Gün: May 1, 2018

Bütün Ermənistan ayaqda: Aeroportlar, metro və yollar…

Ermənistan etiraz hərəkatının lideri, “Yelk” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan aeroportları və bütün yolları bağlamağı əmr edib. Turkustan.info-nun məlumatına görə, Ermənistan etiraz hərəkatının lideri, “Yelk” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan aeroportları və bütün yolları bağlamağı əmr edib. O, həmçinin total işçi və tələbə nümayişi elan edib. Paşinyan bunu Ermənistan Respublika […]

Məşhur azərbaycanlı aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib – FOTO+VİDEO

83 yaşında dünyasını dəyişən məşhur azərbaycanlı aktyor, xalq artisti Süleyman Ələsgərovun həyatı ilə bağlı maraqlı faktın üstü açılıb. Aparıcı Elgiz Əkbər “Bizim Cəbiş müəllim” kinosundakı baş rol obrazı ilə məşhurluğunun zirvəsinə qovuşan xalq artistinin ən çox qorduğu xəstəlik – xərçəngdən vəfat etdiyini deyib. Aparıcı bildirib ki, məşhur aktyor hətta xəstəxananın […]

Rusiyada “Lotu Quli”nin silahdaşı həmvətənlisini güllələdi – VİDEO

Sankt-Peterburqun hüquq mühafizə orqanları əməkdaşları  “qəsdən adamöldürmə” maddəsi üzrə şübhəli bilinən 46 yaşlı şəxsi axtarır. Oxu.Az “Fontanka”ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan həmin şəxs, öz həmvətənlisi Füzuli Qarayevi qətlə yetirib. Məlumata görə, onlar  “Apraksin dvor” bazarında ticarət obyektlərinin himayədarlığı ilə bağlı bir-biri ilə rəqabətdə olub. Aprelin 30-da Lomonosov küçəsində evin qarşısında törədilən […]

İrandan İsrailə: Sizə sürpriz hazırlayırıq

Benyamin Netanyahunun iddiaları İsrailin növbəti provokativ təxribatlarıdır. Turkustan.info xəbər verir ki, bu sözləri İran Müdafiə naziri Əmir Xatəmi deyib. O bildirib ki, Tehran bu kimi təxribatları cavabsız qoyamayacaq: “Bu, bizim Qüdsü işğal edən rejimə və onun dəstəkçilərinə xəbərdarlığımızdır: Təhlükəli davranışlarınızı dayandırın. İranın cavabı sürpriz şəklində olacaq və siz bundan peşman […]

İvanişvili qayıtdı

Hakim partiyada dəyişiklik nəyə hesablanıb?  “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisiçisi və lideri, məhşur milyarder Bdzina İvanişvilinin siyasətə qayıdacağı barədə məlumatlar öz təsdiqini tapıb. Hakim partiyanın Siyasi Şurası sabiq baş nazir Bdzina İvanişvilinin yenidən “Gürcü Arzusu-Demokratik Gürcüstan”a sədr seçilməsi üçün namizədliyini irəli sürüb. Bu barədə partiyanın baş katibi, Tiflis şəhərinin meri Kaxa […]

Sumqayıt Regional Mədəniyyət idarəsində müşavirə – İdarə rəisi tapşırıqlar verdi

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin müşavirəsi keçirilib.    Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidmətindən  Turkustan.info-ya verilən məlumata görə müşavirədə mədəniyyət müəssisələrinin rəhbərləri, nümayəndəliklər üzrə baş məsləhətçilər, idarənin aparıcı məsləhətçiləri iştirak edib. Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edib. O, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin […]

Ermənistanı alt-üst edəcək dəhşətli B PLANI İŞƏ DÜŞÜR: Qanlı küçə döyüşləri və…

Ermənistanın baş nazirliyinə namizəd olan Nikol Paşinyanın B planı ortaya çıxıb. Turkustan.info xəbər verir ki, erməni siyasi şərhçi Sarqis Artsruni Paşinyanın parlamentdə baş nazir seçilməsi ehtimalının az olduğunu yazıb. “Bunu Paşinyanın özü də anlayır. Buna görə də o, özünün B planını hazırlayıb. B planında uzunmüddətli etiraz aksiyaları var”, – deyə Artsruni […]

