Sonsuzluğun əsas səbəblərindən biri açıqlandı

Mütəmadi olaraq “fast-fud” və ya yağlı yeməklərlə qidalanan qadınlarda sonsuzluğa tutulma riski iki dəfə çox olur.

Turkustan.info xəbər verir ki, bu barədə elmi araşdırmanın nəticələri “Human Reproduction” jurnalında dərc olunub.

“Fast-fud”da olan maddələr qadınların yumurtalıq hüceyrələrinə daxil olaraq, onun funksiyasında dəyişkənliklərə yol aça bilir. Bundan savayı, normadan artıq  yağ, şəkər və duz qəbulu orqanizmdə metabolizmi pozaraq cinsi orqanların normal fəaliyyətinə əngəl yaradır” , – deyə Avstraliyalı alim Kler Roberts bildirib.

Hesablamalara görə, Qərb ölkələrində ailə quran cütlüklərin təqribən 10-15 faizi sonsuzluqla əlaqədar uşaq dünyaya gətirə bilmir. Qadınların böyük əksəriyyəti 40-55 yaşlarında fertilliyini itirir.   /oxu.az/