Ay: May 2018

İranın qarşısı alınmasa: Azərbaycana qarşı yeni plan işə salınacaq

“ABŞ-ın İrana qarşı sanksiyaları, rəsmi Tehranın dini rejimimin laxladılmasına və Yaxın Şərqdə ekspanist siyasətinin zəifləməsinə səbəb olacaq. ABŞ adminstrasiyasında “Qırğı”komandasının əsas hədəfi məhz İrandır. İran Yaxın Şərqdən çıxarılsa, Rusiya da asan çıxarılacaq”. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazdə deyib. Onun fikrincə, İranın Yaxın Şərqdə güclənməsi, regionda […]

NATO və Avropa Rusiyaya qarşı BİRLƏŞDİ

NATO və Avropa Birliyi Rusiyaya qarşı bir məsələdə ortaq mövqedən çıxış edib. Cebhe.info xəbər verir ki, iki qurum Rusiyaya müraciət edərək 2014-cü ildə Donbas üzərində vurulan təyyarəyə görə məsuliyyəti üzərinə götürməyə çağırıb.  Turkustan.info xəbər verir ki, bu barədə “France-Presse” agentliyi  yazıb. Agentliyin məlumatına görə, Böyük Britaniya xarici işlər naziri Boris Conson […]

200 manatlıqlar: İqtisadiyyat üçün YENİ RİSK?

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank yeni 200 manatlıq pul əsginaslarını dövriyyəyə buraxacaq. Mayın 23-də Mərkəzi Bank mərhum prezident Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirib. Cəmiyyətdə dövriyyəyə yüksək nominallı valyutanın […]

Alışanovun meyitini doğrayıb… – Şok sui-qəsd planı

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi […]

İranda qürurlandıran görüntülər: Azərbaycan… – Video

İranın Sənəndəc Universitetinin azərbaycanlı tələbələri qatıldıqları bir futzal yarışında Azərbaycanla bağlı şüarlar səsləndiriblər. Turkustan.info xəbər verir ki, tələbələr “Azərbaycan” adlı komanda ilə təhsil müəssisəsinin daxili yarışlarına qatılıblar. Sosial şəbəkələrdə yayılan videoda tələbələrin sevimli komandalarına “Azərbaycan, Azərbaycan” sədaları ilə dəstək verdikləri görünür. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.  /Axar.az/

Elza Seyidcahandan İlhamə Quliyeva ilə BAĞLI ŞOK ŞEİR: “Quru, quru, quruyasan…”

Əməkdar artist Elza Seyidcahan mərhum Xalq artisti İlhamə Quliyevaya şeir yazıb. Turkustan.info xəbər verir ki, ifaçı İ.Quliyevaya yazdığı “Quru böhtan” adlı şeirini “Zarafat-zarafat” verilişində səsləndirib. Qocanın xatirə silsiləsinin baş qəhrəmanı mən deyiləm. İstəmərəm, mən istəmərəm pis qoca xatirəsində öləm… Qocalar keçmiş xəyallarında gənclər gələcək arzularında yaşayırlar. Gələcək, gələcək, o gözəl gələcək […]

Erməni və kürd kartı ilə ŞOK PLAN – Türkiyədən bu bölgəni ayırmağa QƏRAR VERDİLƏR

Mayın 14-də ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi və 62 fələstinlinin İsrail hərbçiləri tərəfindən öldürülməsinə Ankaranın sərt reaksiya göstərməsi Türkiyə və İsrail arasında münasibətləri daha da gərginləşdirdi. İsrail Türkiyənin sərt reaksiyasına cavab olaraq erməni və kürd kartlarından istifadə etməyə qərar verib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, mayın 23-də İsrail parlamenti (Knesset) […]

“Bu namərdlik və əxlaqsızlıqdır”

Təəssüf edirəm ki, Rüstəm İbrahimbəyov adlı bir şəxsin öz millətini aşağılayan və erməni millətini az qala müqəddəs, saf, günahsız, köməksiz bir xalq kimi təqdimedən filmini gördük. Bu sözləri “Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov bildirib. “Biz ictimaiyyət nüməyəndələri olaraq belə təxribatlara, ermənilərin əlinə işləyən insanlara ciddi etirazımızı bildirməliyik. Qarabağ həqiqətləri […]

QHT sədri: “Vətənini başqa millətlərin ayağına verən birindən hər şeyi gözləmək mümkündür”

 “Torpaqlarımızı işğal edən ermənini azərbaycanlıdan mədəni səviyyəcə üstün təqdim etmək ən azı əxlaqsızlıqdır”. Bu sözləri qhtxeber.az-a “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. M.Əmirhüseynova deyib ki, filmdə azərbaycanlı əxlaqına, təbiətinə ssenarist tərəfindən böhtan atılır: “Bu da Rüstəm İbrahimbəyovun baş verən hadisələrə […]

Şah İsmayıl Xətai Komissiyasının üzvləri Şeyx Cüneyd məqbərəsini ziyarət ediblər

Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Xətai Komissiyasının üzvləri – Şəmil Sadiq, İlqar İlkin və Vüqar Zifəroğlu Qusar rayonu Həzrə kəndində yerləşən Şeyx Cüneyt məqbərəsini ziyarət ediblər. Newscenter.az xəbər verir ki, əsas məqsədi Şah İsmayıl Xətainin irsini araşdırmaq, təbliğ etmək olan komissiya artıq bir ildir ki fəaliyyət göstərir. Komissiyanın dəstəyi ilə […]

Rasim Balayevdən inanılmaz qərar: “Məni kriminal avtoritet kimi görəcəksiniz”

Xalq artisti, tanınmış aktyar Rasim Balayev yeni seriala çəkilib. Yaxın günlərdə serial Xəzər televiziyasında nümayiş olunacaq. Turkustan.info bildirir ki, Yeniçag.az-a açıqlama verən aktyor serialın Kamran Cəfərovun “Şifrələnmiş Brailler” əsərinin motivləri əsasında çəkildiyini və detektiv janrda olduğunu bildirib: “Mən dəfələrlə açıqlamalarımda da demişdim ki, seriallara çəkilmək istəmirəm. Dəfələrlə təkliflərdən imtina etmişəm. […]

Körpəsi ilə azadlığa çıxan qadın: “Bir də bura gəlmərəm…” – HƏYAT HEKAYƏTİ

Prezident İlham Əliyevin may ayının 24-ü imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub. “Report”un əməkdaşı müəssisədə 6 aylıq övladı ilə birgə cəza çəkən və bu gün azadlığa buraxılan Gündüz Babayeva ilə söhbətləşib. […]

