Qadınların dərdi – Çillər və piqment ləkələrinin 10 qəpiklik əlacı

Piqment ləkələrin əmələ gəlməsinin əsas səbəbi günəş şüalarının təsirinə artıq dərəcədə məruz qalmaqdır. Lakin onların digər səbəbləri də vardır: hormonal dəyişikliklər, streslər, orqanizmdə yaşa uyğun olan dəyişikliklər, dərinin düzgün təmizlənməməsi, vitamin B12 çatışmazlığı, kosmetik pilinqlərdən çox istifadə edilməsi, dəriyə qulluq edilməsində zərərli vasitələrdən istifadə edilməsi, uzun müddət kontraseptiv həblərdən, antibiotiklərdən və vitamin A-dan istifadə edilməsi, genetik meyllilik (bəzi adamlarda dərinin istənilən travmatik zədələnməsi, donması, yanması və ya sadə sızanağın olması da piqment ləkələrin əmələ gəlməsinə səbəb olur) və s. 
Əgər çillər artıq əmələ gəlmişdirsə, onda gündəlik qoruyucu kremlərdən başqa yağlı, çilli dəriyə limon şirəsi, üzüm sirkəsi, baş soğan, quru çilli dəriyə isə qıcqırmış qatıq, kefir sürtmək olar. Qatığı 15-20 dəqidə üzdə saxlayıb yumaq və sonra qoruyucu krem çəkmək lazımdır.
Cəfəri xırda doğranılır, suyu çıxana qədər əzilir, üzə yaxılır. 15 dəqiqə sonra ilıq su ilə yuyulur.
Sarmısaq daha effektli xassəyə malikdir.Sarımsaqda böyük miqdarda efir yağları var və şəffaflaşdırıcı xüsusiyyətə malikdir. Piqment ləkələrini demək olar ki yox edir, dərini ağardır. İstifadəsi çox sadədir. Bir diş sarmısağı yarıya bölün bə onu gündə bir neçə dəfə üzünüzə sürtün.
20 dəqiqə sonra ilıq su ilə yuyun.    /azadqadin.az/