Gün: May 8, 2018

Cemal Yanqın yenidən ATİB sədri seçildi

Türk iş adamı Cemal Yanqın Azərbaycan Türkiyə İş adamları Birliyinin qrup toplantısında yenidən sədr seçilib. Bakıda keçirilən iclasa Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçisi Ufuk Turqaner, eləcə də Azərbaycan prezident adminstrasiyası və nazirliklərin nümayəndələri qatılıblar. “İstiqlal” marşı və Azərbaycan dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan […]

Ramil Usubov Heydər Əliyevə qarşı sui-qəsdlə bağlı 20 illik sirri açdı

“Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan Şahin Musayev dedi ki, Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam” “Ötən əsrin 90-cı illərinin sonları idi. Ağır dövləti cinayətlərdə, o cümlədən Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan general Şahin Musayev Rusiya hüquq mühafizə orqanları ilə birgə apardığımız əməliyyat tədbirləri nəticəsində həbs olunmuş və Azərbaycanın tələbi ilə […]

Rusiyada azərbaycanlı deputat Şuşanın işğalı günü bayram etdi – VİDEO

Rusiyada azərbaycanlı deputat Şuşanın işğalı günü təşkil etdiyi bayram şənliyinə qatılıb. Məlumata görə, Rusiya Federasiyasının Ximki şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, Şəhər Sovetinin deputatı Xanoğlan Əliyev mayın 8-də Ximkidə təşkil olunmuş bayram şənliyinə qatılıb. Bayram şənliyinə qatılan X.Əliyev öz sevincini tədbir iştirakçıları ilə bölüşüb. Qeyd edək ki, X. Əliyev 1962-ci […]

ABŞ-dan İranla bağlı – TARİXİ QƏRAR

ABŞ İranla imzalanan nüvə sazişindən çıxdı. Bu haqda ABŞ-ın prezidenti Donald Tramp bildirib. “İran terror təşkilatlarını dəstəkləyir. İran dövləti terrorun sponsorudur. İran “Hizbullah”, Həmas, Taliban və “Əl-Qaidə”ni dəstəkləyir. İranla nüvə razılaşması İrana uranı zənginləşdirməyə imkan verdi. Bu müqavilə utancvericidir. Bu, birtərəfli müqavilədir. Nüvə razılaşmasına icazə versəm, Yaxın Şərqdə silahlanma olacaq. […]

Qənirə Paşayeva Kocaeli Kitab Fuarında konfrans verib və Şuşadan danışıb

Türkiyənin Kocaeli Böyükşəhər bələdiyyəsinin təşkil etdiyi 10-cu Kocaeli Kitab Fuarı çərçivəsində millət vəkili,siyasi elmləri doktoru Qənirə Paşayeva “Türk dünyası problemlərinin çözümündə aydınların rolu”adlı konfrans verib. Kocaeli bölgəsinin əsmilərinin, ziyalıların, KİV-in və QHT təmsilçilərinin və gənclərin iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları, […]

“Putin artıq dünyanın ən nüfuzlu insanı deyil” – “Forbes”

Rusiya prezidenti Vladimir Putin son beş il ərzində ilk dəfə olaraq “Forbes”un  dünyanın ən nüfuzlu insanlarının reytinqində liderliyini əldən verib. Turkustan.info xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. Məlumata görə, nəşrin reytinq cədvəlində birinci yerə Çinin dövlət başçısı Si Cinpin qalxıb. Siyahını hazırlayan analitiklər, bunu Si Cinpinin başqa liderlərlə müqayisədə […]

Qərbin “məxməri inqilab” desantı

Bir müddət öncə Ukraynada siyasi fəaliyyətlə məşğul olan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yenidən Gürcüstana qayıtmaq istəyir. Qeyd edək ki, Saakaşvilinin siyasi iddialarla çıxış etməsi və Kiyevdə ölkənin siyasi rəhbərliyində təmsil olunmaq arzusu onu Ukrayna vətəndaşlığından məhrum etdi. Bundan öncə isə Gürcüstanda hakimiyyətinə son qoyulan Saakaşvili […]

