ABŞ hərbi təyyarəsinin qəza anı – VİDEO

ABŞ-ın Corciya ştatında yerə çırpılmış C-130 “Hercules”  hərbi yük təyyarəsinin qəza anı müşahidə kamerasının obyektivinə düşüb.

Turkustan.info xəbər verir ki, qəzanın görüntüsü “YouTube” portalında yayılıb.

Puerto Rikonun 156-saylı hərbi hissəsindən Arizonaya yollanan təyyarə Savana/ Hilton Hed aeroportu yaxınlığında yerə çırpılıb. Hadisə nəticəsində göyərtədə olan doqquz nəfər həlak olub. Bütün qurbanları Milli qvardiyanın əsgərləri olub. 

Qəzanın səbəbləri hələ ki açıqlanmır.   /Oxu.Az /