Siqaret istəyini azaldan – QİDALAR

Siqaret istəyini azaltmaq üçün bu qidalardan istifadə edərək bədənin bu istəyinin qarşısını ala bilərsiniz.

Həmin qidaları təqdim edirik.

Yulaf əzməsi-20 gün ərzində hər gün 2 yemək qaşığı isti suda saxlanılmış yulaf əzməsi yeməklə nikotin istəyinin qarşısını almaq olar.

Image result for yulaf

Evkalipt- evkalipt təbii antibiotik olmaqla yanaşı tərkibindəki yağlarla ağ ciyər infeksiyalarına yaxşı təsir edir, qan təzyiqini artıraraq qanın çoxalmasını təmin edir. Öskürək siroplarında da bu kimyəvi yağdan istifadə edilir

Ekinezya – soyuqdəymə və öskürək müalicəsi zamanı istifadə olunur.

Image result for ekinezya

Keçibuynuzu –xüsusilə siqaret çəkən insanlar üçün çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılıb, ac qarnına içildikdə siqaretin verdiyi zərərləri düzəltməyə kömək edir.

Portağal- 20 gün ərzində hər gün yarım portağal yemək nikotin istəyini 79 faizə qədər azaldır.

Image result for portağal

Pomidor- pomidor suyuvə siqaret beyində eyni hissəyə xəbərdarlıq etdiyi üçün siqareti buraxmaq istəyənlərə ilk 20 gün 1 stəkan pomidor suyu içmək tövsiyyə olunur. Beləliklə həm siqaretə olan bağlılıq azalır, həm də pomidorun tərkibindəki likopen sayəsində antioksidan təsirindən faydalanmaq olur.   /Metbuat.az/

Image result for pomidor