Bakıda həkim səkkiz yaşlı uşağı öldürdü

Həkim TV efirində tez-tez reklam olunurmuş

Bakıda 8 yaşlı Tunar İsayev burun-boğaz əməliyyatından sonra ölüb.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, hadisə “Xətai” Estetik Klinikasında baş verib. Uşağın yaxınları bildiriblər ki, əməliyyatı “Xəzər TV”nin efirində tez-tez reklam olunan Natəvan Yaqubova həyata keçirib və o, səhvən uşağın şah damarını kəsib.