Gün: Aprel 25, 2018

Bir türk əsgəri şəhid oldu, dördü yaralandı

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 4 əsgər yaralanıb. Turkustan.info-nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə Diyarbəkir əyalətinin Lice rayonunda baş verib. Məlumata görə, əsgərlər terrorçular tərəfindən atəşə tutulub. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başlayıb.   /APA/

Prezidentlərin görüşündə biyabırçılıq – VİDEO

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Biricit Makronu qarşılama mərasimində Donald Tramp və həyat yoldaşı Melaniya Tramp arasında əl-ələ tutmaq üstündə kriz yaşanıb. Turkustan.info qafqazinfo-ya istinadən xəbər verir ki, foto çəkilişi zamanı D.Tramp həyat yoldaşının əlini tutmaq istəsə də, M.Tramp bu istəyi geri çevirib. O, bir neçə cəhddən sonra […]

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi

Rusiyanın Xarici işlər nazirliyi Ermənistanda hadisələrin hüquqi müstəvidə, konstitusiya çərçivəsində inkişaf edəcəyinə ümidvar olduğunu bəyan edib. Turkustan.info xəbər verir ki, bu barədə “İnterfaks” nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb. “Ermənistanda daxili siyasi şəraitin inkişafını diqqətlə izləməyə davam edirik. Bizim ölkələri tarixi ənənəvi dostluq, çoxtərəfli əməkdaşlıq və müttəfiq əlaqələri birləşdirir. Ümid edirik […]

“Pis qoxu gəldiyi üçün mən də metroya minmirəm” – Araz Əlizadə

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayevanın kənd camaatını təhqir etməsinə münasibət bildirib.  Turkustan.info bildirir ki, Araz Əlizadə Sfera.az-a açıqlamasında şəhərli-kəndli ayrı-seçkiliyinə son verilməsinin tərəfdarı olduğunu söyləyib: “Siz gedib yoxlayın görün ki, o qızın özü, əsli haradandır? Onun Bakılı olmasına […]

ABŞ mediası: Rusların “Qiyamət günü” bizi məhv edəcək

Rusiyanın nüvə başlıqlı sualtı pilotsuz texnikası ABŞ-ın bütün sahil zolağını yox edə bilər. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Business İnsider” nəşrində xəbər yayılıb. “100 metr hündürlükdəki radioaktiv dalğalar sahili silib-süpürəcək, sahilə yağacaq radioaktiv yağış isə buraları bir əsr yaşanmaz hala salacaq”, – nəşr yazıb. Qərb mətbuatında “Qiyamət […]

Qarabağda erməni əsgər vuruldu

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Qarabağ torpaqlarında qondarma rejimin əsgəri yaralanıb. Turkustan.info erməni mətbuatına istinadən xəbər verir ki, 25 apreldə təmas xəttinin şimal istiqamətində yerləşən hərbi hissələrini birində 20 yaşlı erməni əsgər Martun Xerunç yaralanıb.   /A24.Az/

Putin Sarkisyana əmr etdi: “Böhran tezliklə aradan qaldırılmalıdır”

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan araında telefon danışığı olub. Turkustan.info xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığında prezidentlər arasında Ermənistandakı cari vəziyyət müzakirə edilib. “Ermənistandakı vəziyyət müzakirə olunub. Putin bildirib ki, qanunvericlik səviyyəsində ölkə daxilindəki böhran tezliklə aradan qaldırılmalıdır”, – deyə […]

Rusiya Suriya qərarını rəsmən açıqladı — “S-300”lər yolda

Ötən həftə Rusiyanın Suriyaya hava hücumundan müdafiə sistemləri göndərəcəyi ilə bağlı yayılan xəbərlər öz rəsmi təsdiqini tapıb. Turkustan.info xəbər verir ki, Rusiya Bəşər Əsədə “S-300” raketlərini göndərməyə hazırlaşır. Rusiya müdafiə nazirliyi Suriya qərarını rəsmən təsdiqləyib. Bildirilir ki, Suriyaya “S-300” hava hücumundan müdafiə sistemləri göndəriləcək.   /Ölkə.Az/

