Gənc anadan dəhşətli cinayət: Azyaşlı uşaqlarını boğaraq öldürdü, iki dəfə yandırdı, sonra…

Bu gün bütün Rusiya Yelena Kərimova adlı qadından danışır.

Turkustan.info xəbər verirki, adıçəkilən qadın tətilə gedə bilmək üçün soyuqqanlılıqla 4 yaşlı qızı Cəmilə və 2 yaşlı oğlu Süleymanı qətlə yetirib.

Hadisə Rusiyanın Nijnıy Novqorod şəhərində yaşanıb.

May ayının əvvəli üçün isti ölkələrdən birində istirahət etmək məqsədilə tətil paketi alan Yelena uşaqlarını əlləri ilə boğaraq öldürüb. Daha sonra cəsədləri necə gizlədəcəyini bilməyib və onları yandırmağa qərar verib. Yelenanın çıxardığı yanğını söndürməyə gələn yanğınsöndürənlər mənzərə qarşısında şoka düşüblər. Təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətdə həbs edilən cani ana soyuqqanlı şəkildə uşaqlarına yaxşı gələcək qura bilmədiyi üçün onları öldürdüyünü etiraf edib.

5 il öncə evlənən və daha sonra boşanan Yelena uşaqlarını təkbaşına böyüdüb. Bir işdə davamlı olaraq işləyə bilməyən gənc qadın qohumlarının köməyi ilə uşaqlarına baxıb. O, cinayəti törətməzdən bir həftə öncə sosial mediada uşaqlarına sitayiş etdiyini yazıb.

Rusiya mətbuatında yayılan xəbərə görə, 50 000 rubl dəyərində tətil paketi alan qadın ölkəni tərk edərkən uşaqlarını qoyacaq yer tapa bilməyib. Buna görə də onları qətlə yetirib. Yeni bir həyata başlamağa qərar verən Yelena avtomobil kirayələyərək övladlarını şəhərdən kənara aparıb. Avtomobildə uşaqlarını boğaraq öldürən ana onları yandıraraq yox etmək istəyib. Ancaq meşədə yanğının yayılacağından qorxub və alovu söndürərək yarı yanmış cəsədləri Osinki kəndi yaxınlığındakı samanlığa aparıb. Üzərilərinə benzin tökərək cəsədləri ikinci dəfə yandırıb.

28 apreldə polislər tərəfindən bölməyə gətirilən Yelena etdiyi dəhşətli cinayəti gizlətməyib və tək bir göz yaşı tökmədən, soyuqqanlılıqla cinayətin təfərrüatlarını etiraf edib.   /Publika.az/