Qardaşı sabiq icra başçısı ilə görüşdən danışdı: “İkisi də salamatdır” -VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmovun səhhəti yaxşıdır. Turkustan.info bildirir ki, bu barədə musavat.com-a onun qardaşı Valeh Rüstəmov açıqlama verib. Valeh Rüstəmov qardaşı ilə görüşdən sonra bildirib ki, hazırda onun heç bir problemi yoxdur:“Qardaşımla da, digər qardaşımın oğlu ilə də görüşdüm. İkisi də sağlamdır. Heç bir narazılıqları yox […]

Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək

Erməniastanda hakim Respublika Partiyası növbədənkənar seçkilərə getməyi düşünmür. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasındakı rəhbəri Vaqram Baqdasaryan deyib. “Biz Konstitusiyanı əsas tuturuq. Buna görə də yalnız 2022-ci ilin parlament seçkilərinə hazırlaşırıq”. Baqdasaryan növbədənkənar seçkilərə ehtiyac olmadığını deyib. Baqdasaryan seçkilərə qədər Paşinyan hakimiyyəti ilə islahat proqramını […]

Bakının ərəblərə “qul” olan restoranları – Pul qazanmaq üçün bu yollara da əl atırlar – VİDEO

“Space” Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə ana dilimizə qarşı olan hörmətsizlikdən danışılıb. Teleaparıcı Amil Xəlil şəhərdə fəaliyyət göstərən bir neçə restoranlara üz tutub. Görüntülərdən də gördüyünüz kimi restoranların önündə Azərbaycan yox, ərəb musiqiləri səslənir. Bundan başqa menyu kitabçaları, reklam tabloları belə Azərbaycan dilində yox, ərəb dilində təqdim […]

“Məni kim polisə çağıra bilər?” – Deputat

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli gəlini Beruzova Zərifə Beruz qızının dələduzluqda ittiham olunması ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib. Turkustan.info xəbər verir ki, Hadi Rəcəbli yayılan xəbərə münasibət bildirib. O, “ölkə.az”a açıqlamasında deyib ki, yayılan bu cür xəbərlər […]

İrandan dünyanın taleyini dəyişdirəcək nüvə açıqlaması

ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasını ləğv etməsindən sonra rəsmi Tehrandan növbəti açıqlama gəlib. Turkustan.info-nun məlumatına görə, “Reuters” agentliyinə danışan yüksək vəzifəli İran rəsmisi, ölkəsinin nüvə sazişi ilə bağlı bir neçə həftə ərzində ABŞ-a cavab verəcəyini bildirib. Qeyd edək ki, Tramp 2015-ci ilin yanvar ayında, İranla imzalanmış müqaviləni ləğv edib. […]

Nazirlikdə dəyişiklik: məmurlar kəndlilərin “ayağına” gələcək

“Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri öz fəaliyyət prinsipini dəyişəcək”. Turkustan.info “APA-Economics”ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, artıq kəndli və fermerlər kənd təsərrüfatı idarələrinə deyil, həmin idarələr kəndli və fermerlərə birbaşa müraciət edəcək. “Bizim […]

Azərbaycanda əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

“Hazırda bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir. Bu, Prezident İlham Əliyevin tapşırığına əsasən vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əmək haqlarının vergitutmaya cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır”. Turkustan.info-nun “APA-Economics”ə istinadən verdiyi məlumata görə, vergilər naziri Mikayıl Cabbarov deyib ki, islahatın mahiyyəti vahid əmək haqqına tətbiq olunan vahid […]

“Bakı gözəli” yarışmasında birincilik üstündə dava – VİDEO

Paytaxt məkanlarının birində keçirilən “Bakı gözəli 2018” gözəllik müsabiqəsinin final günü dava düşüb. Turkustan.info xəbər verir ki, “Instagram”da yayılan videoda “Show Production”un təşkilatçılığı ilə baş tutan gecənin qaranlıq məqamları üzə çıxıb. Məlum olub ki, iştirakçılar arasındakı davaya səbəb ikinci yeri qazanan iştirakçının “Mən daha çox pul vermişəm, niyə birinci olmadım?” deyə […]

ABŞ ŞOKDA – Kəşfiyyat Rusiyanın məxfi sınaqlarını ELAN ETDİ

Rusiyanın “S-500” yeni nəsil hava hücumundan müdafiə sisteminin məxfi sınaqları müvəffəqiyyətlə keçib. Turkustan.info xəbər verir ki, bu haqda Amerika kəşfiyyatının məruzələri ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib. Telekanal xəbər verir ki, “S-500” 481 kilometr məsafədə olan hədəfi vura bilib. Bu, demək olar ki, daha əvvəlki sınaqlarda qeydə alınan göstəricidən 80 […]

Paşinyanın adındakı hərflərin SİRRİ və ABŞ-ın Qarabağ üzərindən ŞOK PLANI: O, niyə hakimiyyətə gətirildi?

Ermənistanda hakimiyyətə Nikol Paşinyanın gətirilməsi təsadüfi deyil. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə yazan “kavkazplus” saytı Paşinyanın hakimiyyətə gətirilməsi ilə bağlı maraqlı versiya irəli sürüb. Paşinyanın adındakı ilk 4 hərfə diqqət çəkən sayt yazır ki, “Paşa” Osmanlıda əyalətləri idarə edən “sərdarlara” deyilirdi. “Qərbdə simvolikanı çox sevirlər və hesab etmək […]

Əflatun Amaşov: “AXC itirilmiş dövlətçiliyimizi bizə qaytardı”

Əflatun Amaşov: “Müsəlman şərqində ilk demokratik respublikanı yaratmaqdan fərəh duyuruq” “Azərbaycan xalqı müsəlman şərqində ilk demokratik respublikanı yaratdığı üçün qürur duyuruq”.  Turkustan.info-nun məlumatına görə, bunu “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabının təqdimat mərasimində çıxış edərkən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.“AXC itirilmiş dövlətçiliyimizi bizə qaytardı. O, xalqımızın inkişafında yeni […]

Sürücülük vəsiqələri dəyişir

Yeni kateqoriyalar olacaq. Azərbaycanda sürücülük vəsiqəsi kateqoriyaları dəyişdirilir. Bu, “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklərdə yer alıb. Qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb. Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və […]

