“İki div” üz-üzə: “Ölüm maşın”ları boy göstərir

Cənubi Çin dənizində iki “div ordu” üz-üzə gəlir.

Turkustan.info xarici mətbuata istinadən bildirir ki, “ölüm maşını” kimi tanınan” B-52” bombardmançı təyyərələri artıq dəniz ərazisinə giriş edib və Çinin baza inşa etdiyi Spratli adasının üstündən uçub. 

ABŞ-ın bu addımı Çini daha da qəzəbləndirəcək və ona qarşı tədbirlərə start verilə bilər.

Guam adasındakı bazadan uçan “B-52” Stratofortress təyyarləri mübahisəli suların üzərində təlim uçuşu həyata keçirib. Bu təyyarələr tonlarla bomba daşıya bilir və ən böyük strateji bombardmançı təyyarələrdən biridir.

CNN-in xəbərinə görə, ABŞ ordusunun yetkililəri iki təyyarənin Çinə məxsus hərbi bazanın üzərindən uçduğuna dair xəbəri təsdiqləyib.    /Cebhe.info/