“Qaynarinfo” 11 yaşınını qeyd etdi

Bu gün “Qaynarinfo” portalının 11 yaşı tamam olur. Sayt 2007-ci ilin 25 aprelində fəaliyyətə başlayıb. Zahir Əzəmətin başçılıq etdiyi “Qaynarinfo” yarandığı gündən ölkənin aparıcı mətbuat orqanlarından birinə çevrilib. Sayt bu gün Azərbaycanın ən çox oxunan və istinad olunan mətbu orqanlarından biridi.   Turkustan.info  Zahir Əzəmət başda olmaqla “Qaynarinfo”nun kollektivini təbrik […]

Ermənistan böyük müharibəyə hazırlaşır

Karen Karapetyan iki istiqamətdən birində vəziyyəti gərginləşdirəcək. Ermənistanda küçə nümayişlərinin lideri Nikol Paşinyanla baş naziri əvəz edən Karen Karapetyan arasında dialoqun alınmaması İrəvanda yaxın günlərdə gərgin hadisələrin yaşanacağından xəbər verir. Turkustan.info İstiPress-ə istinadən məlumatına görə, hazırda İrəvanın Respublika meydanında mitinq keçirmək üçün yürüşə çıxan etirazçılar Serj Sarkisyanın istfasından sonra Karen […]

Dünya bu adamdan danışır – Görün necə pul qazanır – VİDEO

Çinli gənc qeyri-adi oyun növü çıxarıb.   Ən çox uşaqları cəlb edən “siçan hansı tərəfə gedəcək” adlı bu oyun qısa zamanda məşhurlaşıb. Burada əsas tələb qabın altından çıxacaq siçanın hansı tərəf gedəcəyini təxmin edərək pul qoymaqdır. Kim həmin yeri düz tapırsa o istiqamətə qoyulan pullar onun, qalanları isə oyun sahibinin […]

Paşinyan hökumətdən dərhal təslim olmağı tələb etdi

“Yelk” fraksiyası Ermənistan müxalifətinin lideri, ölkədə etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Ermənistan KİV-ləri xəbər verir ki, bununla bağlı fraksiyanın bu gün yaydığı bəyanatda vurğulanıb. “Fraksiya Nikol Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəlib”, – sənəddə qeyd olunub.   /virtualaz.org/

Universitetə qəbul olmayan gənclərə şad xəbər – Hərbi xidmətdən…

Ali məktəblərə qəbul olmayan gənclər: Hərbi xidmətdən möhlət hüququ verilə bilər ARB TV-nin “Günə doğru” verilişində ali məktəbə qəbul olmayan gənclərə hərbi xidmətdən möhlət verilməsi ilə bağlı maraqlı sujet yayımlanıb. Ali məktəbə qəbul ola bilməyən gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər. Ancaq hələki bu mexanizim üzərində iş gedir. Təhsil haqqında qanuna edilən dəyişikliyə görə […]

Azərbaycanlı haker erməni saytını dağıtdı, Sarkisyanı ələ saldı – FOTO+VİDEO

Müharibəni döyüş meydanlarından barmaqları arasına daşıyan hakerlərin döyüşü bu gün də davam edir. Xüsusilə Azərbaycanlı hakerlərin erməni saytlarına dağıdıcı hücumu tez-tez mətbuat səhifələrinə çıxır və böyük əks-səda doğurur. Turkustan.info xəbər verir ki, bu dəfə azərbaycanlı haker – digital.mystery ləqəbli “instagram” istifadəçisi öz hesabında məşhur erməni saytlarına hücumu barədə screen paylaşıb. Keçmiş Ermənistan prezidenti Serj […]