Paşinyanın baş nazir olmasına kim imkan vermədi? – İSTİ ŞƏRH

Hələlik aydın olan budur ki, Ermənistanda qeyri-müəyyənlik davam edəcək və gərginlik artacaq. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Paşinyanı baş nazir seçmədilər: “Çoxluğa malik Respublika Partiyası onun əleyhinə səs verdi. (Partiyanın lideri hələ də Serj Sərkisyandır.) Aydındır ki, burada Rusiyanın mövqeyi xüsusi […]

“Qaçqınkom”un yeni sədri məcburi köçkünlərlə görüşüb – FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Texniki Universitetinin Bakı şəhəri Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.  Turkustan.info bildirir ki, komitədən Oxu.Az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri vəziyyətlə yerində tanış olub, orada yaşayan məcburi köçkünlərin problemlərini dinləyib, […]

Paşinyan Ermənistanın baş naziri seçilmədi

Ermənistan parlamenti  Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib. Turkustan.info TASS-a istinadən xəbər verir ki, Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunurdu. Yeni səsvermə yeddi gün ərzində keçirilməlidir. İkinci səsvermədə də  baş nazirini seçmək mümkün olmasa, Ermənistan parlamenti buraxılacaq.  /Oxu.Az/ […]

Bakı bazarlarında təhlükəli yağlar satışdadır – Video

Space Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə də ölkədə satılan yağlarla bağlı araşdırma tamaşaçılara təqdim edilib. Turkustan.İnfo xəbər verir ki, teleaparıcı Amil Xəlil ölkədə satılan yağların təhlükəsindən və təbii yağları saxta yağlardan ayırmağın yollarından danışıb. Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynovda açıqlama verərək dəhşətli faktların üstünü açıb. Onun […]

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyəti artırıldı – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Dəyişikliklərə əsasən, fərmanın 1-ci hissəsi aşağıdakı redaksiyada verilir: “1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac […]

Düşmən Qarabağda yeni təxribatlara hazırlaşır – FOTOLAR

İşğal altında olan Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qanunsuz hərbi hissələrinin birində xüsusi təyinatlı bölmələrin və ştat üzrə olan snayperlərin 5 günlük toplanışlarından sonra yekun atış yoxlamaları keçirilib. Turkustan.info Ordu.az-a istinadən xəbər verir ki, Xocalı şəhərinin ətrafında yerləşdiyi ehtimal edilən “Asparez” təlim mərkəzində keçirilən yekun yoxlama mərhələsində qanunsuz hərbi birləşmə “komandiri” general-leytenant Levon […]

Nazir küçədə 5 min tapıb qaytaran məktəblini təltif etdi – FOTO

Tapdığı 5 min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif olunub. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. O bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə Təhsil naziri Ceyhun Bayramov tərəfindən […]

Uşaq evinə gələn bazarlıq hara getdi? – Rəqsənənin qızından ikinci şok VİDEO

“Maşınla bazarlıq gəlir, sonra da sağa-sola baxaraq şıxıb başqa maşınlara doldurulur” Bakıdakı uşaq evlərinə edilən yardımın mənimsənildiyini iddia edən müğənni Rəqsanə İsmayılovanın qızı yeni video yayıb. Turkustan.info İstiPress-ə istinadən məlumatına görə, Aysun İsmayılova bu yolla onu məhkəmə ilə hədələyən körpələr evinin baş həkimi Nəhayət Əliyevanın da cavabını verib.   O, baş həkimin iddia […]

“Bizi vursanız, vurulacaqsınız” – Xamneyi sərt danışdı

Bizi vursanız, vurulacaqsınız. Bu fikirləri İran islam Respublikasının dini lideri Seyid Əli Xamneyi bildirib. İranın ali dini lideri bu gün 1 May zəhmətkeşlər bayramı günü ilə bağlı Tehranda qatıldığı tədbirdə çıxış edib. Bazar günü Suriyada bir həbi bazaya endirilən zərbəyə işarə edən Xamneyi ABŞ və müttəfiqlərinə xəbərdarlıq edib: “Bizi vursanız, […]

Rövşən Rzayev daha bir direktoru işdən çıxardı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daha bir departament direktoru işdən çıxarılıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb. Əmrə əsasən, qurumun Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimov vəzifədən azad olunub. O, bundan sonra həmin departamentin […]

Günün sonunda İrəvanın taleyi necə olacaq: Müharibə zəngi və Ermənistanda İKİ DİLEMMA

Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas keçirilir. Dünyanın diqqəti hazırda İrəvandadır. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, 100-dən artıq xarici KİV parlamentdəki seçkiləri izləmək üçün Ermənistan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçib. Hazırda yeganə namizəd olan Nikol Paşinyan deputatların suallarını cavablandırır və baş nazir olacağı təqdirdə nələr edəcəyini açıqlayır. Paşinyanın […]

Ukraynanın “Tarixi Ürəyi”

Lvov Ukraynanın və postsovet məkanının ən populyar turizm şəhərlərindən biri hesab edilir Bir neçə həftə öncə Ukraynada səfərdə olarkən dostumuzun dəvətilə ölkənin qərbində yerləşən Lvov şəhərinə də “atüstü” baş çəkdik. Bu barədə təəssüratlarımızı oxucularımızla bölüşmək maraqlı olardı. Öncə qeyd edək ki, Ukraynanın qərbdəki əyalət və şəhərləri ölkənin arxitekturası, görünüşü və […]

CASCFEN sədri vəzifəsi Nadir Azəriyə həvalə olundu

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti yekdil rəylə qurumun sədr müavini Nadir Azərinin ümumi yığıncağadək sədr vəzifəsini icra etməsinə qərar verib. Bu haqda yayılan açıqlamada deyilir ki, təşkilat qurulduğu gündən onun ən fəal üzvlərindən olan Nadir Azəri son altı ildə həm də sədr müavini vəzifəsini […]

Ayaz Salayevdən qəribə açıqlama: “Kişilər qadınlaşır, bununla barışmalıyıq” – VİDEO

Kinorejissor Ayaz Salayev “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində maraqlı açıqlamaları ilə yadda qalıb. Turkustan.info xəbər verir ki, proqrama dəvət alan qonaqlar arasında bu dəfə “çərçivə”, yəni müəyyən qadağalar mövzusu ətrafında müzakirələr aparılıb. Ayaz Salayev çıxış edərkən bildirib ki, müəyyən ixtiralardan sonra kişinin fiziki gücə ehtiyacı yoxdur: “Məsələn, orta […]

Paşinyan parlamentdə: “İlham Əliyev Yerevanı alacağı ilə hədələyir”

Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan bu gün parlamentdə çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib. Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir, o deyib. “Biz hamımız anlamalıyıq ki, Azərbaycan rəhbərliyi İlham Əliyevin simasında […]

Vüsal Hüseynov rəisi işdən çıxardı

Dövlət Miqrasiya Xidmətinə yeni təyinat alan Vüsal Hüseynov kadr islahatlarına start verib. Turkustan.info bildirir ki,  Unikal.org-a eksklüziv daxil olan məlumata görə, V.Hüseynov Dövlət Miqrasiya Xidmətində bölmə rəisi Şəhriyar Tariyevi tutduğu vəzifədən azad edib. DMX rəisi bununla bağlı əmr imzalayıb. Qeyd edək ki, vəzifədən azad olunan Şəhriyar Tariyev Dövlət Miqrasiya Xidmətinin […]

Bakıda 400 min evi gözləyən AQİBƏT

Bakıda bir çoxları ucuz olsun deyə bələdiyyə sənədi ilə olan torpaqları almağa üstünlük verir. Halbuki bir çox yerlərdə elə həmin qiymətə çıxarışı olan torpaqlar satılır. Ekspertlər bələdiyyə sənədi ilə satılan torpaqların sonradan bir sıra problemlərə səbəb olacağını deyir və buna görə ucuz qiymətə çıxarışı olan torpaqları almağın daha doğru seçim […]

Paşinyandan gözlənilməz Qarabağ açıqlaması: ”7 rayon… ”

Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclası başlayıb. Turkustan.info xəbər verir ki, iclası Ermənistan parlamentinin spikeri Ara Babloyan açıb. *** Çıxış Blokunun nümayəndəsinin namizədləri ilə bağlı açıqlamasından sonra Nikol Paşinyan çıxışa başlayıb. O, baş nazir seçiləcəyi təqdirdə atacağı addımlardan danışır. Paşinyan çıxışında bildirib ki, Robert Köçəryan və Serj Sərkisyan […]

