ADAU komandası 12-ci Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasında iştirak edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 12-ci “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi Bakı Mühəndislik Universitetində keçirilib.

Açılış mərasimində Bakı Mühəndislik Universitetin rektoru, professor Havər Məmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, Bakı Dövlət Universitetinin “İnformasiya Texnologiyaları və Proqramlaşdırma” kafedrasında dosenti Ramin Mahmudzadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutununTexnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov, Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev və Bakı Mühəndislik Universitetin “Kompüter və informasiya texnologiyaları” kafedrasının baş müəllimi Etibar Seyidzadə çıxış edib.

Olimpiadada “C”, “C++”, “Java”, “Pascal” və “Python” proqramlaşdırma dillərindən istifadə edilib. Olimpiadada iştirak etmək üçün respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçib və ilk mərhələdə iştirak etmək hüququ qazanıb. Olimpiada da Azərbaycan Dövlət Aqrar Universitetini “ADAU” komandası təmsil edib. Komandanın məşqçisi  İnformasiya texnologiyaları kafedrasının assistenti, Etibar Verdiyev, kapitanı İnformasiya texnologiyaları ixtisasının rus bölməsinin 3-cü kurs tələbəsi, Sahib İbrahimov, üzvlər İnformasiya texnologiyaları ixtisasının azərbaycan bölməsinin 3-cü kurs tələbəsi Rəşad Qasımov və menecment ixtisasının azərbaycan bölməsinin 3-cü kurs tələbəsi, Tural Məmmədlidir.

Olimpiadanın münsiflər heyətinın qərarına əsasan “ADAU” komandası 5 may 2018-ci il tarixdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.