Kəlbəcər xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib – FOTOLAR

Kəlbəcər Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı və təşkilatçılığı ilə Kəlbəcər rayon mərkəzi xəstəxanasında Ulu öndər Heydər Əliyev və görkəmli alim Zərifə xanım Əliyevanın yubiley tədbirləri keçirilib.

Turkustan.info xəbər verir ki, tədbirin rəsmi hissəsi bitdikdən könüllü qanvermə aksiyası keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri aksiyada aktiv iştirak ediblər.

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehparə Kazımova bildirib ki, bu nəcib aksiyada 61 nəfər müayinə olunub, 40 nəfərdən qan nümunəsi götürülərək Mərkəzi Qan Bankına göndərilib.