Anam mənim-Atam mənim – Bizim faciəli taleyimiz

Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edirəm

 

Atamda, anamda əsli Cənubi Azərbaycandandı. Atam, Əlioğlu İbrahim Xəlil 1905-ci ildə Xoy şəhərində anadan olmuşdu. Güney qəsəbəsindən köçüblər Xoya. Anamın atasıda Təbrizlidilər. Tale elə gətirdi ki, anam Sara Nurulah qızı 1908-də İrəvan şəhərində anadan olmuşdur – Qərbi Azərbaycanda.   

1918-ci il mart ayın 31-də  dəhşətli soyqırım nəticəsində anamın atası və yaxın qohumlarını ermənilər tərəfindən öldürülmüşdülər. Yaxşı ki qardaş türkiyə Xilaskar Qoşunları vaxtında özlərini çatdırdılar,  başda Ənvər Paşa olmaqla. Qan su yerinə axırdı, necə ki digər Azərbaycanın bölgələrindəki kimi…  Bunları anam və dayılarım bizə danışırdılar. Millət məcbur olub başqa ölkələrə qaçmalı olurdular kimisi Türkiyəyə, kimisi Gürcüstana kimisiləridə başqa ölkələrə. Səadət nənəm, anam və dayılarım məcbur olub  Tiflis şəhərinə köçməli oldular və orda yaşadılar.

1920-ci ilin əvəlində atam Xoydan Batum şəhərinə Gürcüstanın Acar vilaətinə gəlmişdi. 1920-ci ildə Sovet höküməti qurulmuşdur; Leninin vaxtında yollarımız açıqıydı, Cənubi Azərbaycandan böyük axın azərbaycan-türkləri Azərbaycana, Gürcüstana  yaşamağa və işləməyə gedirdilər. İranda azərbaycan-türkləri  elə bilirdilərki Moskvada, süd küçələrdə axırdı, daha yazıxlar bilmirdilər ki onları “37-ci il” gözləyir, soyqırım – repressiya.  Daha bilmilirdilər ki daşnaqlar Soveti  ələ keçirmişdilər başda  Stalin olmaqla… İranda azərbaycan-türkləri millətçilərin əlindən zulum çəkirdilər, ona görə də Sovet ölkəsinə üz tuturdular…  Atama Batumda torpaq sahəsi vermişdilər ,atam vergi verməli olurdu. O vaxt hələ Savxox, Kalxoz yoxuydu. Atam bağbanıydı, ailəcanlıydı. 5 uşaqı varıydı, 3 oğlan 2 qız. Kalxoz yaradandan sonra  və orada atam işləməyə başladı. İrandan gələn azərbaycan-türklərinin pasportlarına, vəsiqələrinə “İraneç”  yazırdılar. Axı, belə millət yoxdur… Qara günlərimizdə bundan sonra başladı.  1938-ci ildə 12 fevralda, heçnədən günahsız atamı həbs etdilər. İstintaqda atam heçnəyi boynuna almamışdır,  atamın  günahı olmamasına baxmayaraq atama işgəncələr verirmişdilər. Gürcüstanın Ali Məhkəməsinin atamın məhkəmə sənədlərində özüm görmüşdüm ki atam günahını boynuna almamışdır və atamı Sibirə sürgün etmişdilər Perm vilayəti-meşələrin içinə…. 1941-ci ilə qədər bizə atamızdan məktub gəlirdi, məlum oldu ki, Böyük Vətən Müharibəsi başlayanda, atamla birlikdə tusdaxların hammısını güllələdilər və öz qazdıxları quyularına bastırırdılar həmdə səngərlərə bastırırdılar,  millətimizin qeyrətli  oğullarını… Anamın zülmlü günləri başladı,  tək anam 5 körpə uşqlarla qaldı. Kiçik qardaşım 4 aylığıydı , böyük qardaşım Aydın 8 yaşındaydı anama kömək edirdi, atamızı əvəz edirdi. Bacılarım və qardaşım məktəbdə təhsil ala bilmədilər, bir tərəfdən müharibə, bir tərəfdən aclıq…. Anam mənim üçün atamı əvəz etdi, gecəsi gündüzü yox idi, gecə saat  2-də 3-də kalxozdan qayıdırdı, Genedə öz bağımızda işləyirdi… Biz ağır günlərimizdə müharibəni başa vurduq, biraz nəfəs aldıq.

