis rəisi Vladimir Qasparyan və baş qərargah […]

Rusiya Ermənistandan çıxarılır? – Bu bəyanat Putini ŞOKA SALACAQ

“Rusiya ilə Ermənistanın münasibətləri çox əhəmiyyətlidir, amma münasibətlərdə problemlər var və onları həll etmək lazımdır”. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı, parlamentin “Yelk” fraksiyasının üzvü Nikol Paşinyan brifinqdə bildirib. Erməni müxalifətinin lideri əlavə edib ki, Rusiyanı qardaş ölkə […]

Danışıqlar baş tutmasa, məcburuq ki… – Ramiz Mehdiyev

Ermənilər böyük dövlət yaratmaq istəyirlər. Onların dənizdən-dənizə adlanan ideyası var. Çox səhv ideyadır, buna heç vaxt nail ola bilməyəcəklər. Bu ideyanın başında kilsə dayanıb. Turkustan.info-nun Axar.az-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev ATV-yə verdiyi müsahibədə deyib. “Bu günləri Serj Sarkisyan, sabah başqası, onlardan […]

Kənddə yaşayanları təhqir edən Metropoliten rəsmisi ÜZR İSTƏDİ

Xəbər verdiyimiz kimi, bu gün “Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın “Facebook”da yazdığı “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” sözləri qalmaqala səbəb olub, hətta ona qarşı “Hamımız kəndçiyik” həştəqi ilə kampaniya başlanılıb. Turkustan.info-nun məlumatına görə, Lalə Babayeva […]

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emaı Zavodunun modernləşdirilməsinin başa çatmasından sonra “Avro-5” standartlı benizinin ixracına başlayacaq. Bu barədə SOCAR-ın nümayəndəsi deyib. O qeyd edib ki, benzin istehsalının həcmi 2,2 milyon ton təşkil edəcək: “Ümumilikdə, modernləşdirmə başa çatdıqdan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton […]

İsrail Suriyadakı “S-300”ləri məhv edəcəyi ilə hədələdi

Suriya Rusiyanın göndərəcəyi “S-300” zenit-raket komplekslərindən İsrail hava qüvvələrinə qarşı istifadə etsə, həmin komplekslər məhv ediləcək. Turkustan.info “Ynetnews”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib. “Bizim üçün vacib olan məsələ Rusiyanın Suriyaya göndərəcəyi müdafiə silahlarının bizə qarşı istifadə olunmamasıdır. Kim olur olsun, bizim təyyarələrə atəş açsa, […]

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi

Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski “Xatırlayıram və tələb edirəm” Rusiya cəmiyyətinin mitinqinin gedişində Moskva ilə Yerevan arasında dəmiryol əlaqəsinin yaradılmasını təklif edib. Turkustan.info RİA “Novosti”yə istinadən xəbər verir ki, çıxışında Jirinovski deyib: “Mən Tbilisidən keçməklə Yerevan-Moskva qatarına minməyə macal tapmaq istərdim. Sürətli qatar olsun – 20 saata Yerevandan Moskvaya çatsın”. […]

Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı

2018-ci ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6.2 mlrd. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə çoxdur. Turkustan.info bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. […]

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”

Balkanlarda Azərbaycanı fəal müdafiə edən siyasətçi, Makedoniya Türk Hərəkatı Partiyasının rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu yeni təyinat münasibətilə təbrik edib.  Bu barədə məlumatı Turkustan.info-ya diaspor üzrə araşdırmaçı-yazar Elnur Eltürk verib.  Enes İbrahim bu təyinatla bağlı deyib: “Fuad Muradovu […]

Azərbaycan polisinin 100 illiyi ilə bağlı layihəyə start verildi

Layihə cəmiyyətdə polisin ictimai nüfuzunun artırılması və polisə ictimai dəstəkdən ibarətdir. “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra ediləcək “Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsi 3 ay davam edəcək. Layihənin əsas […]

