Alt paltarsız efirə çıxan aparıcı işdən qovuldu – AZƏRBAYCANDA

“Lider” TV-də yayımlanan “Yarasa” proqramının aparıcısı, aktrisa Könül Yusifqızı işdən çıxarılıb.

Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a “Lider” TV-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Yarasa” proqramı qaldığı yerdən davam edəcək. Ancaq aparıcısı Könül Yusifqızı olmayacaq.
Qeyd edək ki, sözügedən aparıcı efirə uyğun olmayan geyimlərdə çıxması və qeyri-etik ifadələrin işlənməsində həm özünə, həm də qonaqlara nəzarət etməməsi ilə gündəmə gəlmiş, sosial şəbəkələrdə tənqid və təhqir olunmuşdu.