20 min müəllimin çoxdan gözlədikləri gün – Sabahdan etibarən…

Müəllimlər iş uğrunda mübarizə aparacaq Sabahdan iş axtaran müəllimlərin gözlədiyi gün başlayır. Təhsil Nazirliyindən verilən məlumata görə, 26 may – 2 iyun tarixlərində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini […]

Naxçıvana açılan atəşin cavabı – Bütün cəbhə boyu…

20 mayda Naxçıvanla təmas xəttində açılan erməni atəşi Ermənistan-Azərbaycan arasında davam edən tarixi müharibənin lokal bir ərazi vahidinə – Dağlıq Qarabağ bölgəsinə aid olmadığını bir daha nümayiş etdirdi. 1000 km-dən artıq sərhəddin hamısını təhlükə zolağı kimi qəbul etmək olar, lakin yaxın keçmişin acı təcrübəsi sübut edir ki, hərbi əməliyyatlar zamanı […]

Problemli kreditlər silinə bilər: Kollektiv saziş hazırlandı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı ilə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı Palata tərəfindən hazırlanmış “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib. Palatadan “Marja”ya daxil olmuş məlumata görə, görüşdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və aidiyyəti dövlət qurumlarının […]

Azərbaycanda 2 uşaq anası evdən qaçdı – Dərziyə gedirəm deyib – VİDEO

Oğuzda 32 yaşlı gəlin evdən qaçıb. Turkustan.info xəzər tv-yə istinadən xəbər verir ki, rayonun Səməd Vurğun kücəsi, 14 -də yaşayan Gulnaz Abışova 2 gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. 11 ildir Seymur Abışovla ailə quran və hazırda 2 övladı olan gəlin evdən dərzinin yanına getmək adı ilə […]

Əfv olunan qadın məhkumlar artıq azadlığa buraxıldı – FOTOLAR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub. Turkustan.info xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 8 qadın azadlığa buraxılıb. Tədbirdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova da iştirak edib. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra […]

Ramazan ayında toy eləmək olarmı? – Ənənəvi sual

Müqəddəs Ramazan ayını yaşayırıq. Adətən Ramazan boyu müsəlmanlar oruc tutmağa, pis əməllərdən uzaq durmağa, oruc tutmasa da spirtli içki qəbul etməməyə çalışırlar. Beləliklə, mağazalarda, marketlərdə spirtli içkilərin satışı bir qədər zəifləyir. Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə bağlıdır. Ramazan ayı şadlıq evləri və restoranların da […]

“Bu silahları almayın, əks halda…!” – ABŞ-dan Ankaraya TƏHDİD

ABŞ Türkiyəyə Rusiyadan almağı planlaşdırdığı “S-400” zenit-raket komplekslərinin alternativlərini təklif edir. Turkustan.info “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo Senatda keçirilən dinləmələrdə bildirib. “Türkiyə bu istiqamətdə yanlışa yol verir. Türkiyənin “S-400” zenit-raket komplekslərinə malik olması bizim aramızda, həmçinin Türkiyə və NATO arasında bir çox […]

Proses Bakının nəzarətindədir: İrəvanın TOR-larına qarşı…

Azərbaycan Ermənistanın hazırkı təlaşını və bu fonda Rusiyadan yeni silahlar almasını diqqət mərkəzində saxlayır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Rusiyanın Ermənistana TOR sistemləri verməyə hazırlaşması haqda danışarkən politoloq Tofiq Abbasov deyib. Politoloq Rusiyanın müttəfiqinə sözügedən sistemləri verməsini mümkün sayıb: “Baxmayaraq ki, hər iki dövlət KTMT-nin üzvüdür, Ermənistanla Rusiya arasında ikitərəfli […]

Büdcəyə gələn əlavə milyardlar necə xərclənəcək?

Hələlik sənəd Milli Məclisə daxil olmayıb, ancaq gələn ay parlamentin növbədənkənar iclasında dövlət büdcəsinə baxılacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a 2018-ci ilin dövlət büdcəsində gözlənilən dəyişikliklərlə bağlı danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, dövlət büdcəsində gözlənilən dəyişikliklər əsasən dünya bazarında […]

Əfv sərəncamının icrasına başlanıldı

Bu gün Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamının icrasına başlanılıb. Turkustan.info-nun məlumatına görə, əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Həmçinin azadlıqdan məhrum […]

Elçin Əlibəylidən Rüstəm İbrahimbəyova AĞIR SÖZLƏR: “İçi çirkabla dolu, murdar…”

“Sözügedən film ekranlara çıxanda xəbər tutdum və bu barədə filmin yaradıcılarının üzv olduğu gildiyaya da öz etiraz məktubumu göndərdim. Rüstəm İbrahimbəyovdan bunu gözləyirdim. Çünki bütün hallarda o, Azərbaycana aid olmayan insan olub. Son siyasi hadisələrdə bir daha gördük ki, Azərbaycan ona ancaq maddi maraqlar üçün lazımdır və o, öz xəyanətkar […]

Dünyanın ən böyük xəzinəsi tapıldı – Suyun altında 18 milyard…

İspaniya donanmasına aid “San Xose” gəmisini üç əsr boyunca okean altında qalan xəzinə ilə dolu hissələri tapılıb. Mütəxəssislərə görə, gəmidəki qızıl və qiymətli daş-qaşların dəyəri 4-18 milyard dollar arasında dəyişir. Karib dənizində İngiltərə donanması tərəfindən batırılan gəminin qapılarındakı işləmələrə nəzərə yetirən mütəxəssislər onun “San Xose” gəmisinə aid olduğu qənaətinə gəliblər. […]

Mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək – YENİLLİK

Gürcüstan vətəndaşları mobil telefonlarının SİM-kartlarına şəxsi identifikasiya məlumatlarını yükləyərək bundan istifadə etmək imkanı qazanacaqlar. Dövlət Xidmətlərinin İnkişafı Agentliyi proqram təminatı sistemi və ona texniki dəstək xidmətlərinin satın almaq üçün elektron tender elan edib. Layihənin dəyəri 5,8 milyon laridir.  Layihə həyata keçirildikdən sonra SİM-kart ID kartların funksiyalarına malik olacaq və oraya […]

Paşinyan Putini “SATDI?” – Naziri aldadan telefon xuliqanı HƏR ŞEYİ DANIŞDI

Rusiyalı telefon xuliqanı pranker “Vovan” (Vladimir Kuznetsov) Böyük Britaniyanın xarici işlər naziri Boris Consonla Ermənistanın baş naziri Nikol Paşinyanın adından edilən telefon söhbətinin təfərrüatları haqqında danışıb. Turkustan.info “Russian Today” kanalının saytına istinadən xəbər verir ki, Kuznetsovun sözlərinə görə, “bütün işlərə Rusiyanın müdaxiləsi haqqında” söhbət edərək Consonla zarafat etməyə qərar veriblər. “Consonun danışığı […]

Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı – VACİB YENİLİK

“Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir. Qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb. Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyaları müəyyənləşir və 18 yaşdan etibarən istifadə hüququna şamil […]

Sabahın aqronomları təcrübə sahəsində olub

Azərbaycan Dövlət Aqrar Univüersitetin  Aqronomluq fakültəsinin aqronomluq ixtisasının II və III kurs tələbələri təcrübə sahəsində olublar. Onlar  1,5 hektar sahədə əkilən  pambıq bitkisinin Gəncə-110, Bəyaz-Altun -440, Progen, Flash və Carco sortları üzrə fenoloji müşahidələr aparıb,  hektrada saxlanacaq bitki sıxlığına uyğun olaraq seyrətmə əməliyyatı həyata keçiriblər. Məqsəd təcrübə sahəsində  səpilən sortların […]

Mirəli Seyidovun Türkiyədə yenidən nəşr olunmuş kitabı MEK-ə daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Türk-Ermeni edebi ilişkileri” adlı yeni kitab daxil olub. Kitab Azərbaycanın görkəmli alimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 1976-cı ildə nəşr olunmuş “Azərbaycan-erməni ədəbi əlaqələri” əsərinin Türkiyədə yenidən nəşr olunmuş versiyasıdır. Kitabın Türkiyə türkcəsində nəşrə hazırlayanı redaktor Telli Akhun Korkmaz və professor Mehmet […]

ABŞ bu müsəlman torpaqlarını da İsrailə verir və… – MOSSAD dəhşətli PLANI AÇDI

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Donald Trampın Qolan təpələri ilə bağlı da analoji addım atacağı haqda məlumatlar yayılıb. Turkustan.info xəbər verir ki, İsrailin kəşfiyyat xidmətinin (MOSSAD) rəhbəri İsrael Katz yaxın aylarda ABŞ-ın mübahisəli bölgə olan Qolan təpələrini İsrail torpağı kimi tanımasının reallaşa biləcəyini açıqlayıb. Onun sözlərinə görə, Qolan təpələrinin […]

İlham Əliyev 3 sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi […]

“Paşinyan”: Qorxuram Putin məni zəhərləyə… – Audi

Kremlə və Rusiya xüsusi xidmət orqanlarına bağlı telefon dələduzları (prankerlər), “Vovan” ləqəbli Vladimir Kuznetsov və “Leksus” ləqəbli Aleksey Stolyarovun Ermənistanın yeni baş naziri Nikol Paşinyanın adından Böyük Britaniya xarici işlər naziri Boris Consona zəng vuraraq dolayıblar. “Paşinyan”la Boris Conson arasında telefon danışığının audioyazısı internetdə yayılıb. Turkustan.info qeyd edir ki, bir […]

Ərdoğandan Qarabağla bağlı MÜHÜM ADDIM

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə daxil edib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın 24-də R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) “Seçki Bəyannaməsi”ni açıqlayıb. Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı sənəddə: […]

Qənirə Paşayeva İndoneziyanın qadın naziri ilə görüşdə ermənilərin qətlə yetirdiyi körpələrdən danışıb – FOTOLAR

Millət vəkili Q,Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları –İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə […]

“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi -FOTOLAR

Aqil Camal: “AXC bütövlükdə Türk-İslam dünyasının dəyəridir”   Bu gün “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konfrans təşkil edib. Park İNN otelində keçirilən konfransı açan “Ortaq Dəyərlər” […]

“200 manatlıq əsginaslar qanunsuzdur” – İqtisadçı

“Mərkəzi Bankın dövriyyəyə buraxacağı 200 manatlıq əsginasın üzərində digər nominallı əsginaslarda olduğu kimi “© АМВ 2018” işarəsi qanunvericiliyimizə ziddir. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən pul nişanları müəlliflik hüququnun obyekti deyil. “©” (“copyright”) işarəsi isə əsginaslarımızın guya müəlliflik hüququ obyekti olduğunu göstərir. Belə ki, […]

Paşinyan uduzdu: Sərkisyanın 31 gündən sonra ilk qələbəsi

Nikol Paşinyanın yaxın adamı, Vətəndaş Müqaviləsi Partiyasının həmtəsisçilərindən olan Alen Simonyan İrəvan Şəhər Şurasından uzaqlaşdırılıb. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyası yayıb. Komissiya Simonyanın yerini şurada Yelk Blokunun üzvlərindən birinin tutacağını deyib. Qeyd edək ki, bundan öncə İrəvan meri Taron Markaryan Mərkəzi Seçki Komissiyasına müraciət edərək, […]

İlham Əliyev əfv sərəncamı imzaladı – Tam siyahı

Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncama əsasən əfv olunmuş şəxslərin siyahısını təqdim edir: 1.1. Abasov İlham Orucqulu oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2015-ci il 29 iyul tarixli […]

Əfv olunan 12 “siyasi məhbus” bunlardır – SİYAHI

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənanyarlı məlumat verib. Onun sözlərinə görə, əfv siyahısında 634 nəfər məhkumun adı var. Onlardan 12 nəfəri hüquq müdafiəçiləri tərəfindən […]

Cümhuriyyət Parlamentində asılan 100 yaşlı bayraq Bakıya gətirildi – YENİLƏNİB – FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində asılan Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub. Bununla da 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağı yenidən öz Vətəninə qaytarılıb. Turkustan.info xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən N.Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin […]

Avtomobillər kəskin bahalaşdı – AÇIQLAMA

May ayında Bakının avtomobil bazarında orta qiymət 27106 manat təşkil edib. Aprel ayı ilə müqayisədə qiymətlər 19 faiz artıb. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, ay ərzində ümumilikdə 1572 avtomobil satışa çıxarılıb: “Aprel ayı ilə müqayisədə avtomobil bazarında […]

Tanınmışlardan əfvə kim düşüb?

Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan ictimai şəxslərin bəzilərinin adları bəlli olub. Turkustan.info xəbər verir ki, “Nardaran hadisələri” ilə bağlı azadlıqdan məhrum edilən 7 nəfər əfvə düşüb. Bundan başqa, şantaj yolu ilə pul almaqda təqsirləndirilən şair ogario Saday Şəkərli, narkotik ittihamı ilə tutulan AXCP fəalı Elnur Fərəcov, “Cristall Hall”da terror törətməkdə […]

Ustad dərləri davam edir

ADAU-nun  Aqrobiznes və İdarəetmə fakultəsində ustad dərsləri davam edir. Mühasibat uçot və audit kafedrasının növbəti qonağı Gəncə Beynəlxalq  Xəstəxanasının  Maliyyə Şöbəsinin müdiri, CFA 3-cu dərəcəli sertifikatlı, FRM namizədi Rəfael  Abbasov olub. Qonaq   3-cu kurs mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrə   “Forvard və Fyucers meaqvilə” mövzusunda http://agar.space mühazirə […]

Güney Azərbaycan məsələsi İsveç parlamentində – Foto

Mayın 23-də İsveç parlamentində Güney Azərbaycan İstiqlalçilar Birliyinin (GAİB) təşəbbüsü ilə 22 May Xordat hərəkatinin ildonümü ilə bağlı “Güney Azərbaycan problemləri və istiqlala gedən yol” adlı konfrans keçrilib. Qeyd edək ki, GAİB GAİP, GADP, GAMYH siyasi təşkilatlarinin yaratdiği birlikdir. Konfransda İranda yaşayan qeyri-fars millətlərin təşkilat rəhbərlərindən ərəb, bəluc, türkmənlərlə yanaşi […]

Rus analitik 200 manatlıq əskinas haqqında

Yeni daha yüksək nominallı pul əskinaslarının buraxılışı – həmişə iqtisadiyyatda inflyasiya proseslərini özündə əks etdirir.  Turkustan.info bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Rusiyanın 10 ən yaxşı maliyyə analitiki siyahısına daxil olan analitik departamentinin direktoru Aleksandr Razuvayev deyib.  Azərbaycan Mərkəzi Bankı (AMB) yeni 200 manatlıq əskinasları dövriyyəyə buraxacaq. Yeni əksinasın təqdimetmə mərasimi […]

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə mayın 22-də Xırdalandakı Mədəniyyət Mərkəzində konsert proqramı keçirilib. Turkustan.info xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektivi, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və […]

“İbrahimbəyovun filmi ölkəmizə və xalqımıza təhqirdir” – Azay Quliyev

“Rüstəm İbrahimbəyovun “ssenari” müəllifi olduğu “Qafqaz triosu” filmi ölkəmizə və xalqımıza, qan yaddaşımız və tariximizə qarşı hörmətsizlik və təhqirdir”. Turkustan.info xəbər verir ki, bu fikirləri tvitter hesabında millət vəkili, QHT Şurasının sədri Azay Quliyev yazıb. O bildirib ki, bu film, azərbaycanlılara qarşı nifrət yaratmaq məqsədli siyasi sifarişin və xəyanətin məhsulu […]

Masonlar Türkiyəyə qarşı qorxunc planı HƏRƏKƏTƏ GƏTİRDİ – “Ərdoğanı bizə təslim edin”

Türkiyədə dolların durmadan yüksəlməsi və lirənin dəyərdən düşməsi qardaş ölkədə ciddi narahatlığa səbəb olub. Türkiyə mediası dolların yüksəlişinin 24 iyun seçkilərinə qarşı hazırlanmış oyun olduğunu yazır. “Haber7” portalında yayımlanan məqalədə bildirilir ki, Türkiyə iqtisadi zərbə ilə üz-üzə qalıb. “Heç bir iqtisadi problemin olmamasına rəğmən, dollarla bağlı baş verənlər Türkiyəyə qarşı […]

Tramp Əliyevə məktub göndərdi – Qarabağ yeniliyi

“Gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq” Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə məktub gönədərib.  “Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edirəm. Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx […]

Kremllə İrəvan arasında Qarabağla bağlı ŞOK MÜZAKİRƏ – Ermənistandan İNANILMAZ İSTƏK

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyanın dünən reallaşan telefon danışığında Qarabağla bağlı müzakirələrin detalları ortaya çıxıb. Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Mnasakanyanı Moskvaya dəvət edib. Yaxın günlərdə erməni nazirin Moskvaya səfəri gözlənilir. Ermənistanın diplomatik mənbələri Lavrovun Mnasakanyana Qarabağ münaqişəsi üzrə danışıqların əhəmiyyətli […]

Trampdan dünyanı qarışdıracaq daha bir həmlə

ABŞ Prezidenti Donald Tramp idxal edilən avtomobil və onların ehtiyat hissələrinin yoxlanılması barədə göstəriş verib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bununla Tramp sözügedən vasitələrin ölkənin milli təhlükəsizliyinə qarşı təhdid olub olmadığına aydınlıq gətirmək istəyib. ABŞ Ticarət Nazirliyinin aparacağı yoxlamalar idxal edilən avtomobil və ehtiyat hissələrinə gömrük vergisi tətbiq edilməsinə səbəb […]

ABŞ İran bazasını vurdu: 12 ölü

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid olduğu iddia edilən bazaya aviazərbələr endirib. Turkustan.info xəbər verir ki, Suriya mətbuatının iddiasına görə, hücum zamanı 12 döyüşçü öldürülüb. İsrailin “Haaretz” nəşri də həyatını itirən şəxslərin Bəşər Əsəd rejiminin qüvvələri deyil, iranlılar olduğunu təsdiqləyib. İran rəsmiləri məsələ ilə […]

Türkiyədə partlayış baş verib, 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb

Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda xidməti vəzifəsini icra etməyə gedən qoruyucu dəstənin keçdiyi yerdə minanın partladılması nəticəsində 2 nəfər şəhid olub, 3-ü yaralanıb. Turkustan.info DHA-ya istinadən xəbər verir ki, qoruyucuların mindiyi avtomobil terrorçu PKK qruplaşmasının yola döşədiyi minaya düşüb. Hadisə mayın 24-də səhər saatlarında İranla dövlət sərhədindən 45 km aralıda, […]

Qlobal müharibə və Avropanın parçalanması: Fransada stabilliyi kim pozur?

