“Qalatasaray” möhtəşəm derbidə “Beşiktaş”ı məğlub etdi: 2:0

Türkiyə Superliqasında XXXI turun oyunları davam edir.

Turkustan.info-nun məlumatına görə, oyunlar 4 gün ərzində keçirilir.

Çempionluq şansını davam etdirən “Fənərbaxça” “Kasımpaşa”nı məğlub edib. 

“Başakşəhər” səfərdə “Osmanlıspor” üzərində əzmkar qələbə qazanıb.

Turun mərkəzi görüşü “Türk Telekom Arena”da keçirilib. Lider “Qalatasaray” ən yaxın izləyicisi “Beşiktaş”ı qəbul edib. 2 cavabsız qolla qələbə qazanan “cim-bom” çempionluq yolunda daha bir önəmli addım atıb. “Beşiktaş” isə bu məğlubiyyətlə turnir cədvəlində 4-cü pilləyə yuvarlanıb.

Turun qapanış matçında “Konyaspor” “Bursaspor”un qonağı olacaq.  /Modern.az/