İlham Əliyevin Türkiyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri aprelin 25-də başa çatıb. Turkustan.info xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola […]

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi

Daxili İşlər Nazirliyi Bakıda məktəblinin zorakılığa məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeydə edib ki, bəzi KİV-də paytaxtın Xətai rayonundakı məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən guya zorakılığa məruz qalması və döyülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: […]

“Onlar Prezidentin etimadını doğruldacaqlar”

Prezident İlham Əliyevin sərəncamları ilə Nazirlər Kabinetinin tərkibi yenilənib. Yeni Baş nazir Novruz Məmmədovun rəhbərlik edəcəyi hökumətdə bəzi gözlənilməz təyinatlar var. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin edilib. Kənd təsərrüfatı naziri Heydər Əsədovun yerinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar […]

Ermənistanda hakimiyyətə kim gələcək? – “Qarabağ klanı”nın yolu bağlanıb”

Ermənistanda hakimiyyət dəyişikliyi baş nazir Serj Sarkisyanın istefası ilə yekunlaşmayacaq. Hazırda hökumətin idarəçiliyi müvəqqəti hökumətə keçsə də, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Ekspertlərin fikrincə, Ermənistanda yeni seçkilərin keçirilməsi hakim Respublika Partiyasının hakimiyyətdən düşməsi ilə nəticələnəcək. Ancaq seçkilərdə hansı siyasi qüvvənin qalib gələcəyi ilə bağlı müxtəlif siyasi proqnozlar səslənir. Ənənəvi […]

İrəvanın mərkəzi etirazçıların ƏLİNDƏ – Xalq qalib gəldi, baş nazir NİKOLDUR – CANLI YAYIM

İrəvanda etiraz aksiyaları şəhərin bütün mərkəzini tutub. Turkustan.info xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinin müxbiri bildirib. Etirazçıların əsas hissəsi hökumət binasının yerləşdiyi Respublika meydanında toplaşıblar. Hökumət binasının özü polis tərəfindən xüsusi mühafizə altına götürülüb. Binanın vestibüllərində (ictimai binaların daxili girəcəyində böyük dəhliz, geniş eyvan –red.) əllərində avtomat silahları olan xüsusi […]

Ərdoğan Əliyevə söz verdi: 24 iyundan sonra…

24 iyunda keçiriləcək seçkilərdən sonra, inşallah, mən də ilk xarici səfərimi Azərbaycana gerçəkləşdirəcəm. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib. Ərdoğan İlham Əliyevə prezident seçkilərindən sonra ilk səfər yeri kimi Türkiyəni seçdiyinə görə təşəkkür edib. Türkiyə lideri […]

İlham Əliyevin gəlişi şərəfinə Türkiyədə “Can Azərbaycan” mahnısı çalındı – VİDEO

Xəbər verdiyimiz kimi ölkə başçısı İlham Əliyev Türkiyədə rəsmi səfərdədir. Turkustan.info xəbər verir ki, İlham Əliyev Türkiyədə ilk dəfə “Can Azərbaycan” mahnısı ilə qarşılanıb. “Can Azərbaycan” mahnısının ardınca 21 dəfə yayılım atəşi açılıb. 11 aprel prezident seçkilərindən sonra İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinə yenə də diqqət çəkilib.   /A24.Az/  

Türkiyə prezidenti: Qarabağ məsələsində Azərbaycanın yanındayıq

Biz Dağlıq Qarabağ problemini öz problemimiz bilirik və Türkiyə bu məsələdə Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək. Turkustan.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.  “Biz ortaq mövqeyimizi Qarabağda da, Afrində də nümayiş etdirmişik. Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı zamanı Azərbaycan […]