Sahil Babayev də islahatlara başladı – Yüksək vəzifəli şəxslər işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qurumda yeni islahatlar həyata keçirib. Turkustan.info xəbər verir ki, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıb.  /Mia.az /

Rəsmi Bakı Paşinyanın Qarabağ bəyanatına cavab verdi

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilkin bəyanatları cavabdan çox suallar doğurur və anlaşılmır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib: “Bu nədir? Sadəlövhlük, predmeti bilməzlik, qalibin qürrələnməsi və ya bütün bunların hamısı birlikdə?! Yaşayarıq, görərik. Hər halda, […]

Sona qədər problem: Həll yolu görünmür

Azərbaycanın bank sektorundakı problemlərlə yanaşı, problemli aktivlərin tempi də artıb. Mütəxəssislər hesab edir ki, hər rüb artan problemli kreditlərin restrukturizasiya üçün ayrılan kredit ehtiyatları azdır. Bu səbəbindən problemli kreditlərin həcmində azalma və problemin həlli mümkünsüz görünür. Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği bu il martın […]

Putin açıqladı: Ermənistanı bizdən qoparmayıblar

SSRİ-yə daxil olan ölkələr, o cümlədən Ukrayna, Moldova və Ermənistanın öz müstəqil siyasətlərini yürütmək haqları var. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. Dövlət başçısı bildirib ki, dövlətlərin bu siyasətinə hörmətlə yanaşmaq lazımdır, əks halda konstruktiv əlaqələrin qurulması mümkünsüzdür: “Deyilir ki, Ukrayna və Moldova bizdən qopur, […]

Evinə çıxarış almaq istəyənlərə mühüm xəbər – Video

Əgər bir vətəndaş ən azı 30 il sənədsiz də olsa hər hansı bir daşinmaz əmlaka sahiblik edirsə, həmin əmlakın qanuni mülkiyyətçisinə çevrilir. O, bunun üçün çıxarış ala bilər. Turkustan.info-nun məlumatına görə, hətta müəyyən istisnalarla bunu 10 il müddətinə sahiblik edənlər də ala bilər. Amma gərək həmin əmlak üzərində mübahisə olmasın. […]

​İşsizlərin DİQQƏTİNƏ! – Hər ay müavinət ala bilərsiniz

İş yerini itirənlər işsizlik sığortası ilə aylıq ödəniş ala biləcəklər.   Bildiyiniz kimi, 2018-ci il yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib. Yeni sistemin əsas özəlliyi iş yerini itirdiyi andan işsizin yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərini tam və ya qismən kompensasiya edilməsi,onun əmək bazarına təkrar qaytarılmasına […]

Saatlıda şagird döyülərək öldürülüb? – Rəsmi açıqlama

“Şagirdin döyülərək öldürülməsindən söhbət gedə bilməz”  Turkustan.info xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Saatlı rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhsil sektorunun müdiri Rafiq Nağıyev deyib. Onun sözlərinə görə, hadisə təxminən 10:30 radələrində baş verib: “Yəhya Ağayev Eldar oğlu 8-ci sinif şagirdi idi. Hadisənin baş vermə səbəbi məlum deyil. […]

Şuşa’sız 26 yıl: Yeter!..

Şuşa.. Sülalemin ata yurdu.. İbrahim Handan süre gelen ceddimin memleketi.. Büyük Dedem Ağamirovların sevgili oğlu Seyyit Hasan Ağanın, Dedem Aliövset Ağanın mezarlarının bulunduğu şehir.. Ağdam’ın Abdal Gülablı kendinden olan rahmetlik annemin babamlar tarafından bahs ederken hürmetle “Galalılar” ( kaleliler) dediği asaletin, nezaketin, müziğin sanatın şehri , aristokrat kimliğin payitahtı.. Yalnız […]

Arvadının qohumuna gizlicə eşq elan etdi, otağına girdi, sonra… – Beyləqanda 39 yaşlı kişidən AĞLAGƏLMƏZ ƏMƏL