Amma belə olmadı, bizi faciyələr hələ qabağda gözləyirdi. Müsəlmanların, Türk xalqların düşmanları rahat durmurdular. 14 Fevralda 1950-ci ildə, adını qoydular “İraneç”, Gürcüstandan 100 minlərlə günahsız adamları sürgün etdilər Qazaxıstanın çöllərinə. Tiflisin özündə – Halabar məhləsi şeytan bazarda, tək orada  100 min azərbaycanlı  yaşayardı. Bizi Batum şəhərindən sürgün elədilər. Biz 2-ci dəfə repressiyaya uğradıq. Mən 15 yaşındaydım hər şey gözümün qabağındadı, yuxumuzada gəlməzdi belə faciyəli  əziyətli günlər görəcəyik. 1952-ci ildə Qazaxıstanda 50 dərəcə şaxta olmuşdur, şaxtadan quyular buz bağlamılşdı mal-qaralar soyuqdan  donmuşdular. Biz şəhərdə böyümüşdük çöllükdə qalmadıq. Gambul vilayətinin Çu stansiyasına gəldik, indi isə Şu şəhəri adlandırılır. Anam böyük bacım və qardaşım  Qazaxıstanda rəhmətə getdilər. 16 sentyabır 1934-cü ildə Gürcüstanın Acari vilayətində Batum şəhərində anadan olmuşam. 1941-ci ildə müharibə bir tərəfdən, həmdə yoxsuzluq mənə imkan vermirdi ki məktəbə vaxtında gedim, mən məktəbə gec getdim və gecdə məktəbi bitirdim. 16-17 yaşında işə getdim, həm də fəhlə axşam məktəbində oxuyurdum. 1954-cü ildə axşam məktəbini təşəkkürlə bitirdim. 7-ci sinifdə rus sektorunda oxuyurdum, yaxşı oxuyurdum ədəbiyatı, tarixi sevirdim. Amma o vaxtları bizə bir yerə getməyə qadağa qoyurdular və buna nəzarət edirdilər, başqa yerdə gedib təhsil almaq bizim üçün qadağanıydı amma bəziləri üçün bu istisna deyildi. Stalin öldükdən sonra vəziyət dəyişildi…  1954-cü ildə Alma-ata şəhərində   Respublika Bədən Tərbiyəsi Texnikuma daxil oldum.  1954-cü ildə boksla məşqul olmuşam, böyük həvəslə. Mənim məşqçim Qirişteyn milləti alman idi, Qazaxıstanın baş məşqçisiydi onları Moskvadan  sürgün eləmişdilər. 1955-ci ildə qayıtdı Moskvaya, SSSR yığma komandasının baş məşqçisi olmuşdu… 

  1957-ci ildə müvəqqətlə Texnikumu bitirdim. Anam mənə ,həmişə mənə deyərdi ki hələ ki canında su vardı oxu… Dövlət imtahanlarını 5-lə bitirdim. 1957-ci ildə daxil oldum Dövlət Bədəntərbiyəsi İnistitutuna-Alma-ata şəhərində. Tez bir vaxtda 1957-ci ildə Qazaxıstan yığma komandasına daxil oldum. Mən boks idmanını çox sevirdim, və bu yolda əziyət çəkirdim , həmdə oxumaqdan geri qalmırdım. 1957-ci ildə Alma-ata vilayətinin çempionu oldum. Biz komandamızla birlikdə  Qırğızıstan Frunza-Bişkek, Özbəkistanın Taşkənt şəhərinə yarışlara gedirdik.Tələbələr arası zona birincilik yarışlarına Kiyev şəhərindədə olmuşduq… SSSR-də Qazaxıstanın boksçuları çox güclüydülər, SSSR-in çempionları olublar. 1955-ci ildə mənim məşqçim İ. Xasanov olub o Qazaxıstanın əməkdar məşqçisi olmuşdur…           

1958-ci ildə Moskva şəhərində  ümumi  ittifaq tələbələr çempionatının “Burevestnik”  birliyində ikinci yer tutdum. Azərbaycanın yığma komandasının baş məşqçisi Abbas Ağalarov mənim döyüşlərimi izləyirdi, və mənim doyüşlərim onun xoşuna gəlmişdi, o, mənə yaxınlaşdı və dedi, istəyirsən Azərbaycan yığma komandasında çıxış etmək?, mən razılaşdım. Onda ikinci kursda oxuyurdum, ona dedim  ki, ikinci kursu  qutarim gələcəm. Çünkü mən Azərbaycanda olmamışdım, böyük sevgim, vətənpərvərliyim  məni həmişə tarixi torpaxlarımıza çağırırdı. Moskvada tanış olduğum , hal hazırda  Azərbaycan boks federasiyasının baş katibi Tofiq Babamlıyla, indi də dostuq, dostluq edirik və başqa yoldşlarla tanış olduq, məni saxladılar Moskvada.  Moskvada mart ayında SSSR-ın yığmasında hazırlaşırdıq.  SSSR-in birinciliyində Tibilisi şəhərində iştirak etdim.