Fransadan Novruz Məmmədova təbrik gəldi

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası Novruz Məmmədovunun baş nazir təyinatı ilə bağlı açıqlama yayıb. Turkustan.info-ya verilən açıqlamada deyilir : – Azərbaycanın Baş naziri vəzifəsinə Novruz Məmmədovun təyinatı gözəl xəbər oldu. Novruz Məmmədov Fransanın mühüm dostudur, fransız dili üzrə mütəxəssisdir və bununla yanaşı 2003-cü ildən bu yana Azərbaycan Dillər Universitetində leksikologiya və metedologiya […]

İlham Əliyev Türkiyədədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfər edib. Turkustan.info xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. […]

Nazim İbrahimov Ramiz Mehdiyevə cavab verdi: “… Olmayıb”

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təqdimatında sabiq sədr Nazim İbrahimovu sərt tənqid edib. Turkustan.info xəbər verir ki, bu barədə unikal.org-a eksklüziv açıqlama verən sabiq komitə sədri Nazim İbrahimov bunları deyib: “Komitədə hər hansı maliyyə pozuntusu olmayıb. Amma Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən […]

“İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə AXC-nin 100 illik yubileyinə dair mədəni tədbir

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə 28 aprel 2018-ci il, saat 14:00–da Bakı Musiqi Akademiyasının ‘Opera’ zalında Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə ‘Bakı K-pop Festivalı 2018’təşkil ediləcəkdir. Turkustan.info bildirir ki, Festivalın keçirilməsində məqsəd ölkəmizdə Koreya mədəniyyəti və musiqisini insanlara tanıtmaq və istedadlı […]

İrəvan qarışdı, Qarabağda yeni taktika İŞƏ SALINIR – Ankaradan Bakıya MÜHÜM TƏKLİF

“Ermənistanda baş verən etiraz aksiyaları gözlənilən hadisələr idi. Ermənistan bölgədə bir layihə dövlətidir və bu gün bu ölkəni kim idarə edirsə, onun müəyyənləşdirdiyi istiqamətdə hərəkət edir. Serj Sarkisyan iqtidarda qala bilmək üçün konstitusiyanı dəyişdirdi və sərt etirazla qarşılandı, nəticədə o istefa verməyə məcbur oldu”. Turkustan.info bildirir ki, bu barədə Publika.az-a açıqlamasında […]

Məcburi köçkünlərin göz müayinəsi

Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2018-ci ilin ilk 3 ayı ərzində  fəaliyyətini uğurla davam etdirib, müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib.   Yeni ilin ilk ayında klinikanın həkimləri Nizami rayonunda məskunlaşan məcburi köçkünlər, İsmayıllı rayonu Hüquq dünyası humanitar ictimai birliyində ehtiyacı olan, eləcə də Abşeron rayonu Zəngilan […]

Nazim İbrahimov qızının toyunu təxirə saldı

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qızının toyunu təxirə salıb. Turkustan.info-nun BakuPost-a istinadən xəbərinə görə, ötən ilin dekabrında nişanlanan Kəmalə İbrahimovanın toyu aprelin 14-də baş tutmalıymış. Hətta toyun məkanı danışılıb, dəvətnamələr də paylanılıbmış. Belə ki, toyun keçiriləcəyi məkan olaraq “Alov qüllələri”ndəki “Fairmont” otellə razılıq əldə olunub. Lakin […]

ADAU-nun BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Qarşılıqlı müqavilə əsasında Kabardin-Balkar Dövlət Aqrar Universitetinin 7 nəfərdən ibarət tələbə heyəti və müəllimləri Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edib. Bir həftə müddətində qonaq tələbələr Aqrar universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin 3-cü kurs tələbələri ilə birgə tədris prosesində iştirak edəcək, qonaq müəllimlər isə baytarlıq və baytarlıq sanitar ekspertizası üzrə […]