Yanan çoxmərtəbəli bina çöküb – VİDEO

Braziliyanın San-Paulu şəhərində yanğın zamanı çoxmərtəbəli bina çöküb. Turkustan.info-nun “Associated Press”ə istinadən məlumatına görə, sənədlərə əsasən, uzun müddət istifadə olunmayan bina yerli polis idarəsinə məxsus olub. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir. Lakin binada evsiz insanların məskunlaşdığı ehtimal olunur. /Oxu.Az/

“Parlament Qarabağla bağlı iclas keçirsin” – Deputatdan MÜHARİBƏ ÇAĞIRIŞI

“Bu gün Ermənistanda gərgin siyasi vəziyyət mövcuddur. Hesab edirəm ki, orada siyasi qüvvələr daxili istifadə üçün atəşəkəsi poza bilərlər”. Turkustan.info-nun məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, Azərbaycan ordusu və dövləti hazır olmalı, belə bir halda cəsarətli qərar qəbul edib torpaqlarımız işğaldan […]

Milli Məclis yeni CƏRİMƏLƏRİ təsdiqlədi

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Turkustan.info-nun məlumatına görə, dəyişiklik hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəzaları nəzərdə tutur. Dəyişikliklə İnzibati Xətalar Məcəlləsinə yeni-517-2-ci (Hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsi əlavə edilir. Maddəyə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən […]

Parlamentdə MÜBAHİSƏ: Siyavuş Novruzov spikerdən o deputatların siyahısını İSTƏDİ

“Tez-tez mətbuatda “istiqlalçı deputatlar”la bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”. Turkustan.info-nun Modern.az-a istinadən […]

Türkiyədə prezidentliyə ilk namizəd elan olundu

Səadət partiyası prezident seçkilərində irəli sürdüyü nümizədini açıqlayıb. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyədə 24 iyun tarixində keçiriləcək prezident seçkilərində Səadət partiyasını təmsil edəcək şəxsin adına aydınlıq gəlib. Partiyanın sədri Temel Karamollaoğlu prezident olmağa namizəd olduğunu “ Tvitter” səhifəsində paylaşıb Namizədliyi açıqlandıqdan sonra Karamollaoğlu çıxış edərək bunları deyib: “Biz […]

4 dövlətin və Azərbaycanın Qarabağ PLANI ORTAYA ÇIXDI: Ərazilərin qaytarılması əvəzində…

Ermənistanda keçirilən etiraz aksiyalarının ilk günlərində Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan prosesin daimi iştirakçısına çevrilmişdi. Aprelin 23-də – baş nazir Serj Sarkisyanın istefa verməsindən bir neçə saat əvvəl keçirilən təhlükəsizlik müşavirəsində prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanla yanaşı, Bako Saakyan da iştirak […]

Ustad gitaraçı Rəmişin möhtəşəm səsi də varmış – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı xalq artisti, gitaraçı Rəmiş olub. Efir zamanı Rəmişin qısa zümzüməsi aparıcı Elgizi təccübləndirib. Aparıcının “sizin nə gözəl səsiniz var” deməsinin ardından, Rəmiş “Qarabağlıyam” deyib və mikrafonu əlinə alıb. Rəmişin ifası zamanı Əli Mirəliyev də səsi ilə ona dəstək verib. İkilinin bu ifası qonaqları məst […]

Fazil Mustafadan “İstiqlalçı deputatlar”la bağlı TƏKLİF

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley medalı təltif edilən edən şəxslər siyahısına təkcə Cümhuriyyət liderlərinin varisləri salınmamalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fədakarlıq etmiş şəxslərin varisləri də bu siyahıya əlavə edilməlidir”. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” […]

Ermənistan baş nazir seçir: Paşinyan çıxış edir – Canlı

Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclası başlayıb. Turkustan.info xəbər verir ki, iclası Ermənistan parlamentinin spikeri Ara Babloyan açıb. *** Çıxış Blokunun nümayəndəsinin namizədləri ilə bağlı açıqlamasından sonra Nikol Paşinyan çıxışa başlayıb. O, baş nazir seçiləcəyi təqdirdə atacağı addımlardan danışır. /Axar.az/  

Bakıda tanınmış həkimlərin “ölümcül fırıldağı” – VİDEO

Dünən Bakıda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan bir qrup vəzifəli şəxs tutulub . Onların arasında tanınmış ginekoloq da olub.  Turkustan.info xəbər verir ki, söhbət Azərbaycan telekanallarından birində reklam olunan və respublikanın ən yaxşı həkimi obrazında çıxış edən Natiq Məhərrəmovdan gedir.  Belə ki, Məhərrəmov uzun müddət paytaxt teleməkanında yayımlanan tanınmış […]

