Ən çox bu canlılar yaşayacaqlar

Qurdabənzər bu canlı kosmik fəza şəraitinə, şüalanmanın böyük dozalarına tab gətirir, on illər ərzində qidasız-susuz qala bilir, hətta qaynar sudan da sağ çıxır. 
Turkustan.info Unikal.org-a istinadən bildirir ki, ərincəklilər və ya su ayıları səkkizayaqlı mikro-heyvanlardır. Lakin onlar alimlərə məlum olan digər canlı varlıqlara bənzəmir. Cəmi 1 mm ölçüsü olan ərincəklilər Yer üzünün ən dözümlü orqanizmləridir. Onlar suda və ya mamır kimi bitkilərdə yaşayır, dünyanın hər yerində onlara rast gəlinir. Alimlərin dediyinə görə, onların dözümlüyünün səbəbi genetika ilə əlaqəlidir. Quraqlıq olanda, ərincəklilərin bədənindən, demək olar ki, bütün su çıxır. Onlar yığılıb kürəciklərə dönür. Bu cür halda onlar su əlçatan olanadək qala bilir.
Tədqiqatçılar deyir ki, onların dözümlülüyünün səbəbi öyrənilsə, bundan insan da faydalana bilər.
Misal üçün, peyvəndlərin dünyanın müxtəlif ünvanlarına daşınması soyuducusuz edilə bilər.
Almilərin dediyinə görə, ərincəklilər bizdən 10 milyard il çox yaşaya bilər – o vaxtadək ki, Günəş öz ömrünü bitirib Yer kürəsini udacaq.