Mətbuat Şurasından “Yarasa” proqramı ilə bağlı – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Lider” telekanalının efirində yayımlanan bayağı görüntülər müzakirələrə səbəb olub. Bayağı səhnələrə ev sahibliyi edən “Yarasa” adlı proqramda efir etikasına uyğun olmayan ifadələrin işlədilməsi ilə bağlı Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Oxu.Az-a açıqlama verərək məsələyə münasibət bildirib: “Yayımçıların efiri daimi nəzarətdədir. […]

Paşinyan Ermənistan baş naziri postuna irəli sürüldü

Ermənistan parlamentində “Yelk” fraksiyası Nikol Paşinyanı rəsmən baş nazir postuna irəli sürüb. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunun üçün 105 nəfərlik parlamentdə “Yelk” fraksiyasının müttəfiqi “Çiçəklənən Ermənistan” partiyası ilə birlikdə 40 deputat kürsüsü var. Respublika və Daşnaksütyun partiyalarının isə birgə kürsü sayı 55-dir. İqtidardakı Respublika partiyası isə erkən seçkilərə […]

QHT-lər Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat yayıb

Beynəlxalq ictimaiyyəti gec də olsa 1918-ci ildə Cənubi Qafqazda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisəsinə siyasi qiymət verməyə və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün sərt sanksiyalar qəbul etməyə çağırırıq. Turkustan.info xəbər verir ki, bu çağırış aprelin 25-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üzvlərinin Quba Soyqırımı Memorial Kompleksində 31 […]

Deputatlarımız NATO PA-nın iclasında Ermənistana etiraz etdilər

“NATO PA-nın Batumidə 97-ci “Rouz-Rout” konfransı keçirilir. İclasda Cənubi Qafqazda davam edən təhlükəsizlik, narahatçılıqlar mövzusunda  müzakirələr aparılır. Müzakirələr zamanı çıxış edən 2 ekspert Cənubi Qafqazdakı vəziyyətlə bağlı çıxış etsələr də, amma demədilər ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib”.  Turkustan.info bildirir ki, bu barədə Modern.az-a açıqlamasında Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət […]

Mehdiyevdən sərt xəbərdarlıq: Onlar həbs olunacaq – Video

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Nazirlər Kabinetinin tərkibinə daxil edilən kadrları təqdim edərkən həm köhnə komandaya, həm də yeni rəhbərlərə mühüm ismarışlar verib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, akademik konkret olaraq “rüşvətxorluğa son qoyulmalıdır” deməklə qurum rəhbərlərinin əsas iş prinsipini müəyyənləşdirib. O, Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovu […]

Saakaşvili İrəvan aksiyasını şərh etdi: Kreml Qarabağda…

Ermənistandakı hadisələr təkcə sosial səbəblərdən yox, həm də antirusiya əhvalından yaranıb. Turkustan.info xəbər verir ki, bunu “Rustavi 2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyb. “Sərkisyanın arxasında bir neçə oliqarx, o cümlədən Rusiyadakı erməni oliqarxları dayanırdır. Onlar Ermənistandakı hər şeyə nəzarət edirdilər. Məhz onlara görə ölkədən əhalinin yarısı qaçmışdı. Ermənistan Rusiyanın […]

ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-da

ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları-pambıqçılıq üzrə mütəxəssis, professor Steven Hague, məsləhət xidməti mütəxəssisi, professor Josh McGinty, tədqiqatçı James Griffin, Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin (“AqroMərkəz”) əməkdaşları Teymur Ağayev, Üzeyir Topçubaşov Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər. Səfərin məqsədi pambıqçılıq sahəsində birgə  elmi-tədqiqat və tədris layihələrinin həyata […]

Zirehli texnika İrəvan küçələrində – Qəzəbli kütlə Sarkisyanın qalasına hücuma KEÇDİ – VİDEO

İrəvanda “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyalarının iştirakçıları hakim Respublika Partiyasının mərkəzi qərargahına doğru irəliləyirlər. Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qərargahın ətrafına əlavə polis gücləri, həmçinin zirehli maşınlar cəlb edilib. Polis qərargahın binasını mühasirəyə alıb. Daha əvvəl mitinqin iştirakçıları […]

