Gün: May 10, 2018

İran qırmızı xətti keçdi, bundan sonra… – Netanyahu

Suriyada İran obyektlərinin vurulması adekvat cavab tədbirləri idi. Turkustan.info xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. “İran qırmızı xətti keçdi. Bizim cavabımız adekvat oldu. İsrail ordusu Suriyada İran obyektlərinə genişmiqyaslı zərbələr endirdi. Bir dənə də raket İsrail ərazisinə düşmədi. Biz uzun bir kampaniya yürüdürük və siyasətimiz […]

Prezidentdən Məleykə Əsədova ilə bağlı SƏRƏNCAM

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Siyahıda xalq artisti Məleykə Əsədova da yer alıb. Turkustan.info bildirir ki, aktrisa təəssüratlarını BiG.AZ-la bölüşüb. O, cənab Prezidentə təşəkkürünü bildirib: “Çox sevincliyəm. Allahdan cənab Prezidentimizə uzun ömür can sağlığı arzu […]

Əli Əhmədovla Siyavuş Novruzov toyda belə oynadılar – VİDEO

Fikrətin 24, Aytacın isə 20 yaşı var. Hər ikisi 8 saylı sanatoriya tipli internat məktəbinin məzunlarıdır. Fikrətgil ailədə 5 uşaq olub. Hər iki valideynləri vəfat edəndən sonra uşaqlar xalanın himayəsinə verilib. Fikrətin 6-7 yaşı olanda xalası bacısının əmanəti olan 5 uşağı internata verib. Aytacın taleyi də aşağı-yuxarı Fikrətinkinə bənzəyir. Fikrət […]

“İdeal ailə modelinin gənclər arasında təbliği məqsədilə tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb

“Könül evi” Aztəminatlı ailələrə yardım ictimai birliyi “İdeal ailə modelinin gənclər arasında təbliği məqsədilə tədbirlərin təşkili”  layihəsinin icrasına başlayıb. Bu barədə Turkustan.info-ya təşkilatdan məlumat verilib. Layihənin məqsədi ailə dəyərlərini qorumaq, ailə institutunu möhkəmləndirmək, gənclərin diqqət və səylərini ailənin cəmiyyətdə nüfuzunun qaldırılmasına yönəltməkdən ibarətdir.  Layihə İsmayıllı, Şamaxı və Göyçay rayonlarında həyata […]

“Sahibkar Qadınlar” yeni layihənin icrasına başlayıb

“Sahibkar Qadınlar” ictimai birliyi “Qeyri-rəsmi işləyən imkansız qadınların əmək münasibətlərinin rəsmiləşdirilməsinə dair maarifləndirmə işinin aparılması və praktik hüquqi dəstəyin verilməsi”  layihəsinin icrasına başlayıb. Bu barədə Turkustan.info-ya təşkilatın sədri Zenfira Ağayeva məlumat verib.  Layihə rəhbəri qeyd edib ki, layihənin əsas mahiyyəti qeyri-rəsmi işləyən imkansız qadınların qeyri-rəsmi məşğulluqlarını rəsmiləşdirilməsinə dair maarifləndirilməsinə kömək etmək, […]

Ailə ənənələri mövzusunda tədbirlər həyata keçiriləcək – Şəmkir və Tovuz rayonlarında

“Gənclərin Həmrəyliyi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar aparmaq, ailə dəyərlərinin təbliği istiqamətində dəyirmi masalar keçirmək” layihəsində start verib. Layihə  01.05.2018-ci il tarixdən 01.09.2018-ci il tarixədək həyata keçiriləcək.  Təşkilatdan Turkustan.info-ya verilən məlumata görə,  layihə  Azərbaycan milli ailəsinin […]

Prezident pasportlarla bağlı fərman imzaladı – DƏYİŞİKLİK

Prezident İlham Əliyev bu gün pasportlarla bağlı fərman imzalayıb. Turkustan.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin […]

Ermənilər Azərbaycan şəhərində atəşfəşanlıq etdi – FOTOLAR

27-ci ildir ki, işğal altında olan Xankəndində mayın 9-da işğalçı və terrorçu ermənilər 3 qat bayram(Şuşanın işğalı, faşizm üzərində qələbə və Qarabağ “özünümüdafiə ordusu”nun yaradılması) keçiriblər. Turkustan.info “KarabakhTV”-yə istinadla xəbər verir ki, separatçı rejimin media vasitələri gecə saatlarında şəhərdə keçirilmiş böyük konsert və atəşfəşanlıqdan foto-görüntülər yayıblar. Məlumata görə, konsertdə 22 […]