Fransada etiraz aksiyaları səngimək bilmir Son məlumatlara əsasən, Fransada ötən gün baş verən etiraz aksiyalarında təxminən 140 min insan iştirak edib. Müstəqil müşahidəçilərin sözlərinə görə, etirazçıların sayı günbəgün artır. Əgər Fransa KİV-lərinin xəbər lentinə nəzər salsaq, baş verənlərin aydın mənzərəsini görə bilərik. DİN-in məlumatına əsasən, aksiyalarda bütün Fransa üzrə 139 […]

ABŞ-dan acı etiraf: Rusiya hərbi üstünlüyə malikdir

Komandan: “Müharibənin ilk günü Rusiyanın “S-400″ raket sistemi qırıcılarımızı və radarlarımızı məhv edəcək” Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin komandanı general Hizer Vilson (Heather Wilson), Rusiya ilə müharibə başlayacağı ehtimalını dəyərləndirib. O bildirib ki, bu, baş verəcəyi təqdirdə ABŞ-ın yeni “Northrop Grumman E-8” qırıcıları və “JSTARS” radarları müharibənin ilk günü Rusiyanın […]

Azərbaycanlı qız kosmetoloqa getdi: Onu bu hala saldılar – FOTO

Kosmetoloq Elnarə Rzayevanın prosedurları nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini iddia edən daha bir xanım dəhşətli faktlar açıqladı. Saytımız Criminal.az-a istinadən xəbər ki, Gülçöhrə adlı xanım iddia edib ki, E.Rzayeva onun pulunu alıb, qızıl boyunbağısını girov götürərək dodaqlarını bərbad hala salıb: ‘Dodağımda süni gel var idi. Elnarə Rzayevanın reklamını görməyənə qədər […]

Deputatdan anons: “50, 100 manatlıq əskinaslar dövriyədən çıxarılacaq”

Mərkəzi Bank dünən 200 manat dəyərində yeni əskinasın qapalı təqdimat mərasimini keçirib. Yeni əskinasın buraxılması cəmiyyətdə bəzi müzakirələrə, söz-söhbətə səbəb olub. 200 manatlıq əskinasın inflyasiya səviyyəsinin yüksəlməsinə, hətta növbəti devalvasiya dalğasına səbəb olacağı fikirlərini səsləndirilənlər də var. Turkustan.info xəbər verir ki,  təqdimat mərasimində iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və […]

Yeni təhsil naziri Milli Məclisdə

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 24-də keçirilən iclasında üç məsələ müzakirəyə çıxarılıb. Turkustan.info-nun xəbərinə görə, bunlar Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə qanun layihələri və “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədilə yaradılmış İşçi Qrupunun tərkibinin təsdiqi məsələsidir. İclasa qatılanlar arasında yeni təhsil naziri Ceyhun Bayramov da […]

Ermənistanda Qarabağ klanına daha bir zərbə

Klanın daha bir vəzifəlisi qovuldu Uzun illər Ermənistanda hakimiyyətdə olan cinayətkar Qarabağ klanına daha bir zərbə vurulub. Ermənistanın yeni baş naziri Azərbaycanın işğal altında olan ərazilərində anadna olan Baş Qərargah rəisini işdən qovub. Turkustan.info erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə Nikol Paşinyan özü məlumat verib.  Movses Akopyanı əvəz […]

100 milyonluq ölkə super gücün önündə diz çökdü – Savaşa bilmərik

“Tək nəticə məhvimiz olacaq” “Savaşa başlamağa gücümüz çatmaz. Bu Silahlı Qüvvələrimizin məhvi olar”. Bunu Çinin Cənubi Çin dənizindəki hərbi fəaliyyəti ilə bağlı açıqlama verən Fillipin prezidenti Rodriqo Duterte deyib. O, Filippin donanmasının qurulmasının 120 illiyi münasibəti ilə Manilada keçirilən tədbirdə çxıış edib. Duterte belə bir zamanda savaşa güclərinin çatmayacağını bildirib. “Qazana bilməyəcəyimiz […]

Bakıda “sevgi yuvaları”: Ərəblər oraya qrup halında seks üçün gəlirlər

“Hazırda Hollandiya və digər ölkələrdə olduğu kimi ölkəmizdə də qadınların durduğu və özlərini təklif etdiyi küçə var” Bakıda bəzi gecə klubları ərəb ölkələrindən olan müştərilərə xidmət göstərmək sahəsində ixtisaslaşıb. Turkustan.info bildirir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) rəhbəri Nahid Bağırov Azərbaycanda “seks turizmi” probleminin inkişafını şərh edərkən […]

Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – ŞOK TƏFƏRRÜAT

Lotu Qulinin Rusiyanın Ural regionu üzrə “valisi” Rəhman Abdullayevin həbsinin bəzi təfərrüatları məlum olub. Turkustan.info-nun yerli KİV-lərə istinadən hazırladığı məlumata görə, Çelyabinsk polisi son on ildə bu “çəkidə” avtoriteti həbs etməmişdi. Məlumata görə, Rəhman Abdullayev nəinki Çelyabinsk, qonşu Tümen və Sverdlovsk vilayətlərinə də Quli tərəfindən nəzarətçi təyin edilmişdi. Rəhman regionun […]

Tramp dünyanı YENİ BÖHRANA sürükləyir – Mütəxəssislərdən XƏBƏRDARLIQ

ABŞ prezidenti Donald Tramp ölkəsinə idxal olunan avtomobil və ehtiyat hissələrinin ABŞ-ın maraqlarını təhdid edib-etmədiyini yoxlamaq üçün əmr verib. Turkustan.info xəbər verir ki, yoxlama ABŞ Ticarət Nazirliyi tərəfindən aparılacaq. Yoxlamadan sonra idxal olunan avtomobil və ehtiyat hissələri üçün gömrük vergisi təyin ediləcəyi bildirilir. Tramp ticarət naziri ilə görüşündən sonra verdiyi yazılı […]

Bakı metrosunda HƏYACAN: Gənc oğlan özünü qatar yoluna atdı

Bu gün səhər saatlarında gənc oğlan özünü qatarın altına atıb. “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin  verdiyi məlumata görə, hadisə “Koroğlu”stansiyasında baş verib. “Gənc oğlan 09:25-də özünü “Həzi-Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatarın yoluna atıb. Maşinist qatarı vaxtında saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb. Oğlan xəsarət almayıb, o, xilas edilərək polisə təhvil […]

“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes

Turkustan.info xəbər verrir ki, məşhur Forbes jurnalı 2018-ci ilin may ayınadək Rusiyanın ən varlı varisini elan edib. Jurnalın araşdırmasına görə, hazırda Rusiyada 102 milyarder var və onların toplam varidatı 403 milyard dollardır. Milyarderlərin isə üst-üstə 289 övladı var. Nəticədə orta hesabla hər uşağın payına 1, 4 milyard dollar pul düşür. […]

200 manatlıq bu gündən dövriyyəyə buraxılır – Deputat sakitliyə ÇAĞIRDI: “İnflyasiya olmayacaq!”

