Yadplanetlilər varmı?

Uca Allah aləmlərin – yeddi qat səmanın, yerin və bunların arasında olanların Rəbbidir. Biz bilirik ki, Uca Allahın yaratdığı gözəgörünməz məxluqlar – mələklər, cinlər vardır. Dünya alimləri başqa planetlərdə şüurlu məxluqların olmasını nə təsdiq edir, nə də inkar edirlər. Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunan səhih hədisdə bir sahəbənin çırağa bənzər varlıqları görməsi haqda danışılır.

Turkustan.info bildirir ki, rəvayət edilir ki: “Bir dəfə gecə Useyd ibn Hudeyr (radıyəllahu anhu) əl-Bəqərə surəsini oxu­­yurdu, atı da onun yanında yerə bağlanılmışdı. Birdən at təşvişə düşüb şa­hə qalxdı. Bunu görəndə Useyd (radıyəllahu anhu) susdu, at da sakitləşdi. Sonra o, oxu­ma­ğı­na davam elədi və at yenə təşvişə dü­şüb şahə qalxdı. O susdu, at da sa­kit­ləş­di. Sonra o, yenidən oxumağa başladı və at yenə də həyə­can­lanıb şahə qalx­dı. Bundan sonra o, daha oxumadı. Həmin vaxt Useydin oğ­lu Yəhya (radıyəllahu anhumə) atın yaxın­lığında idi və o, qorxdu ki, at onu tapdalayar. Useyd (radıyəllahu anhu) uşa­ğı yanına çək­dik­dən sonra başını göyə qaldırdı, lakin aydın bir şey görə bilmədi. Səhəri gün o, bu hadisəni Peyğəmbərə (salləllahu aleyhi və səlləm) danışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: “Oxu, ey ibn Hu­deyr! Oxu, ey ibn Hu­deyr!” – deyə buyurdu. Useyd (Allah ondan razı olsun) dedi: “Ey Allahın elçi­si! Yəhya atın yanında idi və mən qorx­dum ki, at onu tapdalayar. Odur ki, ba­şımı qaldırıb ona tərəf getdim. Sonra başımı göyə qaldırıb buluda oxşar bir şey, içərisində də qəndillərə bənzər şeylər gördüm. Sonra onlar yox olub get­dilər”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) soruşdu: “Bilir­sənmi o nə idi?” Useyd (radıyəllahu anhu): “Xeyr!” – de­yə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Bu, mələklər idi, sənin sə­sinə yaxınlaş­mış­dılar. Əgər sən oxumağına davam etsəydin, səhər tezdən hamı onları gö­rər­di və onlar insan­lardan gizlənməzdilər”. (əl-Buxari, 5018).

Cinlər haqda çoxlu səhih hədislər, Quranda isə onlara aid surə də var.   /Unikal.org/