Hacıbala Abutalıbov hələ də icra başçısıdır? – FOTO

Bakının keçmiş meri Hacıbala Abutalıbov hələ də icra hakimiyyətinin başçısı vəzifəsində qalıb. Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırılmasından 20 günə yaxın vaxt keçməsinə baxmayaraq, icranın rəsmi saytında onun adı hələ də başçı kimi göstərilib. 21 aprel tarixindən H.Abutalıbov vəzifəsindən kənarlaşdırılsa və hətta bu sərəncam saytda yerləşdirilsə də, […]

Sərkisyanın istefadan qabaq Moskva ilə intensiv danışıqları üzə çıxdı

Ermənistanın eks-prezidenti və baş naziri Serj Sərkisyan istefa barədə qərar verməzdən əvvəl Moskva ilə intensiv təmaslarda olub, bir sıra yüksək vəzifəli şəxslərlə danışıqlar aparıb. Turkustan.info xəbər verir ki, bu barədə “Reuters”in araşdırmasında deyilir. “Serj Sərkisyan istefasına qədər son 24 saat ərzində Moskvadan rəsmi şəxslərlə telefon söhbətləri aparıb. Bu söhbətlərin təfərrüatları […]

Prezident 8 trilyonluq sərəncam verdi: “Pul tapın”

Rusiyanın yeni təyin edilmiş baş naziri Dmitri Medvedyev prezident Putinin sərəncamının icrası üçün pul axtarışına çıxıb. Turkustan.info Rusiya mətbuatına istinadən bildirir ki, Medvedyev prezidentin may sərəncamının icrası üçün tələb edilən məbləğin təmin edilməsinə dair tapşırıq verib:“Sərəncamın icrası üçün pul tapılmalıdır”.  Qeyd edək ki, prezident Putin 7 mayda milli məqsəd və strateji […]

İlham Əliyev 3 fərman imzaladı

Prezident İlham Əliyev “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. […]

Erməni nazir açıqladı: Donbası ələ keçiririk…

Donbasın Kiyevin nəzarətinə verilməsi ilə bağlı plan hazırlanır. Turkustan.info xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər naziri Arsen Avakov deyib. O bildirib ki, plan bu ilin yayında hazır olmalıdır: “Plan iki hissədən ibarət olmalıdır: Hazırlıqlar və praktika. Planın əsas hədəfi müəvəqqəti işğal edilən torpaqların azad edilməsi, Ukrayna konstitusiyasının həmin ərazilərdə […]

Fazil Məmmədovun qudasına yenidən vəzifə verildi

Bu gün Gənclər və İdman nazirliyində Azərbaycan Güləş Federasiyasının seçki konfransı keçirilib. Turkustan.info xəbər verir ki, əvvəlcə Gənclər və İdman naziri Azad Rəhimov federasiyadakı problemlərə rəğmən idmançıların Avropa çempionatında uğurlu çıxışına qiymət verib:  “Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisi oldu. Növbəti sınaq, Argentinada keçiriləcək […]

Ədalət Şükürov görün kimin üçün dizlərini yerə vurdu – VİDEO

Ədalət Şükürov həmkarı Gülüstan Əliyeva ilə rəqs edərkən dizlərini yerə vurub. Turkustan.info xəbər verir ki, ifaçı bunu sənət dostuna hörmət əlaməti olaraq edib. Rəqsin davamını isə xanım ifaçı gətirib. Daha sonra onlar qucaqlaşıb və sağollaşıblar. Ədalət Şükürov səhnədən uzaqlaşıb, Gülüstan Əliyeva isə ifasına davam edib. Qeyd edək ki, bu anlar Bakının […]

Rusiya Ermənistanı sanksiya ilə hədələdi

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan tərəvəz idxalına müvəqqəti məhdudiyyət tətbiq etmək niyyətindədir. Turkustan.info-nun məlumatına görə, bu qərar Ermənistandan gətirilən pomidor və xiyar arasında karantin məhsullarının aşkar edilməsi ilə əlaqədar qəbul edilib. Qeyd olunur ki, bu məsələnin aydınlaşdırılması ilə bağlı olaraq tərəvəz idxalına məhdudiyyət qoyulacaq.   /oxu.az/

