Gün: May 4, 2018

Ziya Məmmədov oğlu haqda suala telefonda necə reaksiya verdi…

Xəbər verildiyi kimi sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük  Britaniyada  vətəndaşlıq alıb. Bu isə Azərbaycanda uzun illər nazir vəzifəsini tutan dövlət xadimi kimi Ziya Məmmədovun tənqid olunmasına  səbəb olub. Bəs görəsən, Ziya Məmmədov özü bu barədə nə düşünür?  Turkustan.info xəbər verir ki, Gununsesi.info-nun əməkdaşı bu suala aydınlıq gətirmək üçün […]

Kəlbəcər xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib – FOTOLAR

Kəlbəcər Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı və təşkilatçılığı ilə Kəlbəcər rayon mərkəzi xəstəxanasında Ulu öndər Heydər Əliyev və görkəmli alim Zərifə xanım Əliyevanın yubiley tədbirləri keçirilib. Turkustan.info xəbər verir ki, tədbirin rəsmi hissəsi bitdikdən könüllü qanvermə aksiyası keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri aksiyada aktiv iştirak ediblər. Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş […]

Ölkəni ayağa qaldıran valideyndən canlı yayımda təhqir: “Ay əsgilər, tryapkalar…” (VİDEO)

189-190 saylı məktəbin 1-ci sinif şagirdi Nuray Quliyevanın sinif rəhbəri tərəfindən döyülməsi iddiası ətrafında baş verən qalmaqalllar böyüyür. Turkustan.info-nun məlumatına görə, uşağın anası Xanım Əliyeva İnstagram-da canlı yayımda ittihamlara cavab verib. Özünü jurnalist, təşkilatçı, xına və toy aparıcısı kimi təqdim edən Xanım Əliyeva müəlliməni və məktəb direktorunu hədələyib: “Mən əsəbdən […]

İsrailin xahişini Rusiya rədd etdi

İranın nüvə razılaşması ilə bağlı bütün problemlər “Altılıq” ölkələri və İran arasında müzakirə edilməlidir. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, İran hazırda MAQATE tərəfindən dünyada ən yaxşı yoxlanılan ölkədir. Zaxarova İranın nüvə fəaliyyətinin hərbi mahiyyət daşımadığını bildirib. Qeyd […]

Türklük Günü Salyanda qeyd olundu – FOTOLAR

Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 3 may Türkçülük gününü türkçülüyün banisi, Azərbaycanın ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin doğma yurdu olan Salyan rayonunda qeyd edib. Əsası ATXƏM tərəfindən qoyulmuş və hər il ənənəvi olaraq qeyd olunun bu əlamətdar günlə bağlı dövlət […]

Alimlər keçəlliyin çarəsini tapdı

Qızartma məhsullarında istifadə edilən yağın tərkibinə qatılan maddə saç tökülməsinin qarşısını alır və saç köklərini inkişaf etdirir. Bununl bağlı Yaponiyanın Beynəlxalq Universitetində araşdırma aparılıb. Tanınmış bir fəst fud şirkətinin kartof qızartmasında istifadə etdiyi maddənin saç tökülməsinin qarşısını aldığı təsdiqlənib. İddiaya görə, həmin yağın içərisindəki “dimetilpolisiloksan” adlı maddə keçəlliyin qarşısını alır. […]

Paşinyana Putin əvəzinə Qarabağ təklifi

İrəvanda yerləşən “Mediamaks” agentliyinin rəhbəri Ara Tadevosyanın Ermənistanın həqiqi rəhbəri kimi Putinə ünvanladığı məktub postsovet məkanında ciddi reaksiya doğurub.   Ara Tadevosyanın “Kremlə, Ermənistan Respublika Partiyasının faktiki rəhbərinə” adlı məqaləyə ilk reaksiyanı “EADaily” portalında məqalə dərc etdirmiş ukraynalı jurnalist Andrey Qanja verib.   Ukraynalı müəllifin diqqətini əsas cəlb edən məsələ […]