Beyləqan rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Həsənalı Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Həsənalı Quliyev 2016-cı ilin əvvəllərindən istifadəsində olan mobil nömrəsindən arvadı Vüsalə Tağıyevanın qohumu, 1983-cü il təvəllüdlü Validə Tağıyevanın istifadəsində olan mobil telefon nömrəsinə mütəmadi olaraq […]

“Hacıbala kimiləri mənim dədə-babamın qarşısında nökər işləyib” – Şeyx Əbdüldən şok sözlər

“Ailəmə, mülkümə qarşı işğalçılıqla məşğu olan Hacıbala Abutalıbovun qarşısında qanunun aciz qaldığına görə ad günümdən imtina edirəm və bütün titullarıma nifrət edirəm”. Bunu əməkdar incəsənət xadimi Əbdül MahmudbəyovBakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı və hazırda baş nazirin müavini Hacıbala Abutalıbovla aralarında olan qalmaqalla bağlı məhkəmə qərarının icra olunmamasına münasibət bildirərkən […]

Paşinyan Rusiya və AB siyasətini açıqladı

Ermənistan bundan sonra da Avrasiya İttifaqında qalmağa davam edəcək. Biz çalışacağıq ki, Ermənistanın bu təşkilatdaki üzvlüyünü maksimal şəkildə effektiv edək. Turkustan.info xəbər verir ki. bu sözləri az öncə Ermənistan parlamentindəki səsvermə ilə baş nazir seçilən Nikol Paşinyan çıxışı zamanı deyib. “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da qalmağa davam edəcək. Rusiya ilə […]

Vergilər Nazirliyi məhkəməyə verildi

Arif Rəhimova məxsus Bakı şəhər Halqası Əməliyyat Şirkəti məhkəməyə müraciət edərək Vergilər Nazirliyinə qarşı iddia qaldırıb. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, cavab kimi nazirliyin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Milli Gəlirlər Departamenti tanınıb. Şirkət nazirliyin vergi yoxlamarı ilə bağlı “müəyyən hərəkətləri etməkdən çəkinmə”sini tələb edib. İlk olaraq […]

Deputat Azay Quliyevin adından dələduzluq edən iş adamı necə ifşa oldu – Sensasion faktlar

AF holdinq” və “Uğur 97” şirkətlərinin sahibi olan Azay Möhnətov millət vəkilinin adından spekulyasiyalar etməklə təkcə vergidən yayınmayıb, daha böyük dələduzluq əməlləri törədibmiş; onun biznesini böyütmək, torpaq sahələri əldə etmək üçün QHT Şurasının sədrini adından spekulyasiyalar etməsi faktlarının sayı-hesabı yoxdur Ötən həftə Azay Möhnətov adlı iş adamının ağlasığmaz variantlarla vergidən […]

Sumqayıt Mədəniyyət Mərkəzində zona müşavirəsi keçirilib – FOTOLAR

Turkustan.info-nun verdiyi xəbərə görə, Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə idarənin şəbəkəsinə daxil olan mədəniyyət mərkəzləri və klub müəssisələrinin zona müşavirəsi keçirilib. Müşavirədə idarə rəisi Mehman Şükürov çıxış edib. O, klub müəssisələrində aşkarlanan problemlərdən danışıb, klubların fəaliyyətinin gücləndirilməsi, ödənişli şərtlərlə mədəni […]

Amerikada həmyerlimizə yüksək vəzifə verildi

ABŞ Hərbi Dəniz Donanmasında “John” ləqəbli komandir, həmyerlimiz Nəimi Əmirəl ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satişlar departamentində Baş İnteqrator və heyət başçısı təyin edilib. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. “Artıq bir aydır ki, yeni təyinatını icra etməyə başlamış həmyerlimiz ilk xarici […]

ADAU-da Ümummilli lider Heydər Əliyev müasir-müstəqil Azərbaycanın banisidir adlı tədbir keçirilib

Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetin İctimai elmlər və multikuturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrində “Ümummilli lider Heydər Əliyev müasir-müstəqil  Azərbaycanın banisidir” adlı tədbir keçirib. ADAU-nun mətbuat xidmətindən Turkustan.info-ya verilən xəbərə görə tədbirdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim […]