Milli Məclisdə maraqlı HADİSƏ – Deputatlar gündəliyin əleyhinə çıxdılar

Milli Məclisin bugünkü növbəti iclası başlayan kimi maraqlı hadisə yaşanıb. Turkustan.info-nun məlumatına görə, spiker Oqtay Əsədov deputatları qeydiyyatdan keçməyə və gündəliyi təsdiqləməyə çağırıb.  Bu zaman deputatlardan 10 nəfər düyməni səhv basaraq, gündəliyin əleyhinə səs veriblər. Bu, spikerin maraqlı reaksiyasına səbəb olub və gülərək deputatları yenidən səsverməyə çağırıb. Gündəlik səsə qoyularaq qəbul […]

Milli Məclisin iki komitəsinə yeni üzvlər seçildi – ADLAR

Milli Məclisinin Gənclər və idman komitəsinə və Mədəniyyət komitəsinə yeni üzvlər seçilib. Turkustan.info-nun məlumatına görə, parlamentin mayın 1-də keçirilən plenar iclasında deputat Azər Badamov və Eldəniz Səlimov Milli Məclisin Gənclər və idman komitəsinə, Hüseynbala Mirələmov isə Mədəniyyət komitəsinə üzv seçilib.  /Modern.az/

İcra başçıları təlaşda – Növbə onlara çatır…

Əhalini hakimiyyətdən narazı salan, sahibkarlığın inkişafını əngəlləyən icra başçıları yola salınacaq. Prezident seçkilərindən sonra yeni formalaşan Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri oldu. Prezidentin fərmanları ilə üç nazir, 3 komitə sədri, baş nazirin iki müavini vəzifələrindən azad olundular. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu da boşaldı. Onu da qeyd […]

Dövlət məmuru RƏİSİNİN OTAĞINDA özünü BIÇAQLADI- AZƏRBAYCANDA

Vergilər Nazirliyinin əməkdaşı Ramiz Babayev iş yerində özünü bıçaqlayıb. Turkustan.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə R.Babayevin şöbə rəisi ilə mübahisəsindən sonra baş verib. O, idarə rəisinin otağına gələrək şöbə müdiri tərəfindən incidildiyini və məsələ ilə bağlı ölçü götürülməsini xahiş edib. İdarə rəisi ilə də aralarında yaranan mübahisədən sonra Babayev […]

Hamıdan qəhrəmanlıq tələb edir, amma özü qurbağadan qorxur – Seymur Verdizadə yazır

Seymur Verdizadə Ən azı 100 min manat qiyməti olan maşınını düz yolun ortasında saxlayıb, ədəb-ərkanla aşağı endi. Biz üz-üzə gələndə, onun sifətində qəribə ifadə vardı; gözləri sevincdən parıldayır, qırmıız, ətli siması işıq saçırdı. İri, tüklü əlləri ilə əlimi sıxıb, belə dedi: “Elli, səninlə fəxr edirik!” Qələm dostum Qadir İbrahimli bu […]

DSX bu yeni silah və texnikalarını nümayiş etdirdi – FOTOLAR

Prezident Əliyevin ötən gün Dövlət Sərhəd XidmətiNİN (DSX) Sahil Mühafizəsinin bazasına səfəri zamanı DSX-nin silahlanmasındakı bəzi silah və hərbi texnikaların nümunələri sərgilənib. “AzeriDefence”nin məlumatına görə, Prezidentin rəsmi saytında yer alan fotolarda və yayımlanan video görüntülərdə bəzi silah və texnikalar ilk dəfə görüntülənib. Bunlardan birincisi, DSX-nin silahlanmasındakı “Hermes-900” pilotsuz uçuş aparatıdır. […]

Erməni inqilabçısı Azərbaycanı hədələdi – Savaş qaçılmaz olacaq

Nikol Paşinyan seçkiyə bir gün qalmış Qarabağla bağlı mövqeyini açıqladı; Sərkisyanın potensial xələfi “qan-qan” dedi və belə getsə, cavabını alacaq; politoloqlardan ilginc şərhlər Mayın 1-də keçiriləcək Ermənistan parlamentinin xüsusi iclasında ölkənin baş naziri seçiləcək. Aprelin 13-dən başlayaraq İrəvanda və Ermənistanın bir sıra şəhər və rayonlarında vətəndaş itaətsizliyi şüarı ilə fasiləsiz […]