İbrahim Cəfərov 4-cü dəfə İLİN ƏN YAXŞI REKTORU seçilib

Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan “Azərbaycan Universitetleri” səhifəsi tərəfindən keçirilən “2017-2018-ci tədris ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusu yekunlaşdı.  ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tələbələrin 81%-nin səsini toplayaraq 4-cü dəfə ən yaxşı rektor seçildi. Təhsil müəssisəsinin mətbuat xidmətindən Turkustan.info-ya bildirilib ki, İbrahim Cəfərov son illərdə […]

Xərçəng yaradan yağı necə tanıyaq? Azərbaycan bazarında da var – QEYD

Azərbaycan bazarında da olduğuna dair məlumatların tez-tez yayıldığı palma yağının xərçəngə səbəb olduğu deyilir. Turkustan.info xəbər verir ki, palma yağı təkcə şokoladların tərkibində yox, hətta sabun kimi bir çox digər məhsulda da var. Bəs, tərkibində palma yağı olan məhsulu necə tanıyaq?  Palma yağı şokoladlara daha şəffaf görüntü vermək və daha asan […]

Tanınmış memardan şok: Abşeron yarımadası çat verə bilər

Abşeron yarımadası 7 metrlik gil təbəqəsi üzərindədir. Dənizə doğru getdikcə bu gil təbəqəsi daha da artır. Son illər bu gil təbəqəsinin üzərində olan torpaq qatı getdikcə azalır. Turkustan.info xəbər verir ki, bu sözləri Lent.az-ın canlı yayımında qonaq olan Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyib. Tanınmış memar deyib ki, məhz bu […]

İlham Əliyev 6 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: 1. Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan […]

Erməniyə ərə gedən azərbaycanlı diaspor sədrinin qızının toy FOTOları yayıldı

Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun erməniyə ərə gedən qızının toy fotoları yayılıb. Turkustan.info diaspor.az-a istinadən xəbər verir ki, Moskvada yerləşən erməni iş adamına məxsus restoranların birində baş tutan toy mərasimindən fotolar yayılıb. Qeyd edək ki, diaspor sədri A.Kərimovun erməni ilə ailə həyatı quran […]

Sonsuzluğun əsas səbəblərindən biri açıqlandı

Mütəmadi olaraq “fast-fud” və ya yağlı yeməklərlə qidalanan qadınlarda sonsuzluğa tutulma riski iki dəfə çox olur. Turkustan.info xəbər verir ki, bu barədə elmi araşdırmanın nəticələri “Human Reproduction” jurnalında dərc olunub. “Fast-fud”da olan maddələr qadınların yumurtalıq hüceyrələrinə daxil olaraq, onun funksiyasında dəyişkənliklərə yol aça bilir. Bundan savayı, normadan artıq  yağ, şəkər və […]

Əflatun Amaşov: «Çox zaman televizorun səsini almaq məcburiyyətində qalırıq»

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışında «Kütləvi informasiya vasitələri haqqında» və «İctimai televiziya və radiо yayımı haqqında» Qanunlara təklif edilən dəyişikliklərlə bağlı öz fikrini bildirib. Turkustan.info həmin çıxışı təqdim edir: «Dəyişikliklər bu qanunları «Reklam haqqında» Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Burada söhbət kütləvi informasiya vasitələrində […]

Qənirə Paşayeva MM-də: “Qurumların əksəriyyəti bu qanuna riayət etmirlər” – VİDEO

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirələri zamanı əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb: “Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. Məşğulluq haqqında qanunda hər bir […]

Siqaret istəyini azaldan – QİDALAR

Siqaret istəyini azaltmaq üçün bu qidalardan istifadə edərək bədənin bu istəyinin qarşısını ala bilərsiniz. Həmin qidaları təqdim edirik. Yulaf əzməsi-20 gün ərzində hər gün 2 yemək qaşığı isti suda saxlanılmış yulaf əzməsi yeməklə nikotin istəyinin qarşısını almaq olar. Evkalipt- evkalipt təbii antibiotik olmaqla yanaşı tərkibindəki yağlarla ağ ciyər infeksiyalarına yaxşı […]

