Türmə rəisi mağazada tapança ilə alıcıları təhdid etdi – Azərbaycanda

Polis araşdırma başlayıb.

Qubada tapançalı, vəzifəli şəxs at oynadıb.

Turkustan.info bildirir ki, İstiPress-in şimal bürosunun məlumatına görə, bir neçə gün öncə gecə saatlarında 1-də Quba şəhərinin Heydər Əliyev prospektində yerləşən “24 saat” adlanan sutkalıq ərzaq mağazasında silahlı şəxs peyda olub. Həmin şəxs sərxoş halda əlində tapança tutaraq  mağazadan alış-veriş edən bir sakinə  kassaya pulu niyə ödəməməyi irad tutub. Həmin vətəndaş isə aldığı ərzaqların pulunu kassaya ödədiyini deyib və kassadakı satıcı da bunu təsdiqləyib.

Məlum olub ki, əli silahlı ictimai yerdə vətəndaşlara irad tutanlar 2 nəfər olub. Onlardan birinin Ədliyyə Nazirliyinin şimal bölgəsindəki cəzaçəkmə məntəqələrindən birinin rəisi və ikincinin isə onun vəzifəli qonağı olduğu deyilir. Əlində tapança tutanın elə qonaq olduğu deyilir.

Faktı İstiPress-ə əvvəlcə Quba şəhərindəki “24 saat”sutkalıq ərzaq mağazasının işçiləri təsdiqləyib və hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı bildirilib. Verilən məlumata görə, artıq mağazanın təhlükəsizlik kamerasına düşən video görüntülər polisə təqdim edilib, şahidlərin ifadəsi alınıb. Araşdırma başlanılıb.

Quba polis şöbəsi və rayon prokurorluğu hadisə ilə bağlı heç bir açıqlama verməyib.