Mərkəzi Bank dünən 200 manat dəyərində yeni əskinasın qapalı təqdimat mərasimini keçirib. Yeni əskinasın buraxılması cəmiyyətdə bəzi müzakirələrə, söz-söhbətə səbəb olub. 200 manatlıq əskinasın inflyasiya səviyyəsinin yüksəlməsinə, hətta növbəti devalvasiya dalğasına səbəb olacağı fikirlərini səsləndirilənlər də var.  Turkustan.info bildirir ki, təqdimat mərasimində iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və […]

200 manatlığın müsbət və mənfi tərəfləri – İqtisadçı DANIŞDI

Mərkəzi Bank tərəfindən yeni 200 manatlıq əskinas dövriyyəyə buraxılır.  Turkustan.info bildirir ki, iqtisadçı Vüqar Bayramov rəsmi açıqlamalara istinadən Modern.az-a iri nominallı əskinasın dövriyyə buraxılmasının müsbət və mənfi tərəflərini açıqlayıb. O bildirib ki, yeni əskinaslar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılmasına səbəb olacaq. V.Bayramov həmçinin bildirib ki, iri nominallı əskinasın dövriyyəyə buraxılmasının […]

Qarabağda balans dəyişir: KİMİN XEYRİNƏ?

“Rusiya öz qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxartmalıdır”-ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra belə bir bəyanatla çıxış edib. Pompeo bildirib ki, ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir və bu möhkəm dəstək davam etdiriləcək”. Dövlət katibi G.Kvirikaşvilini Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi […]

“Azərbaycan – YURDUM MƏNİN” – Fotolar

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm, Təhsil və Gənclərlə İş Şöbəsinin müdiri Yaşar Əliyev, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Sumqayıt Regional […]

ABŞ Ermənistanı niyə xilas edir? – Şərh

Tramp çox tez dəyişən və müxtəlif lobbi qüvvələrin təsiri altına düşən bir şəxsdir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ-ın Ermənistana islahatlar keçirməsi üçün 140 milyon dollar ayırmağa hazırlaşması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ABŞ Paşinyanın başçılığı ilə baş verən küçə hərəkatını bir növ […]

ABŞ İrəvana milyonlar vəd etdi: Lavrov dərhal hərəkətə keçdi

Paşinyanın öz kabinetindəki yeni təyinatları onun yeni reform, nəfəs gətirən islahatlar keçirməyə çalışdığını göstərir. Burada isə əsas məqsəd müəyyən qədər Rusiyadan uzaqlaşmaqdır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Paşinyanın ilk addımlarından Dağlıq Qarabağ münaqişəsi kartından istifadə edəcəyi hiss olunur: “Çünki Dağlıq Qarabağ münaqişəsinin […]

Albalı yedikdən sonra tumunu atmayın – Alimlərin gizli saxladığı daha bir DƏRMAN

Artıq albalı mövsümü başlayıb. Sağlamlıq üçün əvəzsiz olan bu meyvənin faydasının daha çox tumlarında olduğu açıqlanıb. Belə ki, qədimdən albalı tumlarından müxtəlif xalq təbabəti reseptlərdə istifadə olunurmuş. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, tumların tərkibində bir çox meyvələrin çəyirdəyində olduğu kimi Amiqdalin maddəsi çoxdur. Məhz bu maddə çəyirdəyə acı dad […]

Xamenei Avropaya ultimatum verdi

Rəsmi Tehran İranın Vyanada bağlanmış nüvə sazişindən çıxmaması üçün Avropa ölkələrinə yeddi şərt irəli sürüb. Turkustan.info “Al Jazeera”yə istinadən xəbər verir ki,  bu haqda bəyanatı İranın ali dini lideri ayətullah Əli Xamenei səsləndirib. Səslənən şərtlər arasında – İranla ticarət əməkdaşlığının davam etdirilməsi ilə bağlı Avropa banklarının qarantlar verməsi, Avropa Birliyinin […]

Siyasi hərarət türk lirəsini “vurdu”: Manatı nə gözləyir? – ŞƏRH

Türkiyədə lirə dollara nisbətdə ucuzlaşmaqda davam edir. Ötən gün  dollar/lirə məzənnəsi 4.80 lirə səviyyəsini də görərək rekordu yeniləyib.  Beləliklə, ilin əvvəlindən indiyədək türk lirəsi dollara nisbətdə 20.27 faiz ucuzlaşıb.  Lirənin ucuzlaşmasına səbəb reytinq agentliyi “Fitch Rating”in Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağı yönündə açıqlaması olub.  Turkustan.info bildirir ki, […]

Rüstəmin Azərbaycanı təhqirinin – Şok səbəbi

Əslində, Rüstəm İbrahimbəyovun bütün yaradıcılığında azərbaycanlılara “yuxarıdan aşağı baxmaq” düşüncəsini müşahidə etmək mümkündür. Ancaq bu adına “nifrət” deyə biləcəyimiz münasibət heç vaxt bu qədər açıqlığı ilə üzə çıxmamışdı. Təhtəlşüuri olaraq daim Rüstəm İbrahimbəyovda yaşayan bu fikirlərin birdən-birə “Qafqaz triosu”nda fontan vurması onun təkcə yaradıcılığının deyil, həm də həyatının, mahiyyətinin, dünyagörüşünün […]

Kainat haqqında tükürpədən versiya: Qəflətən… – Alimlərdən açıqlama

Bizim kainat əbədi mövcud olmayacaq. O, “Tanrı zərrəciyi” – Hiqqs bozonunun yaradacağı Böyük partlayışla qəfil məhv olacaq. Bu barədə “Physical Review D” nəşrinin yayımladığı məqalədə deyilir. “Kainatın ölçüləri sonsuz, həyat müddəti isə əksinə, sonludur. Çox güman ki, artıq “mütləq boşluğu”n bətni haradasa yaranıb və o, qoca kainatı işıq sürəti ilə […]

İsraildən Ərdoğan hökumətinə: “Erməni soyqırımı”na etiraz etmirik

İsrail hökuməti parlamentdə (Knesset) qondarma “erməni soyqırımı”nın tanınması üçün toplantının keçirilməsinə etiraz etməyəcəklərini açıqlayıb İsrail hökuməti, qondarma “erməni soyqırımı”nın tanıması üçün siyasətçilərin etdiyi müraciətə bu gün cavab verib. Turkustan.info “Haber7“ə istinadla xəbər verir ki, İsrail hökuməti parlamentdə (Knesset) qondarma “erməni soyqırımı”nın tanınması üçün toplantının keçirilməsinə etiraz etməyəcəklərini açıqlayıb. Beləliklə, ötən […]