Ünvanlı sosial yardım sistemi dəyişdirilir – Yeni nazir təkliflər HAZIRLAYIR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb. Nazirlikdən Modern.az-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr müəyyən edilib.  […]

Mətbuat Şurası Türkçülük gününü qeyd etdi

Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 3 may Türkçülük gününü türkçülüyün banisi, Azərbaycanın ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin doğma yurdu olan Salyan rayonunda qeyd edib. Əsası ATXƏM tərəfindən qoyulmuş və hər il ənənəvi olaraq qeyd olunun bu əlamətdar günlə bağlı dövlət […]

İfası ilə Türkiyəni silkələyən Azərbaycanlı mühəndis qız: Aleyna Tilki mənə yazdı ki… – MÜSAHİBƏ+VİDEO

Murad Göğebakanın “Ay yüzlüm” mahnısına yeni nəfəs verən Nahidə Babaşlı bu ifa sayəsində qısa müddətdə instaqramda böyük populyarlıq qazandı. Klassik gitarası ilə hər kəsin ürəyinə yol tapan musiqiləri səsləndirən gəncin səs-sorağı hətta Türkiyənin ən nüfuzlu xəbər portallarından gəldi. N.Babaşlıya uğur gətirən “Ay yüzlüm” mahnısının izlənmə sayı təkcə onun şəxsi yutub […]

Zaxarova Yerevandakı hadisələrin Qarabağa təsiri barədə

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək üçün Ermənistandakı vəziyyətin stabilləşdirilməsini gözləmək vacibdir.  Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi gündəlik mətbuat konfransında deyib.  “Ermənistanda indi mürəkkəb siyasi vəziyyət hökm sürür. Düşünürəm ki, vəziyyətin stabilləşməsini və qanuni hökumətin tərkibinin müəyyənləşməsini gözləmək lazımdır.  […]

“İrəli” “Marş İrəli” layihəsinə start verir

“İrəli” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN) maliyyə dəstəyi ilə “Marş İrəli” layihəsinə start verir. Bu haqda təşkilatın mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, ölkədə hər zaman vətənpərvərlik şüarı ilklərdən olub. Azərbaycan gənci güclü vətənpərvərlik ruhu ilə yetişir.  Bütün bunları nəzərə alaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” […]

Vikiçilərin cümhuriyyət tarixi ilə bağlı hazırlığı davam edir

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllülərinin və Şəms Tərcümə Mərkəzilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə aid bir sıra məqalələr müxtəlif dillərə çevrilib. Bu sözləri Mərkəzi Elmi Kitabxananın Sərbəst elektron resurslar şöbəsinin müdiri Elnur Eltürk söyləyib: “70-dən çox məqalə başqa dillərə tərcümə olunaraq, xarici dilli vikipediyalarda yerləşdirilib. […]

Paşinyanın inqilabı və Qarabağda üç təhlükə

Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu Ermənistanda baş verən hadisələr, Nikol Paşinyanın hakimiyyətə gəlməsi və bunun Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirləri barədə təhlillə çıxış edib. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, analitik mərkəzin Avropa və Orta Asiya üzrə proqram direktoru Maqdalene Qronu Nikol Paşinyanın baş nazir seçilməsinin yolunun açılmasına baxmayaraq Ermənistanda siyasi […]

Yeni nazir digər vəzifəsindən imtina etdi

“Sumqayıt” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib. Turkustan.info bildirir ki, klubdan BakuPost-a verilən məlumata görə, toplantıda şuranın 7 üzvündən Muxtar Babayev, Vaqif Ömərov, Hacı Salayev, Teymur Səmədov, Telman Salahov, Abdulla Məmmədov və komandanın prezidenti Riad Rəfiyev iştirak ediblər. Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunduğundan Müşahidə Şurasına müraciət […]

“Demokratik” Ermənistan Qarabağdan “əlini çəkir”

