Özünü açıb çölə qoyub, maşın sürür, yola da baxmır – VIDEO

Sosial şəbəkələrdə yayılmış bir video ciddi müzakirələrə səbəb olub. Belə ki, sükan arxasındakı qadın sürücü telefonla özünü çəkir. Sağa-sola boylanıb, müsiqiyə sona qədər səs verib, bədəninin ora-burasının açıb kameraya göstərən sürücü “canlarım necəsiniz” deyir.  Sükan arxasında telefonla oynamaq, yola baxmamaq, kəmər taxmamaq kimi qanun pozuntuları edir. Həmçinin yol kənarında dayanan YPX avtomobilinə də baxıb saymazyana “QAİ” fitlədi məni” deyir. 

Ümumiyyətlə, son zamanlar bu cür videoların sayı artıb. Maraqlısı da budur ki, bu şəxslər hələ fəxrlə də bunu sosial şəbəkələrdə yerləşdirirlər. Amma deyəsən bu xanım sürücü bir az da həddini aşıb. Necə deyərlər “özünü açıb buraxıb”. Lakin fərqində deyil ki, bu cür diqqətsizlik və sükan arxasında belə mənasız hərəkətlər etmək nə qədər təhlükəlidir. Bəzən elə belə “oynaya-oynaya, gülə-gülə” qəza törədib həyatla vidalaşırlar. Avtosfer.az sözügedən videonu təqdim edir: