Alimlər keçəlliyin çarəsini tapdı

Qızartma məhsullarında istifadə edilən yağın tərkibinə qatılan maddə saç tökülməsinin qarşısını alır və saç köklərini inkişaf etdirir.
Bununl bağlı Yaponiyanın Beynəlxalq Universitetində araşdırma aparılıb.
Tanınmış bir fəst fud şirkətinin kartof qızartmasında istifadə etdiyi maddənin saç tökülməsinin qarşısını aldığı təsdiqlənib.
İddiaya görə, həmin yağın içərisindəki “dimetilpolisiloksan” adlı maddə keçəlliyin qarşısını alır.
Artıq bu araşdırma siçanlar üzərində tətbiq edilib. Belində heç tük olmayan siçanların tüklərinin uzanmağa başladığı müşahidə edilib.
Araşdırmaya görə, bu maddə ən çox kişilərdə saç tökülməsinə qarşı daha effektlidir.
“Dimetilpolisilokan” adlı maddənin kartof qızartmaq üçün istifadə edilən yağların tərkibinə qatılmasının səbəbi yağın qabarmasının qarşısını almaqdır.   (publika.az)