Sumqayıt Mədəniyyət Mərkəzində zona müşavirəsi keçirilib – FOTOLAR

Turkustan.info-nun verdiyi xəbərə görə, Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə idarənin şəbəkəsinə daxil olan mədəniyyət mərkəzləri və klub müəssisələrinin zona müşavirəsi keçirilib.

Müşavirədə idarə rəisi Mehman Şükürov çıxış edib. O, klub müəssisələrində aşkarlanan problemlərdən danışıb, klubların fəaliyyətinin gücləndirilməsi, ödənişli şərtlərlə mədəni xidmətin təşkili, özfəaliyyət kolleltivlərinin və dərnəklərin fəaliyyətlərinin genişləndirilməsi, regionlararası özfəaliyyət kollektivlərinin konsertlərinin təşkili və digər məsələlərlə bağlı fikirlərini bildirib.

Mehman Şükürov həmçinin, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, region şəbəkəsinə daxil olan klub müəssisələrinə metodiki köməklik göstərilməsi ilə bağlı tapşırıqlarını verib.

Daha sonra müəssisə rəhbərləri çıxış edərək verilən tapşırıqların yerinə yetirilməsi, problemlərin qısa bir zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyini qeyd ediblər.

Sumqayıtda zona müşavirəsi keçirilib- FOTOLAR