Serj Sarkisyanın anası öldü

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistanın keçmiş baş naziri Serj Sarkisyana anasının vəfatı ilə əlaqədar başsağlığı verib. Turkustan.info NSN-ə istinadən xəbər verir ki, Zatulinin sözlərinə görə, baş nazirin istefasının səbəblərindən biri də bu ola bilər. Bundan öncə “Armenpress” Nora Sarkisyanın […]

AŞPA-dan növbədənkənar seçkilə bağlı müraciət: “TƏXİRƏ SALIN”

Avropa Şurası Parlament Assambleyasi növbədənkənar seçkiylə bağlı Türkiyəyə müraciət edib. Turkustan.info xəbər verir ki, Assambleya 24 iyunda keçirilməsi nəzərdə tutulan seçkini təxirə salmağı təklif edib. Buna səbəb kimi isə seçkinin Avropa kriteriyalarına cavab verməyəcəyi göstərilib. AŞPA-da belə hesab edirlər ki, mövcud şərtlər daxilində keçiriləcək seçki Avropa standartlarına uyğun ola bilməz. Xüsusilə […]

Ramiz Mehdiyev Nazim İbrahimovu SƏRT TƏNQİD ETDİ

“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”. Turkustan.info xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz […]

Fərəc Quliyev deputatların maaşından GİLEYLƏNDİ

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Milli Məclisdə də işlər görülməlidir. Milli Məclis bütün strukturların ağırlığını üzərində çəkən qurumdur. Bəzən deputatlar deyir ki, filan strukturların şöbə müdirlərinin xidməti avtomobilləri var, amma parlamentdə yoxdur. O zaman qəzetlərdə yazırlar ki, Milli Məclisin deputatları maşın istəyirlər. Biz deyəndə ki, maaşlar filan nazirliklərin […]

Azərbaycanın gizli silahı klipdə ortaya çıxdı – Türk mediası ŞOKDA – VİDEO

Azərbaycanlı ifaçı Nərmin Kərimbəyovanın 4 dəqiqə 15 saniyəlik klipi Türkiyə mediasında böyük qalmaqala səbəb olub. Turkustan.info bildirir ki, “sozcu.com.tr” saytında dərc olunan xəbərə görə, Azərbaycanın sərhəd təhlükəsizliyini nümayiş etdirən video klipin bir hissəsində Bakının İsraildən aldığı və daha əvvəl məlum olmayan “Typhoon” müdafiə sistemi və radiasiya əleyhinə intihar dronu ortaya çıxıb. Belə […]

Keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədov JURNALİSTLƏRİ TƏHQİR ETDİ: “Kimsiz siz…”

Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetində yer almayan Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qudası, keçmiş Nəqliyyat naziri Ziya Məmmədova görə vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə sosial şəbəkə istifadəçiləri Heydər Əsədovun qudasının qanunsuz əməllərinə görə cəzalandırıldığını qeyd ediblər. Turkustan.info xəbər verir ki, Yayılan xəbərlə bağlı Bizim Yol […]

150 manat təqaüd alan pensiyaçıların banklara borcları bağlansın – TƏKLİF

Bir müəssisəni sağlamlaşdırırıq, amma  nəticədə  minlərlə sahibkarı bankrot  vəziyyətdə qoyuruq. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, bunu “Müflisləşmə və iflas haqqında” qanun layihəsinin müzakirəsində deputat Əlİ Məsimli deyib.  O qeyd edib ki, hər hansı bankın lisenziyası alınırsa sahibkar bundan əziyyət çəkir:  “Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. Dəmir bankın […]

Ərdoğan ermənilərə müraciət etdi

Həyatlarını itirən Osmanlı ermənilərini bir daha hörmətlə yad edirəm. Fürsətdən istifadə edərək eyni dövrdə xəstəliklər, köçlər, müharibə və atışmalar zamanı itirdiyimiz milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 apreldə erməni patriarxlığında keçirilən mərasimlə bağlı mesajında qeyd olunub. “Biz tarix […]

Müharibə hazırlıqları başladı: Türkiyəyə hücum?