Sərkisyan gecə toplantı keçirdi – Paşinyana qarşı plan

Respublika Partiyası parlamentdəki keçiriləcək baş nazir seçkisinə mane olmağa çalışır. Bu sözləri müxalif lider Nikol Paşinyan öz Feysbuk vasitəsilə gecə həyata keçirdiyi canlı bağlantıda deyib. “Mən öyrənmişəm ki, Serj Sərkisyanın başçılığı ilə keçirilən gecə toplantısında Respublika Partiyası səsverməyə mane olmaq qərarına gəlib. Mən hər kəsi səhər tezdən Respublika meydanına toplaşmağa […]

Fazil Mustafa: “Cümhuriyyətin yüz illiyini layiqli şəkildə keçirmək imkanlarını itirdik”

Tahir Kərimli: “Cümhuriyyətin banilərini, onun gördüyü işləri yad etmək heç kimə maneçilik yaratmır” Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə bir aydan az müddət vaxt qalır. Mayın 28-də ən önəmli tarixi günlərimizdən biri keçiriləcək. Bu ilin yanvarında prezident İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam […]

İsrail növbəti dəfə Suriyada İranı vurdu

“Top İranın meydanındadır”; Tehranın cavabı nə olacaq? Aprelin 30-da səhərə yaxın İsrail ordusu Suriya ərazisini atəşə tutub. Suriya yerli xəbər agentlikləri İsrail ordusunun Suriyanın Hama şəhəri yaxınlığında yerləşən 47-ci hərbi briqadanın silah-sursat anbarının hədəfə alındığını bildirib. Bundan başqa, Hələb vilayətində də hərbi anbar raket zərbələrinə məruz qalıb. İran mediası isə […]

Ölkəyə gətirilən bu materiallar gömrük rüsumundan azad edildi

Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük idxal rüsumuna cəlb olunmayacaq. Turkustan.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında müvafiq dəyişiklik edib. Bu qərar dərc edildiyi gündən 30 gün […]

Amerikalılar köksüzdür, avropalılar zibil – Jirinovski

Amerikalılar Birinci və İkinci Dünya müharibəsindəki qələbələri mənimsəyirlər. Turkustan.info xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. “Amerika Birinci Dünya müharibəsinə necə daxil oldu? 1917-ci il aprelində hər şey bitir və amerikalılar piroqu bölməyə gəlirlər. İkinci Dünya müharibəsində isə müharibənin bitməyinə 9 ay […]

Mirziyayevdən Ərdoğana: Bura türkün vətənidir, birləşək!

Biz vaxtilə türk iş adamlarına çox yanlış hərəkət etdik. Bundan sonra Özbəkistanda iş adamlarına mane olanlar dövlətin siyasi xəttinə mane olmuş sayılacaqlar. Turkustan.info xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şövkət Mirziyayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. “Artıq bir-birimizi sınaqdan keçirmə dönəmi bitdi. Bir zamanlar aramızda soyuqluq dönəmi […]

Milli Məclis toplanır – 52 məsələyə baxılacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Turkustan.info Trend-ə istinadən xəəbər verir ki, iclasın əvvəlində Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək. Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki […]

Avtomobillərdə pərdə qadağası başa çatdı

Mayın 1-dən etibarən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək. Turkustan.info bildiri ki, bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Vaqif Əsədovun sözlərinə görə, avtomobillərdə ancaq standart pərdə və jalüzlərin istifadəsinə icazə veriləcək: “Qəbul edilmiş standartlar üzrə […]

İsraildə müharibə haqqında qanun qəbul olundu

İsrail parlamentində ikinci və üçüncü oxunuşdan, hökumət başçısı və ya hərbi komandanlığa  müharibə və ya irimiqyaslı hərbi əməliyyat elan etmək səlahiyyəti verən qanun qəbul olunub. Turkustan.info xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb. Qanuna əsasən, təcili hallarda ölkənin baş naziri və ya müdafiə naziri,  kabinetin digər üzvlərinin razılığı olmadan belə müharibə elan […]