Futbolçu hakimə sarı vərəqə göstərdi – Video

Hollandiya çempionatında keçirilən “Vitess” – “Tvente” (6:0) qarşılaşmasında maraqlı hadisə baş verib.

Turkustan.info xəbər verir ki, “Vitess”in oyunçusu Navaron Foor qarşılaşmanın baş hakiminə sarı vərəqə göstərib.

Matçın 61-ci dəqiqəsində baş hakim hücumda olan Foorla toqquşub. Bununla da meydan sahiblərinin təhlükəli hücumu yarımçıq qalıb. Ardınca Navaron Foor zarafatla hakimin cibindən sarı vərəqə çıxararaq, ona göstərib. Hakim isə futbolçunun hərəkətinə təbəssümlə reaksia verib və oyunu davam etdirib.  /Qafqazinfo/