Həyatınız boyu kirayə döyüş vasitəsi gördünüzmü? Eşitdinizmi? Vardır yəqin ki, ancaq mən heç kirayə götürülmüş döyüş gəmisi eşitməmişdim. Turkustan.info xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik eksperti Mete Yarar bugünkü məqaləsində bildirib. “Ortada bir savaş yoxdur. İqtisadi cəhətdən batmış bir ölkədən bəhs edirik. Birini 100 milyon avrodan kirayələdilər. Sizcə, müharibə yoxdursa, […]

Ermənilər Azərbaycan mahnısı ilə bayram edir – VİDEO

Ermənilər hakimiyyəti qəsb etmiş Serj Sarkisyanın istefasını ABŞ-ın Los-Anceles ştatında bayram kimi qeyd ediblər. Turkustan.info Kult.az-a istinadən xəbər verir ki, Los-Anceles meriyası önündə toplaşan ermənilər Azərbaycanın musiqi incilərindən olan “Qadan mən alım” mahnısının sədaları altında şənlik keçiriblər. Sözügedən görüntüləri “Amerikanın səsi” radiosu yayıb. Qeyd edək ki, Ələkbər Tağıyevin bəstələdiyi bu mahnı Zeynəb […]

ADAU-da “İnformasiya texnologiyaları sahəsi üzrə karyera imkanları”adlı seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə evinin akt zalında “İnformasiya texnologiyaları sahəsi üzrə karyera imkanları”adlı seminar keçirilib. Turkustan.info bildirir ki, seminar Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökümət Təlim-Tədris Mərkəzi” MMC ilə birgə təşkil olunub. Seminarda universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov çıxışında son illər […]

Parlament işsizlikdən sığorta ilə bağlı cəzaları SƏRTLƏŞDİRDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanun, Cinayət və İnzibati Xətalar məcəllərində cəza mexanizmi ilə bağlı dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Turkustan.info xəbər verir ki, Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilib. Dəyişikliyə əsasən, maddənin adının “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta […]

Əflatun Amaşov hesabata etiraz etdi

“Ombdusmanın hesabatında bu qurumun ümümi fəaliyyəti dolğun əks olunub. Məruzədə bir sıra məsələlər öz əksini tapıb”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Ombudsmanın 2017-ci il üzrə illik məruzəsinə münasibət bildirərkən deyib. Ə. Amaşov […]

Sarkisyan Qarabağa görə qaçdı

Erməni lider müharibədən qorxub. Serj Sarkisyan Qarabağda yeni müharibə ola biləcəyindən ehtiyat edərək tələsik şəkildə baş nazir postunu tərk edib. Bu barədə Rusiya mətbuatı yazır. MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin belə düşünür. “Qarabağdan hansısa addım atmağın lazım olduğu barədə məlumat daxil olmağa başlayıb. Yoxsa Dağlıq Qarabağda yenidən müharibə […]

ABŞ sanksiyaları Azərbaycanı necə varlandırır?

Neft bahalaşır. Neft dünyada baş verən siyasi hadisələr fonunda dəyərini artırmağa davam edir. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, ABŞ-ın İrana qaraşı yeni sanksiyalar tədbiq edə biləcəyi haqqında xəbərlərdən sonra “Brent” markalı neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 75 dolları keçib. Qiymət 2014-cü il noyabrın 27-dən bu vaxtadək ilk […]

Ombudsman amnistiya üçün müraciət etdi

“Elmira Süleymanova o qədər kübar xanımdır ki, adam tənqidi fikirlər söyləmək istəmir. Mən təklif edirəm ki, insan hüquqları ilə bağlı qanun layihəsi hazırlanarkən qanunlar müvəkkilə göndərilsin və onun rəyi öyrənilsin”. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin […]