Bakıda masaj salonunda gizli çəkiliş – Qızlardan intim xidmət – VİDEO

ARB TV-nin “Günə Doğru”proqramındamasaj salonları ilə bağlı maraqlı sujet yayımlanıb. Masaj salonları… Bu ad altında çıxılan min hoqqa. Mədəni istirahət adı altında dırnaqarası xüsusi xidmət təklif edən masaj salonlarının fəaliyyəti çoxlarını narahat edir. Yerli mediaya açıqlama verən deputat Tahir Kərimlinin “masaj salonları, gecə klubları var. Orda lazımsız hərəkətlər olur. Eşidirik. […]

Paşinyandan ŞOK QARABAĞ ÇIXIŞI: “Heç vaxt olmadığı qədər yaxınıq…”

Ermənistanın baş nazirliyinə namizəd Nikol Paşinyan parlamentdə çıxışı zamanı Dağlıq Qarabağdan danışıb. Turkustan.info xəbər verir ki, Paşinyan “erməni xalqı Qarabağda qələbənin möhkəmləndirilməsinə heç vaxt olmadığı qədər yaxındır” deyə iddia edib. O, Ermənistan və “Qarabağ xalqı” üçün xidmət göstərməyin vaxtı çatdığının deyib. “Arsax (Dağlıq Qarabağ – red.) və onun “qəhrəman xalqı”na sevgi […]

Kremlin adamı “ailəyə toxunmayın” dedi və İSTEFA VERDİ

Serj Sarkisyanın istefasından sonra baş nazir vəzifəsini icra edən Karen Karapetyan da istefa verdiyini açıqlayıb. Turkustan.info xəbər verir ki, bu haqda Karapetyan “facebook” səhifəsində yazıb. “Hər kəsə təşəkkür etmək istəyirəm. Məsuliyyətli və maraqlı dövr idi. Yeni baş naziri təbrik edirəm. Ona və növbəti baş nazirlərə uğurlar arzulayıram”, – deyə o […]

Gəncə “ASAN xidmət”in əməkdaşları ADAU-nun tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 nömrəli Tələbə evinin akt zalında Gəncə “ASAN xidmət” mərkəzinin əməkdaşları ilə universitetin tələbələrinin görüşü olub. Turkustan.info bildirir ki, tədbirdə iştirak edən təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əvvəlcə Şuşanın işğalının 26-cı ildönümünündən danışıb və deyib ki,  1992-ci il mayın 8-də erməni […]

“DÜNYANI QALDIRAN ADAM”ın məzarı açılacaq – MƏHKƏMƏ QƏRARI

Türkiyənin tanınmış idmançısı, ağırlıqqaldıran Naim Süleymanoğlunun məzarı açılacaq. Turkustan.info xəbər verir ki, buna səbəb yopaniyalı qadından dünyaya gəldiyini iddia edən qızının məhkəmə iddiası olub. Qız Naim Süleymanoğlunun onun atası olduğunu iddia edir və atalıq testi tələb edir. Məhkəmə məzarın açılması və DNT testinin aparılmasına qərar verib. Süleymanoğlunun məzarı açılaraq analizlər götürüləcək. […]

Abid Şərifovun daha bir vəzifəsi ƏLİNDƏN ALINDI

Xəbər verdiyimiz kimi Baş nazirin müavini Abid Şərifov Azərbaycan Prezideni İlham Əliyev müvafiq sərəncamı ilə vəzifəsindən çıxarılıb.Belə ki, Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncama əsasən, onun yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təyin edilib. Turkustan.info Unikal.org-a istinadən xəbr verir ki, Abid Şərifov daha bir vəzifəsini də itirib.Belə ki, […]

Sosial mənzillərin satışında narazılıq var – ŞİKAYƏT

“Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranan problemlə bağlı şikayətlər artmaqdadır.    Oxu.Az-a müraciət edən dövlət qulluqçusu kateqoriyasına aid alıcılardan birinin sözlərinə görə, satış başladığı gün Yasamal Yaşayış Kompleksində mənzil almaq istəyib: “Saat 10:00-da mənzillərin satışa çıxarıldığı e-gov.az saytına daxil olduq. Mənizili seçdik, qeyd edildi ki, əməliyyatda […]

