Özbəkistan prezidenti: “Seçkidə Ərdoğanı dəstəkləyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük heyətlə Özbəkistana səfər edib.

Turkustan.info xəbər verir ki, 25 illik fasilədən sonra iki qardaş ölkə arasında münasibətlər istiləşməyə başlayıb. Və bu, 25 ildən sonra Türkiyə Prezidentinin Özbəkistana ilk səfəridir. Bir neçə ay əvvəl isə Özbəkistan Prezidenti Şevket Mirziyoyev Ankaraya səfər etmişdi.

Daşkənddə Ərdoğanla birlikdə mətbuat qarşısına çıxan Özbəkistan Prezidenti Türkiyədən 24 iyunda keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb: “Türkiyə bizim beynəlxlaq platformlarda ortağımızdır. Seçkilərdə böyük xalq kimi seçəcəyini bilir. Biz sayın Ərdoğanı dəstəkləyirik”.