Mənim İnistitumun rektoru məni  Bakıya buraxmırdı nəki Bakıya heç bir yerə buraxmırdı, bunun səbəbi isə  yaxşı idmançı olmam idi.  Axrı Korey prorektoru mənə kömək etdi. Sənədlərimi aldım və oktyabır ayında 1959-cu ildə gəldim Bakıya İnistitutun rektoru Ənvər Babayev idi, çox gözəl insan idi, məni çox yaxşı qarşıladı Bakıda heç kimi tanımırdım, ancaq bir uzaq qohumum var idi. İnstitutda Ağacan Əbiyevlə yaxından tanış oldum, bərabər  Azərbaycanın yığma komandasında məşq edirdik. 50 ildən çox dostluq edirik. Professor,  millət vəkili,  Dünya şöhrətli alim  Ağacan müəllimə qəlbdən möhkəm can sağlığı arzulayıram.            

Azərbaycan  dilini yaxş bilmirdim, Azərbaycan musiqisini qulaq asmaq və Azərbaycan türkcəsini öyrənmək üçün tez-tez gedirdim Sovetski adlanan məhəlləyə, həm də içəri şəhərini gəzirdim. 1961-ci ildə Bədəntərbiyə İnstitutunu bitirdim. Bakı tütün fabrikində idman təlimatçısı işlədim. Bakı mərkəzi  uşaq məktəbində boks məşqçisi işlədim, həmdə Dövlət Tibb institutunda yarım ştata  iştiyirdim, tələbələrə boksdan  dərs deyirdim. 1962-ci ildə  Azərbaycan Dövlət Universeti İqtisadi fakultetinə axşam şöbəsinə daxil oldum, əyani oxuyurdum. Boksdan geri qalmırdım, yığma komandada məşq edirdim. Dərsimlədə  ciddi məşqul olurdum, hər yerə də çatdırırdım. 1966-cı ildə müfəqiyətlə universiteti bitirdim. Diplom işini 5-nən müdafiə etdim, iclasda  müəllimə  məni qeyd etdi, ancaq axşam şöbəsində oxuyanlara 5 qiyməti vermirdilər, 4 yazırdılar.                                                              

1970-ci ildən Azərittifaqın mərkəzi aparatında işlədim, müxtəlif  işlərdə baş mütəxəssiz, baş kulinar kimi 25 il işləmişəməm. İdmanan daima əlaqə saxlamışam, Respublika dərəcəli hakim kimi işləmişəm. 2006-cı ildən 2016-cı ilə kimi Azərbaycan İdman Akademiyasında işləmişəm, aktiv iştirak edirdim boks işindi.                                       

1960-cı ildə Sovet Höküməti qruluşu naminə Azərbaycanın  birinciliyini keçirdirdilər, 2-ci yeri tutdum, burda məni yaxşı tanıdılar. 1962-ci ildə tblisi şəhərində Ümumi ittifaq idman oyunlarının  birinciliyibdə 3-cü yer tutdum. Alma-ata şəhərində 1961-ci ildə Zakavkaziya Orta Asiya, Qazaxıstan yarışlarında 2-ci yer tutdum. 1963-cü il Bakı və Azərbaycan çempionu olmuşam. 1963-cü ildə SSSR-in xalqlar Spartakyadasında iştirak etmişəm Moskva şəhərində. Həmçinin belə şəhərlərdədə yarışlarda iştirak  etmişəm Kiyevdə ,Lyvovda, Vülnusdə, Tbilisidə, Krasnodarda və s.

1966-ci ildən  Respublikada dərəcəli hakimi kimi hakimlik etmişəm və  Münsüflər heyəti üzvü olmuşam. Bügünə dək isə texniki hakimi kimi  fəal iştirak edirəm. Yanvar ayında 2018-ci il Gənclər arasında çempionatı və Azərbaycan çempionatı böyüklər arasında texniki hakim olmuşam. 1962-ci il SSSR-i idman ustası adını almışam. 60 ildən çoxdu  bir  idman veteranı kimi  fəal iştirak edirəm. Gənclərə köməkliyimi əsirgəməmişəm. İdmançılarımıza dəstək vermək üçün  28-ci Afina yay olimpia oyunlarına getmişəm. Yunaınıstanın Afina şəhərinə 2004-cü ildə. 2000-2005-ci illərdə Azərbaycan Boks Federasiyasının Veteranlar  Şurasının sədri olmuşam.   1999-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin Fəxri fərmanı ilə təltif olunmuşam. Və 2004, 2014-ci illərdə yubiley medalları ilə təltif olunmuşam.

Ailəliyəm, hal-hazırda təqaüdçüyəm… 

Paşa Əliyev

SSRİ idman ustası