Paşinyan Ermənistanın baş naziri seçilib

Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazir seçilib. Turkustan.info Ermənistan mətbuatına istinadən xəbər verir ki,  bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclasında səsvermə keçirilib. “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi qəbul edilib. Qeyd edək ki, daha öncə […]

“ADAU” komandası “Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası”nın final mərhələsində bölgə universitetləri arasında 1-ci yerə çıxıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May-Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan 12-ci “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitunda keçirilib.  Açılış mərasimində AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun […]

Azərbaycan ictimaiyyətinə ağır itki

Jurnalistikada daha bir dövr qapandı – Rauf Talışinski vəfat edib Azərbaycanın tanınmış imza sahiblərindən biri, ölkədə nəşr olunan rusdilli “Exo” qəzetinin baş redaktoru, “Əməkdar jurnalist” Rauf Talışinski mayın 8-nə keçən gecə 62 yaşında vəfat edib. Turkustan.info-nun məlumatına görə, Talışinski ABŞ-da ürək çatışmazlığından keçinib. Döğmaları onun əvvəllər ürəyindən şikayətləndiyini eşitmədiklərini bildiriblər. […]

Falçı tərəfindən zorlandığını iddia edən qızın anası: “Bir səhvdir edib” – Video

Ölkə gündəmini zəbt edən falçının qızları zorlaması xəbəri neçə gündür hər kəsin müzakirəsinə səbəb olmuşdu.  Turkustan.info xəbər verir ki, Space Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişinə qızların birinin anası açıqlama verib. Verilişə müraciət edən qadın qızını heç vaxt atmayacağını və falçının tələsinə düşdüyünü vurğulayıb. Onun sözlərinə görə bu məsələdən mediada […]

Əhmədovun qarpız rekordu yeniləndi VİDEO

Rəşid Nasim başı ilə 51 qarpız parçaladı. Pakistanlı kişi Ginnesin rekordlar kitabına düşmək üçün qəribə addım atıb. Turkustan.info-nun məlumatına görə, 32 yaşlı Rəşid Nasim başı ilə qarpız sındırıb. Özü də nə az, nə çox düz 51 ədəd.  Bununla da o sələfi Tafazi Əhmədovun rekordunu yeniləyib. Əhmədov 43 qarpızı başı ilə […]

Ermənistan parlamentinin kritik iclası başladı – CANLI YAYIM

Ermənistan parlamentində baş nazir seçkisi üçün iclas başlayıb.   İclas Respublika meydanında qoyulan televizorda canlı nümayiş olunur. *** Nikol Paşinyanın tərəfdarları İrəvanın mərkəzindəki Respublika meydanına toplanıb. Ötən gün Nikol Paşinyanın çağırışına uyğun olaraq, əhali artıq müxalif lideri dəstək vermək üçün aksiyaya başlayıb. Aksiyada çıxış edən yoxdur, musiqi qrupu akisya iştirakçıları […]

Aysunun videosunu yaydığı baş həkim işdən çıxarıldı – VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb. Körpələr evi ətafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir. Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlikdən BAKU.WS-ə bildirdilər […]

Efirdə dava düşdü: “Bir zənglə səni bu kameraların önündən götürdərəm” – VİDEO

“Mən şərəfimi 100 min manata sığorta etdirmişəm, məni söyə bilməzsiniz” “ARB” telekanalında yayımlanan “Sirdaş Rövşanə” verilişində qalmaqal yaşanıb. Minval.info xəbər verir ki, aparıcısı Rövşanə olan verilişdə qonaq qismində ekstrasens Bayram Nurlu və digər ekspertlər arasında söz davası yaşanıb. Kulturoloq Aydınxan Əbilovun fırıldaqçı ekspertlər barədə söhbət açmasından sonra özündən çıxan Bayram “sizsiniz […]

Azərbaycan səfiri: “Ermənilər qanunsuz olaraq Suriyadakı erməniləri Dağlıq Qarabağa köçürürlər”

“Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amilidir. Belə münaqişələr təhlükəsizliyə təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib, orada torpaqların işğaldan azad edilməsi qeyd olunur. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, GUAM da bu mövqedədir. Beynəlxalq təşkilatların bu mövqeyinə baxmayaraq, Ermənistan işğalçılıq niyyətindən əl […]

Qarabağ danışıqlarında yeni fiqur: Güzəştə gedəcəkmi?

