Ziya Məmmədov oğlu haqda suala telefonda necə reaksiya verdi…

Xəbər verildiyi kimi sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük  Britaniyada  vətəndaşlıq alıb. Bu isə Azərbaycanda uzun illər nazir vəzifəsini tutan dövlət xadimi kimi Ziya Məmmədovun tənqid olunmasına  səbəb olub.

Bəs görəsən, Ziya Məmmədov özü bu barədə nə düşünür? 

Turkustan.info xəbər verir ki, Gununsesi.info-nun əməkdaşı bu suala aydınlıq gətirmək üçün sabiq nazirə telefon açıb.

Ancaq Ziya Məmmədov cavabında oğlunun Britaniya vətəndaşı olması barədən yazılanlardan xəbərsiz olduğunu göstərməyə çalışıb.

“Mən oxumamışam və bilmirəm söhbət nədən gedir. Sonra əlaqə saxlayarsınız”- deyən sabiq nazir telefonun dəstəyini asıb.