Qarabağ cəbhəsində hər an döyüş başlaya bilər

Son günlər Ermənistan gündəmi çalxalanır. Aprelin 13-də Ermənistanın baş naziri seçilən Serj Sarkisyan vəzifəsinin icrasını yarımıq qoymalı oldu. Vəziyyət o həddə gəlib çatdı ki, ölkəni bürüyən etiraz aksiyalarına görə Sarkisyan baş nazir postundan istefa verdi. Sarkisyanın hakimiyyətdən getməsi Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək? Ermənistandakı gərgin vəziyyətin fonunda cəbhədə hərbi […]

Vəzifəyə gedən deputatları kim əvəzləyəcək?

Azərbaycan Milli Məclisinin hökumətdə təyinat alan deputatlarının qanunverici orqanın komitələrində boş qalan yerlərinə namizədlər irəli sürülüb.   Turkustan.info xəbər verir ki,  MM-in mayın 1-də keçiriləcək iclasında Gənclər və idman komitəsində boşalan yerlərə deputatlar Azər Badamovun və Eldəniz Səlimovun namizədliyi irəli sürülüb. Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov […]

Azərbaycanda məktəbdə iyrənc olay: 1-ci sinif şagirdi cinsi təcavüzə məruz qaldı

Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorla hadisəsi baş verib. Həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, məktəbin 1-ci sinif şagirdi 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb. Turkustan.info xəbər verir ki, zorlama hadisəsi ilə bağlı hazırda məktəbin ibtidai sinif şagirdlərin valideynləri məktəbin qarşısında aksiya keçirir. Direktorun şikayətlərinə […]

500 manata kimi cərimə ya …

Mitinq,aksiyalara görə qadağaları pozanlara yeni cəzalar gəlir Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir. Bununla bağlı Azərbaycan prezidenti tərəfindən İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub. Layihəyə görə, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə […]

Evdə hazırlanan bu məhsullara diqqət! – ÖLƏ BİLƏRSİNİZ

Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, qış aylarında da yemək istədiyi üçün ənənəvi üsullardan istifadə edərək, həmin meyvə və tərəvəzləri ev şəraitində konservləşdirir. Bəzən konservləşdirmə prosesinin düzgün aparılmaması ölümlə nəticələnə bilən, tibdə Botulizm zəhərlənməsi adlanan qida zəhərlənmələrinə gətirib çıxara bilir. Qida Təhlükəsizliyi Agentliyi evdə qidaları konservləşdirilmə zamanı […]

Ermənistandakı hadisələr Putin sisteminə qarşı qazanılan qələbədir – Qərb mediası

Ermənistandakı hadisələr Qərb mətbuatında Putinin növbəti məğlubiyyətlərindən biri kimi səciyyələndirilir. Bunu dünya qəzetlərində çıxan rəy və icmallardan görmək mümkündür. “Ermənistan prezidenti Serj Sərkisyan Putinin sadiq müştərisi olub. Lakin o, hakimiyyət dəyişikliyində klassik Putin manevrini həyata keçirdiyi zaman vətəndaşların qəzəbini düzgün qiymələdirmədi”, – “The Washington Post” qəzeti yazır. “Serj Sərkisyanın gedişinin […]

“Quska” Eldar Mahmudovdan və o səfirdən göstərişlər alıb – Həbsin ŞOK DETALLARI

Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək. Musavat.com bildirir ki, bu haqda onun vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil deyib ki, müvəkkili Azərbaycana gətiriləndən sonra istintaq hərəkətləri gerçəkləşdirilməyə başlayıb. Onu vergi cinayətləri ilə bağlı sorğu-sual edirlər. Hüseyn Abdullayev barəsində 6 il […]

