Peterburqda həmyerlisini güllələyən azərbaycanlı tutuldu

Sankt-Peterburqda ötən gün azərbaycanlı iş adamı Fizuli Qarayevi güllələyən həmyerlisi Mahir Məmmədov həbs olunub.

Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir ki, polis əməkdaşları Məmmədovu şkafda gizlənmiş halda tapıblar.

46 yaşlı Mahir Məmmədov aprelin 30-da Lomonosov küçəsində həmyerlisi Fizuli Qarayevi güllələyərək qətlə yetirmişdi.   /Modern.az/