“Azərbaycanlılarla ermənilərin ortaq biznesi var” – Qarabağ problemi ilə bağlı ŞOK DETAL

Ukraynalı jurnalist-ekspert Dmitri Qordon azərbaycanlılar və ermənilər, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında maraqlı fikirlər səsləndirib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Qordon ermənilərin Azərbaycan və Türkiyə ilə barışmaq istədiklərini, lakin Rusiyanın buna imkan vermədiyini açıqlayıb. “Dağlıq Qarabağ münaqişəsini Rusiya yaratdı. “Parçala və hökmranlıq et!”, bu, Rusiyanın sevimli sxemidir. Azərbaycan və […]

Paşinyandan Qarabağla bağlı ŞOK ADDIM: Sorosun adamı…

Ermənistanın baş naziri Nikol Paşinyanın Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi postuna gətirməsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimdə (bu rejim keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı”ndan ibarətdir) narazılıqla qarşılanıb. Turkustan.info xəbər verir ki, “Qraparak” qəzeti A.Qriqoryanın Soros Fondu ilə sıx bağlı olduğunu yazıb. “Qarabağda hesab edirlər […]

Ərdoğandan devalvasiya açıqlaması: Yalnızıq…

Valyuta sahəsində baş verən çalxalanma sadəcə ölkəmizlə bağlı deyil. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib. “Qlobal sferada valyuta bazarında müəyyən dəyişikliklər müşahidə edilir. İnkişaf etməkdə olan ölkələrdə bunun təsiri daha çox hiss edilir. Hər mənada yalnız buraxılan Türkiyədə də bu sınaq qarşısında da yalnızdır. Maliyyə […]

“İbrahimbəy bilsəydi soyunda “soysuz” olacaq soyadının yaşamasın istəməzdi”-Nahid Canbaxışlı

Turkustan.info xəbər verir ki,özünü kinodramaturq və kinorejissor kimi təqdim edən Rüstəm İbrahimbəyovun “Qafqaz trio”su (rejissor – Eldar Şengel, Fuad İbrahimbəyov, senari müəllifi – Rüstəm İbrahimbəyov, 2015-ci il) tarixin bütün dönəmlərində türklərə qarşı soyqırım ayata keçirmiş erməniləri qəhraman kimi təqdim etməsi və Azərbaycan xalqını gücsüz və düşmən obrazda göstərməsi ciddi etirazlara səbəb olub.Elə bunun nəticəsidir […]

Ermənistanın yeni prezidenti Azərbaycanın bu mahnısına oynadı -VİDEO

Ermənistan prezidenti Armen Sarkisyan Amulsars qızıl mədəninin istismarına etiraz edən ekoloqlarla görüşüb. Turkustan.info rus mətbuatına istinadən xəbər verir ki, prezident sarayı qarşısına toplaşan etirazçılarla baş tutan görüşdə Sarkisyan Azərbaycanın milli rəqsi olan “Köçəri”ni oynayıb. Xatırladaq ki, Azərbaycanın məşhur “Yallı” rəqsinin növlərindən olan “Köçəri” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına Ermənistanın qeyri-maddi […]

Quşadasında fahişə əməliyyatı: Azərbaycanlı qadınlar tutuldu

Türkiyədə – Quşadasında iki azərbaycanlı qadın fahişəlik edərkən yaxalanıb. Turkustan.info İHA-ya istinadən xəbər verir ki, qadınlarla birlikdə hotel sahibi və resepşn əməkdaşı da məsuliyyətə cəlb edilib. Əldə edilən məlumata görə, polisə bildirilib ki, qadınlar Quşadasında Cümə Bazarı adlanan yer yaxınlığındakı bir pansiyondadırlar. Onlar “iş başında” yaxalanıb. Qadınlar sağlamlıq müayinəsindən keçdikdən […]

Başqa kişi ilə yazışan arvadını soyundurub oxlovla döydü, bu hala saldı (+18 FOTOLAR)

İzmirin Buca vilayətində ailə dəhşəti baş verib. 30 yaşlı S.C. əri, 36 yaşlı Uğur C. tərəfindən döyülüb. Uğur arvadını yumruqlayıb, sonra isə oxlov və kəmərlə döyüb, barmağını sındırıb. 2 uşaq anası bu brədə polisə müraciət etsə də cani sərbəst buraxılıb. Uğur C. bildirib ki, arvadını başqa kişi ilə yazışarkən tutub.  […]

İbrahimbəyovun yeni filmi: Ermənilərin bədbəxtliyinin səbəbi “vəhşi” azərbaycanlılardır – VİDEO – FOTO

Çox vaxt Azərbaycan haqda bacarıqsız və üzüyumşaq milləti olan məmləkət kimi yazırlar: ya anlamayacaqlar, ya da cavab verməyəcəklər… Ərsəyə gəlməsindən bir neçə il sonra filmi təsadüfən izlədim. “Qafqaz üçlüyü” 2015-ci ildə çəkilib. Rejissoru Eldar Şengelaya və Fuad İbrahimov, ssenari müəllifi isə Rüstəm İbrahimbəyovdur. Anladım və cavab verirəm… Filmin proloqunda uşaqlar […]

Türkiyədən Rusiyanı üzəcək addım: Ukraynaya hərbi yardım…

Türkiyə Ukraynaya 9,3 milyon türk lirəsi (təxminən 3,3 milyon manat) ayırıb. Turkustan.info xəbər verir ki,  Ukrayna Nazirlər Kabineti bu gün rəsmi Ankaranın Kiyevə nəzərdə tutulan hərbi-maliyyə əməkdaşlıq müqaviləsini təsdiq edib. Müqaviləyə əsasən, Türkiyə tərəfi Ukrayna ordusunun ehtiyaclarını ödəmək üçün məhsul və xidmət idxalına, ukraynalı əsgərlərin Türkiyə Silahlı Qüvvələrinin tədris mərkəzlərində qısa […]

Onlarla razılaşdıq ki, Qarabağ prosesini… – Mnatsakanyan

Ermənistan XİN ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə daxil olmağı gözləyir. APA-nın verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi ilə bağlı sualı cavablandıran yeni nazir bildirib ki, onlar üçün danışıqlar prosesinin dinamikasını […]