Erməni terrorçularının lideri öldürüldü

Üçmüədzində “Erkrapa” terrorçular birliyi sədrinin müavini, 46 yaşlı Nver Ovannisyana qarşı sui-qəsd təşkil olunub.  Turkustan.info bununla bağlı Shamshyan.com-a istinadla xəbər verir.  Ovannisyan hücum zamanı aldığı bıçaq xəsarəti nəticəsində ölüb.  Hadisə Aramavir vilayətində baş verib. O, yerli vaxtla 18:50-də Vaqarşapat tibb mərkəzinə çatdırılıb.  Qeyd edək ki, “Erkrapa” qruplaşmasının üzvləri Dağlıq Qarabağda dəfələrlə diversiya və […]

Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndimə işinin təşkili” adlı layihənin icrasına başlanılıb Layihə məişət zorakılığından zərər çəkmiş insanlara xidmət göstərən və “Sosial işçi” […]

Bakının yeni meri o adam olmalıdır… – Deputatlar CAVAB VERDİLƏR

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda  gözlər Bakı Meriyasına yönəlib. Hamı Şəhər İcra Hakimiyyətinin başçısısı vəzifəsinə kimin gətiriləcəyini səbirsizliklə gözləyir. Maraqlıdır, Bakı meri necə biri olmalıdır? Turkustan.info bildirir […]

46 qızı zorlamaqda ittiham edilən falçı danışdı – VİDEO

“Space” TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” proqramında 46 qızı zorlamaqda ittiham edilən falçının açıqlamaları yer alıb. Turkustan.info xəbər verir ki, Ramil Talıbov adlı şəxs baş verən hadisəyə aydınlıq gətirərək, bütün iddiaları rədd edib: “Bu, böhtandır. Falçı qız zorlamır. Məndən pul tələb etmək üçün məni şərləyib ki, guya onu zorlamışam. […]

Paşinyandan hakim partiyaya yeni ultimatum: ““Məxməri inqilabı” yarımçıq qala bilməz”

“Xalq mənə belə bir etimad göstərsə, bundan imtina etmərəm”. Turkustan.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu müxalif “Addım” Hərəkatının sədri, “məxməri inqilab”ın lideri Nikol Paşinyan bildirib. O deyib ki, indi Ermənistanda hakimiyyət xalqın əlindədir: “Obrazlı desək, buna müqavimət göstərmək əhəmiyyətisizdir”. N.Paşinyan qeyd edib ki, aprelin 24-də baş nazirin səlahiyyətlərini icra […]

İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verdi – Sabiq nazir məhkəməyə gələcək

İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verib. O, qanunsuz olaraq həbs edildiyinə görə Mahmudovdan 100 min tələb edir. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki,  Yasamal Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə başlayıb. Xatırladaq ki, “MTN işi”ndə […]

Milli Məclis bu gün 20 məsələyə görə TOPLANIR

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Turkustan.info-nun məlumatına görə, iclasın gündəliyinə 20 məsələ daxildir. Bunlar aşağıdakılardır: 1.“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu. (İkinci səsvermə)  2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında 3. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası qanununun […]

Prezident daha 3 quruma sədr təyin edəcək – Nazirlər Kabinetində boş qalan VƏZİFƏLƏR

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında son iki sərəncamından sonra ölkə başçısının qarşıdakı 7 ildə kimlərlə işləyəcəyi aydınlaşdı. Belə ki, bu sərəncamlarla Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərliyinə təyinatlar həyata keçirildi. Bu təyinatlar sırasında gözlənilənlər də var, gözlənilməyənlər də. Turkustan.info-nun məlumatına görə, yaxın günlərdə […]

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib – FOTOLAR

Türkiyənin Adıyaman bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, silkələnmə  gecə saatlarında olub. Binalara zərər dəyib, 13 nəfər yaralanıb. Zəlzələ ilə əlaqədar məktəblərdə dərslər dayandırılıb. 147 baş ev heyvanının tələf olduğu bildirilir. Qeyd edək ki, bölgədə keçən il də zəzlzələ baş vermişdi.   /Cebhe.info/  