Bu gün Ermənistanda baş nazir seçkiləri keçirilir. Kütləvi aksiyalardan sonra parlamentdəki bütün fraksiyalar “məxməri inqilab”ın lideri Nikol Paşinyanın baş nazir seçilməsinə razılıq verdiyindən səsvermənin ikinci mərhələsində onun qalib gələcəyi əvvəldən məlum idi. Ona görə də bu gün Ermənistanın həm daxilində, həm də xaricində daha çox baş nazir N.Paşinyanın yürüdəcəyi siyasi […]

Elbrus Orucov uzun illər sonra ŞUŞA SİRLƏRİNİ açdı

Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 26 il ötür. Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Əsrarəngiz gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi sayılır. Şuşanın müdafiəsində döyüşənlərdən biri də general Elbrus Orucovdur. Şuşa döyüşləri ilə bağlı […]

Prezident qərarını bu gün verəcək: BAZAR ÇALXALANIR

Qlobal neft bazarında qiymətlər yüksəlməkdə davam edir. Turkustan.info xəbər verir ki, brent markalı nefin hər bareli artıq 76 dollara təklif edilir. WTI  markalı neftdə isə qiymət 71 dollar civarındadır. Ekspertlər neft bazarındakı qiymət artımını İrana qarşı son günlər ABŞ prezidentinin mövqeyindəki kəskin dəyişikliklə əlaqələndirir. Donald Tramp İranla bağlı mövqeyini mayın 12-dək […]

100 milyon insan öləcək, 143 şəhər məhv ediləcək – Dünyanın sonunu gətirəcək HÜCUMUN MODELİ

ABŞ-ın Corctaun Universitetinin professoru Mtyu Kroeniq “Amerika strategiyasının məntiqi: strateji üstünlük niyə əhəmiyyətlidir” kitabında Rusiyanın ABŞ-a nüvə zərbəsinin nəticələrinin modelini hazırlayıb. Publika.az “National Interest” nəşrinə istinadən xəbər verir ki, Rusiya ABŞ-a iki böyük nüvə zərbəsi vuracaq. Tədqiqatçının sözlərinə görə, birinci hücumdan sonra Moskva 131 Amerika şəhərini məhv edəcək və bu, 70 […]

Emin Seyidov:““Qarabağ” Kikboksinq Klubunun idmançıları torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırdı”

Düşmən yaxşı dərk edir ki, qarşısında güclü orduya malik Azərbaycan dövləti var. Bu sözləri “Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov Şuşanın işğalı günü ilə bağlı təəssüratlarını bölüşüb. ““Qarabağ” Kikboksinq Klubu olaraq idmançılarımız arasında təbliğatımızı aparırıq. Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev bütün çıxışlarında Qarabağ məsələsini diqqətdə saxlayır. Təəssüf ki, 90-ci illərin […]

Masallıda dəhşətli yanğın: Ölənlərin sayı artdı

Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb. FHN-dən Axar.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat […]

Güzəştli ev satışında problem: Sistem çökdü… – Rəsmi

“Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranmış problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayıb. Turkustan.info xəbər verir ki, açıqlamada qeyd olunub ki, ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan […]

Bakı üçün 30 ilin fürsəti: Hücuma keçib… – Millət vəkili

Azərbaycan hakimiyyəti Rusiya ilə açıq danışıb, Qarabağın geri qaytarılması istiqamətində addım atmalıdır. Turkustan.info xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyev söyləyib. Deputatın sözlərinə görə, hazırda bunun üçün, yaxud düşmənə sarsıdıcı zərbələr vurulması üçün nəinki şans yaranıb, hətta bu, mümkündür: “Hətta kimsə düşünürsə ki, bu, mümkün deyil və ona […]