Ermənistanın hakim Respublika Partiyası  “məxməri inqilab”ın lideri Nikol Paşinyana güzəştə getməyə razılıq verib. Mayın Ermənistan 8-də keçiriləcək baş nazir seçkilərində ERP ölkədə yaranmış siyasi böhrana son qoymaq üçün  N.Paşinyana səs verməyə razılaşıb.  Hakim partiyadan bildirilib ki, əgər N. Paşinyan konstitusiyanın tələblərinə uyğun olaraq parlamentdəki deputatların üçdə birinin səsini  qazanarsa, o […]

Araz Əlizadə: “Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın”

“Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın. Bu qanun əlillərin həyatını yaxşılaşdırmayacaq. Çünki əlillərə çox az müavinət verilir. Bu müavinət onların problemlərini həll etməyə imkan vermir”. Turkustan.info xəbər verir ki, bunu millət vəkili Araz Əlizadə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. Millət vəkili bunu əlillərə verilən müavinətin […]

Daha bir məmur işdən çıxarıldı

Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub. Turkustan.info xəbər verir ki, Balakən Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Qismətov Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb. S. Mehdiyevin imzaladığı digər əmrlə İsa Quliyev Balakən […]

Deputatlar televiziyalardakı bəsit reklamlara qarşı çıxdılar

Milli Məclisin plenar iclasında deputatlar telekanalların reklam siyasətini tənqid etdilər. Milli Məclisin deputatı Çingiz Qənizadə televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxdı. O dedi ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz. “Özümüzü zay həkimlərdən qorumalıyıq. Nə qədər televiziylarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış […]

Milli Məclis əlillərlə bağlı qanun layihəsini 2-ci oxunuşda qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb. Turkustan.info-nun məlumatına görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir. Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını […]

Ziyafət Əsgərov parlament jurnalistlərini tənqid etdi

 Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin televiziyasının yaradılması təklif edilib. Turkustan.info-nun Modern.az–a istinadən məlumatına görə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Məmmədov (Babaoğlu) belə təklif səsləndirib. O deyib ki, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var: “Tutaq ki, İnzibati Xətalar […]

Ordu hazır vəziyyətə gətirildi, Qarabağda gizli MÜHARİBƏ TAPŞIRIĞI

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezidenti” Bako Saakyan və “müdafiə naziri” Levon Mnasakyan təmas xəttindəki postlara gəlib. Turkustan.info Ermənistan mediasına istinadən xəbər verir ki, qondarma rejimin “rəhbərliyi” müdafiə xəttinin gücləndirilməsi tapşırığını verib. Qeyd edək ki, bir gün öncə Qarabağdakı erməni ordusu hazır vəziyyətə gətirilib. İrəvanda baş verən […]

İran mühasirəyə alındı: İsrail HÜCUMA HAZIRLAŞIR

ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişi haqda qərarını açıqlayacağı tarix yaxınlaşdıqca, Tehrana qarşı təzyiqlər artır. Turkustan.info xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun İrana aid nüvə dosyalarını ələ keçirdiklərini iddia etməsindən sonra hədəfə alınan Tehrana qarşı diplomatik hücum başlanıb. Mərakeş Livanda yerləşən Hizbullahın Qərbi Saharanın müstəqilliyini müdafiə edən “Polisario” […]

MEK-də ümummilli lider Heydər Əliyevlə bağlı tədbir keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK), YAP Yasamal rayon təşkilatının, “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığıyla ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ümummilli lider Heydər Əliyevin zəngin həyat yolunun, ictimai-siyasi fəaliyyətinin, dövlət quruculuğu sahəsindəki xidmətlərinin əbədiləşdirilməsi məqsədi ilə kitabxanada icra edilmiş işlər […]

“Azərbaycana gələn turistlər arasında tör-töküntülər də var” – Deputat sərt DANIŞDI