Daha 3 deputat mandatdan məhrum ediləcək

Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun deputat mandatına xitam veriləcək. M.Babayev, V.Hüseynov, F.Muradovun deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Konstitusiyasının […]

Bakı metrosu yenə qarışdı – Vaqonlar boşaldıldı

Bu gün “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatarda problem yaranıb. Turkustan.info xəbər verir ki, qatarın vaqonlarından birinin qapısı “Xalqlar dostluğu” stansiyasında açılmayıb. Ləngimənin qarşısını almaq üçün metro işçiləri qatarın növbəti stansiyaya getməsi qərarı veriblər və beləliklə, sərnişinlər vaqondan düşə bilməyib. “Neftçilər” stansiyasında isə bir neçə dəqiqə qapıların açılmasına çalışılıb […]

İrəvanda inqilab: BMT Qarabağ çağırışı etdi

BMT-nin Baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasının qarşısını almağa çağırıb.  Turkustan.info  xəbər verir ki, bu barədə A.Quterrişin bəyanatında deyilir. “Baş katib, fürsətdən istifadə edərək, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu yaxınlarda təmas xəttində mümkün gərginlik hallarının qarşısını almaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün […]

Sərkisyanın istefası Qarabağa necə təsir edəcək? – De Vaal

Bu istefanın Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi irəliləyişə və böyük bir nailiyyətə gətirib çıxaracağını düşünmürəm. Bu sözləri “Karnegi Avropa” fondunun böyük elmi işçisi, Qarabağ konfliktinin araşdırmaçısı, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal Sərkisyanın istefasının Qarabağ konfliktinə təsiri haqda Axar.az-a danışarkən deyib. “Erməni siyasi elitasında dəyişdirilə bilməyən, Azərbaycanla heç […]

Təhsilimiz kimə etibar edildi?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün 5 ay nazirsiz qalan Təhsil Nazirliyinə təyinatla bağlı sərəncam imzalayıb. Sərəncamla Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin edilib. Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə […]

Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək

“Ermənistanın yeni baş naziri yaxın bir həftə ərzində təyin ediləcək”.  Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkə müxalifətinin lideri Nikol Paşinyan bildirib. “Xalqın seçəcəyi yeni baş nazir yaxın həftə ərzində təyin edilməlidir. Bundan sonra müvəqqəti hökumət formalaşdırılacaq, daha sonra isə növbədənkənar parlament seçkiləri təyin ediləcək”, – o deyib.    […]

Politoloq: Erməni müxalifəti Qarabağ məsələsində daha da radikal mövqe tutub – MÜSAHİBƏ

Nəzakət Məmmədova: “Hakimiyyətə kim gəlir gəlsin, onlar işğalçılıq siyasətini dəstəkləyirlər” Ermənistan hakimiyyətinin regionda Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəhayətdə öz başında çatlayır. Sarkisyan hökumətindən narazı qalan ermənilər istefa tələb edir. Turkustan.info Versus.Az-a istinadən Ermənistanda başladılan etiraz dalğasının səbəb və nəticələri istiqamətində politoloq Nəzakət Məmmədova ilə müzakirəsini təqdim edir. – Nəzakət Xanım, […]

“İrəvandan başlanan yol” – Eynəddin Məmmədovun mübarizəyə səsləyən əsəri

Sahib İBRAHİMLİ Filologiya elmləri namizədi, əməkdar mədənyyət işçisi  Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə  digər çap materialları bu qaim-qədim yurd yerlərimizlə bağlı qan yaddaşımızı daha da möhkəmləndirir, qəlbimizdə düşmənə nifrət və qəzəb hisslərini  çoşdurur, bizi torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizəyə ruhlandırır. Azərbaycan Dövlət Aqrar Universitetinin professoru […]