İlham Əliyevi çox yaxşı tanıyıram, təcili şəkildə… – Sərkisyan

Azərbaycan Prezidenti İlham Əliyevi çox yaxşı tanıyıram. Turkustan.info xəbər verir ki, bunu “Exo Moskva” radiosuna müsahibəsində Ermənistan Prezidenti Armen Sərkisyan deyib. Ermənistandakı hakimiyyət dəyişikliyinin Bakı ilə dialoqa necə təsir edəcəyini cavablandıran Sərkisyan bunu şərh edə bilməyəcəyini bildirib: “Ona görə ki, Prezident İlham Əliyevi mən şəxsən tanıyıram. Kifayət qədər yaxşı tanıyıram. Çox […]

Bu gün Paşinyan üçün həlledici gündür

Bu gün Ermənistan parlamentində baş nazir vəzifəsinə seçkilər keçiriləcək. Turkustan.info TASS-a istinadən xəbər verir ki, müxalifətin bu vəzifəyə yeganə namizədi Nikol Paşinyandır. Parlamentin iclası yerli vaxtla saat 12:00-da başlayacaq. Deputatlar Paşinyanın çıxışını dinləyəcək və ona suallar verəcəklər. Onun baş nazir vəzifəsinə namizədliyi ikinci dəfə irəli sürülür. Birinci səsvermə mayın 1-də […]

Şir çəkiliş kamerasını oğurladı – VİDEO

Keniyada dişi şir Afrika vəhşi təbiəti haqqında sənədli film çəkən qrupun kamerasını oğurlayıb. Turkustan.info xəbər verir ki,  “qeyri-adi oğurluq” hadisəsinin görüntüsü “YouTube” portalında yayılıb. Videoçarxda bir neçə heyvanın nəzarətsiz qalmış kameraya maraq göstərdiyini görmək olur. Daha sonra dişi aslanlardan biri kameranı qaparaq özü ilə aparır. “Oğruluq” ərzində bütün baş verənlər kameranın obyektivinə düşüb. […]

Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı

“AF holdinq” və “Uğur 97”-nin sahibi olan sahibkar Azay Möhnətov dövlət büdcəsinə ödəmələrini yubatmaq üçün müxtəlif nüfuzlu şəxslərin adından sui-istifadə və spekulyasiyalar edirmiş… Son aylarda vergi sistemində, o cümlədən vergi ödəyicilərinə münasibətdə ciddi dəyişiklər, islahatlar həyata keçirilir. Bu sahədə sahibkarların, iş adamlarının xeyrinə kifayət qədər addımlar atılır. Habelə, yeni vergilər […]

Şuşanın işğalından 26 il ötür

Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 26 il ötür. Turkustan.info-nun məlumatına görə,  Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, […]

Canlı yayımda Pənah Hüseyni güllələməyə gələn İsgəndər Həmidova dedim ki… – Telli Pənahqızı

Turkustan.info bildirir ki, Publika.az-ın müsahibi tanınmış telejurnalist, şair, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Telli Pənahqızıdır. – Telli xanım, mən gözümü açandan dövlət televiziyamızın ulduzu olmusunuz. Fəaliyyətinizin neçə ili tamam oldu? – 1980-ci ildən AzTV-dəyəm. Bir müddət ştatdankənar çalışdım. Sonra məni işə götürdülər. Amma universitetin birinci kursunda oxuyandan mətbuatla sıx əlaqəm olub, […]

Oxuduqdan sonra mütləq çay içəcəksiz – Alimlərdən ŞOK ARAŞDIRMA

Çay insanın zehnini aydınladaraq diqqətini toplamasına kömək etdiyi üçün alimlər çay içən insanların yaradıcı olduğunu deyir. Yeni elmi tədqiqatlara əsasən, çayın tərkibində olan teanin və kafein maddələri insanların sinir sistmeni oyaq saxlaması ilə bərabər, onların diqqətini də artırır. Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən az qala dərhal sonra zehni qabiliyyətinə […]