“Etiraf etmək lazımdır ki, Azərbaycanda təhlükəsizliyin qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin xüsuisi rolu var. İnsan alverinə qarşı mübarizə istiqamətində də böyük nəticələrə nail olunur”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin bu günn keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun hesabatına münasibət bildirən Fəzail Ağamalı deyib. Deputat çıxışında […]

“Deputatların maaşı ən azı 8 min manat olmalıdır” – Maaş artımına etiraz

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib. Turkustan.info-nun məlumatına görə, bununla bağlı layihənin müzakirəsi zamanı Q. Həsənquliyev bildirib ki, bu artım olduqca azdır. O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar […]

Dollar bazarı bu gün bu xəbəri gözləyir: Məzənnə arta bilər

Bu gün dünyada dolların məzənnəsinə təsir göstərə biləcək məlumat açıqlanacaq.  Turkustan.info xəbər verir verir ki, ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric olmaqla məşğulluq məlumatı qlobal bazarlarda dollara ciddi təsir edəcək.  Məsələ burasındadır ki, ABŞ-da məşğulluğun artması Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırmasında əsas rol oynayır.  Bu gün ABŞ-da  açıqlanacaq kənd təsərrüfatı xaric […]

ADAU-nun bir qrup tələbəsi Gəncə “ASAN xidmət” mərkəzində təcrübə keçir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)  tələbələrin praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Turkustan.info bildirir ki, təhsil standartlarının tələblərinə uyğun olaraq, cari tədris ilindən etibarən buraxılış kurs tələbələri üçün tədris və istehsalat təcrübələri təşkil olunur. Hazırda tələbələr respublikanın aparıcı və innovasiyalı müəssisələrində təcrübə keçməklə, praktik bilik və bacarıqlarını […]

Qərblə Rusiyanın İrəvan davası – Nikol başağrı verir…

Ermənistanda baş nazir qovğası hər gün daha qəliz çalarlar almaqdadır. İlk baxışda “rəngsiz” inqilabın şəriksiz lideri, parlamentdəki Çıxış fraksiyasının və Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyanın mayın 8-də ikinci cəhddə baş nazir olmaq şansı real görünür. Lakin analitiklər həm də tələsməməyi tövsiyə edirlər. Əsas vurğu da ona salınır ki, gizli […]

İlham Əliyev Xaçmazda səfərdədir – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gəlib. Turkustan.info xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın […]

Başından güllələnən erməni əsgəri öldü

Ermənistanda hərbi qulluqçu ölüb.  Turkustan.info bununla bağlı Ermənistan mətbuatına istinadla xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, mayın 4-ü, saat 01:10 radələrində hərbi hissələrdən birinin döyüş postunda başından güllələnmiş vəziyyətdə 1998-ci il təvəllüdlü hərbi qulluqçu Artur Qasparyanın cəsədi aşkar edilib.   Faktla bağlı araşdırmalara başlanılıb.   /Oxu.Az/

Gəlin gizlənpaç əvəzinə başqa oyun oynayaq – Nazir

Bu gün Azərbaycanda 180 min sadələşdirilmiş vergi ödəyicisi var. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, cəmi 5 mininin dövriyyəsi 100-200 min manat arasındadır. Qalan 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır. Turkustan.info xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib. O, […]

Qarabağ separatçıları Ermənistandakı “Qarabağ klanı”nı qorumaq üçün hərəkətə keçdi

Ermənistan əhalisinin diqqətini İrəvandakı hadisələrdən yayındırmaq üçün Qarabağdakı işğalçı ordu təlimlərə başladı, mülki sakinlərimiz atəşə tutuldu;  İrəvanda qan töküldü: “Əgər 8-də Paşinyan basqılarla baş nazir seçilsə…” Aprelin 13-dən etibarən Ermənistanda həyatı iflic etmiş etiraz aksiyalarına moratorium qoyulub. Müxalifət lideri, ölkənin baş naziri postuna əsas iddiaçı Nikol Paşinyanın çağırışından sonra yolların […]

Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya vətəndaşlığı alıb

Məmmədov klanı Azərbaycandakı iqtisadi sferadan da tam çəkilir Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər təsdiqlənməkdədir. Gələn məlumatlara görə, Anar Məmmədov bir neçə il öncə Böyük Britaniya vətəndaşlığı alıb. Lakin bu haqda məlumatları gizli saxlayıb. Sabiq nazir oğlunun illər öncədən atasının taladığı dövlət […]

Azərbaycanda məşhur olan generalı Fədayəyə görə işdən çıxartdılar – DETALLAR

65 yaşı mayın 1-də tamam olan Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun dərhal təqaüdə göndərilməsinin gerçək səbəbləri; qaçan dustaqlara görə təkcə həbsdə olan bacısı oğlunun deyil, özünün də məsuliyyəti vardı… Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib. Turkustan.info bildirir ki, Penitensiar Xidmətdən “modern.az”a faktı […]

Maral Tahirqızı xarici mahnı oxudu, gitaraçı CAN VERDİ – VİDEO

Maral Tahırqızı öz repertuarında bu dəfə də xarici mahnıya yer verib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, “Alixandro” ifa edən müğənni, gitaraçıya çətin anlar yaşadıb. Videokadrlardan da göründüyü kimi gənc gitaristin mimikalarından əzab-əziyyət çəkdiyi açıq-aşkar hiss olunur. Sizə həmin kadrları təqdim edirik:  

Qarabağı qan qoxusu bürüdü

Yaxın günlərdə müharibə olacaq? İrəvanda baş verən siyasi ehtiras böyük regional problemə diqqət cəlb edib. Bəzi ekspertlərin fikrincə, yaxın zamanda Qarabağ müharibəsi yenidən özünü xatırlada bilər. Rusiya Strategiyalar və Texnologiyalar Analiz Mərkəzinin direktor müavini Konstantin Makienko belə təhlükənin istisna olmadığını deyib. “Bakı Qarabağ və ətraf rayonlarının geri qaytarılmasının zaman məsələsi olduğunu gizlətmir. Təbii ki, münaqişə […]

Ömürlük məhkumlar da əfv ediləcək – VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq 500-ə yaxın məhkum əfv ediləcək.   Bununla bağlı artıq üç aya yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir.   Hər dəfə iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılır və onların əksəriyyətinə müsbət rəy verilir.   Ümumilikdə isə komissiya […]

Kəlbəcərli girovların erməni diversantla dəyişdirilməsi gündəmdədir

Əvəz Həsənov: “Hər iki ölkədə seçkilər olduğu üçün vaxt uzanıb” 2014-cü ilin yayında erməni işğalı altında olan doğma rayonları Kəlbəcərə gedərkən Ermənistan ordusu tərəfindən girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi hələ də mümkün olmayıb. 4 ilə yaxındır hər iki girov qanunsuz olaraq Dağlıq Qarabağda Şuşa həbsxanasında işgəncə […]

Müdafiə Nazirliyi cəbhədəki erməni təxribatı ilə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız […]

Baş nazir icra hakimiyyəti orqanlarından bu səlahiyyəti aldı

“Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişikliklər edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə qərarı Novruz Məmmədov imzalayıb. Qərara görə, yerli icra hakimiyyəti orqanları bu siyahıdan çıxarılıb. Bu […]

Rusiya əleyhinə vahid ittifaq yaradılır – İDDİA

Britaniya hökuməti bütün beynəlxalq ittifaqların xətti ilə Rusiyaya qarşı vahid alyans siyasəti yürütmək niyyətindədir. Turkustan.info xəbər verir ki, bu barədə “The Guardian” məlumatlı mənbəyə istinadən informasiya yayıb. Məlumata görə, Birləşmiş Krallığın xarici işlər naziri Boris Conson NATO və Avropa İttifaqı toplantılarında, həmçinin  “Böyük iyirmiliyin” və “Böyük yeddiliyin” sammitlərində “Rusiya təxribatları” mövzusunu qaldıracaq. […]