Danışıqlar ləğv edildi – Ermənistan daxili qarşıdurmanın BİR ADDIMLIĞINDA

Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icraçısı Karen Karapetyanla planlaşdırılan görüşü ləğv edilib. Turkustan.info “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib. “Nikol Paşinyanla baş nazirin vəzifələrini müvəqqəti icra edən Karen Karapetyan […]

3 il ölümünü gözləyən ömürlük həbs olunan qatilin DƏHŞƏTLİ ETİRAFLARI – VİDEO

ARB TV-nin “Rezonans” verilişində bu dəfə Bəxtiyar Cəfərovun həbsxana hekayələrindən bəhs olunub. Bəxtiyar Cəfərov (ömürlük həbs): “Mingəçevirdə doğulmuşam. Rusiyada yaşayırdım. Qarabağ döyüşləri zamanı silah alıb evə qoymuşdum ki, özümü, ailəmi qoruyum. Evimi axtarıb silahı tapdılar və mənim azərbaycanlıları silahlandırdığım damğasıyla həbs etdilər. 2 il həbs cəzası aldım. Ust-Kut şəhərinin rəisinin […]

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ermənistan öz subyektliyini və suverenliyini yarımçıq bir şəkildə ifadə edən məmləkətdir. Onun ən böyük gözləntisi Azərbaycan və Türkiyə ilə münasibətlərini bərpa etməsidir. Ancaq həmin münasibətlərin olmamasının səbəbkarı elə Ermənistanın özüdür. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı bu […]

İsraildən inanılmaz: Səfirliyi Qüdsə köçürün, pul verək!

Öz səfirliklərini Qüdsə köçürəcək ilk 10 ölkəyə maliyyə yardımının edilməsi ilə bağlı qərar hazırlanır. Turkustan.info xəbər verir ki, bu sözləri Qüds əlaqələri və Miras naziri Zeev Elkin deyib. “Bu yöndə ilk qərarı ABŞ və Qvatemala verdi. Rumıniyada da bənzər məsələ müzakirə edilir. Çexiyada bu mövzu ilə bağlı ciddi görüşlər aparılır. […]

Hər gün yediyimiz Aspartam zəhəri – Həşəratları öldürən maddə qidamızda

Məşhur həkim və naturopat Füzuli Hüseynov bu gun qarşısına çıxan reklamdan qaynaqlanaraq hər gün qidalarla bədənimizə daxil olan Aspartam adlı zəhərli maddə ilə bağlı ilginc açıqlama verib. Turkustan.info Medicina.az-a istinadən həkimin həmin açıqlamasını təqdim edir.  “Səhər işə gələndə önümdə gedən avtobusun üzərində belə bir reklam gördüm: Aspartamsız saqqız. Diqqətimi çəkdi. Amma […]

Tramp yenə erməniləri məyus etdi

ABŞ prezidenti Donald Tramp erməniləri növbəti dəfə məyus edib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp 1915-ci il hadisələrinin 103 illiyi ilə bağlı çıxışında “erməni soyqırımı” ifadəsini işlətməyib. ABŞ prezidenti məlum olayları “böyük fəlakət” adlandırıb. Xatırladaq ki, vaxtilə onun sələfi Barak Obama da eyni ifadələri işlətmişdi.   /Azvision.az/

Krım torpağında “Sonsuz mərhəmətlilik”

Hər bir dövlətdə olduğu kimi, Krım torpağında da Azərbaycanın mədəniyyətindən başlamış bütün incəliklərinə qədər təbliq edən “Krım azərbaycanlıları milli-mədəni muxtariyyatı” fəaliyyət göstərir ki, həmən milli-mədəni muxtariyyatın uğurları həddən çoxdur. Bu gün Azərbaycanın dəyərlərini təbliğ etməyin hər bir vətəndaşın borcu olduğunu mulli-mədəni muxtariyyatın sədri – hüquq elmləri doktoru, dosent Abasov Hafiz […]