Merkel daha ABŞ-a bel bağlamır

Almaniya kansleri Angela Merkel hesab edir ki, Avropa təhlükəsizlik məsələsində ABŞ-a ümid edə bilmir.  Turkustan.info “The Spectator Index” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı Fransa prezidenti Emmanuel Makrona Böyük Karl mükafatının təqdimetmə mərasimində çıxışı zamanı danışıb.  Merkel Avropa ölkələrini öz talelərini müstəqil idarə etməyə çağırıb.  “ABŞ-ın bizi müdafiə etdiyi dövr […]

İSRAİL-İRAN SAVAŞI BAŞLASA, KİM QALİB GƏLƏCƏK? –Bütün Yaxın Şərqi fəlakət gözləyir – Təhlil

Aleksandr Jelenin rosbalt.ru, 09.05.2018 İrana görə Yaxın Şərqdə əhatəli savaşın başlamaq üzrə ola biləcəyi  haqda heç də təkcə Fransa prezidenti Emmanuel Makron əndişə ifadə etmir. İsrail baş naziri Benyamin Netanyahu çərşənbə axşamı bildirib ki, “İran yəhudi dövlətini məhv etmək qəsdilə Suriyada çox təhlükəli silah yerləşdirməyə can atır”. İsrail hökumətinin başçısı […]

Hamiləlik zamanı cinsi əlaqənin uşağa faydalı olduğunu bilirdinizmi?

Cütlüklər cinsi əlaqə zamanı çox vaxt qorunmağa üstünlük verirlər. Buna səbəb qadının hamilə qalmamasıdır. Lakin həkimlər qadınların hamiləlik dönəmində də cinsi əlaqədə olmasına qarşı deyillər. Bunun heç bir təhlükəli tərəfi yoxdur. İlk müddətdə bu kimi bəzi fikirlər cütlüklər arasında qorxuya səbəb olur. Əksər cütlüklər bunun körpəyə ziyan verə biləcəyini düşünür. […]

İrəvanda etiraz aksiyaları yenidən başladı – İstefa TƏLƏBİ

İrəvan meriyasının binasının qarşısında etiraz aksiyası keçirilir. Turkustan.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya iştirakçıları paytaxt meri Taron Markaryanın istefasını tələb edirlər. Tədbirin təşəbbüskarları əmin edirlər ki, aksiya baş nazir Nikol Paşinyan və onun komandası ilə heç bir əlaqəsi yoxdur.  /Publika.az/

İsrail Suriyaya raketlərlə hücum etdi, İran qarşılıq verdi – Şərqdə gərginlik PİK HƏDDƏ ÇATDI – VİDEO

İsrail Suriyanın cənubunda yerləşən və işğal altında saxladığı Qolan ərazisindən Bəşər Əsəd rejiminin nəzarətində olan Küneytra bölgəsinə bağlı Baas, həmçinin, Hadar bölgələrinə tank atışları və havadan hücum edib. Turkustan.info xəbər verir ki, rejim qüvvələri hücuma raketlərlə qarşılıq verib. Bundan sonra İsrailin qırıcıları Baas şəhərinin ətrafındakı bölgələrə və Küneytra şəhərinin şimal sərhədindəki […]

Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib – Paşinyan Qarabağda sayıqladı – VİDEO

Nikol Paşinyan Qarabağda özünü baş terrorist kimi apardı. Bildirdi ki, buranın ağası bizik. O, beynəlxalq jurnalistlərin qarşısında bəyan etdi ki, tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? “Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı100 il belə […]

Erməni dövlətinin peyda olmasının səbəbi bizik – Leontyev

Bir müddət öncə İrəvandakı aksiyalara görə erməniləri sərt şəkildə tənqid edən rusiyalı jurnalist, “Rosneft”in mətbuat katibi Mixail Leontyev yenidən gündəmə gəlib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, Leontyev ermənilərə qarşı səsləndirdiyi tənqidlərlə bağlı “Moskva-Bakı” portalına danışıb. Həmin müsahibəni təqdim edirik: – “Komsomolskaya Pravda” radiosunda çıxışınız zamanı siz erməniləri qardaş Azərbaycan xalqı ilə münasibətlərə […]

Əli Həsənovdan sərt cavab: “Nə danışdığının fərqində olmayan bu “iaşə lideri”…”

“Bu həmin Smitdir ki, uzun müddətdir qondarma erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması üçün xüsusi canfəşanlıq göstərir”. Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Feysbuk hesabında yazıb. Helsinki Komissiyasındakı dinləmələrlə bağlı bəzi mülahizələrini dilə gətirən Prezidentin köməkçisi bunları deyib: “Dünən Azərbaycana qarşı “xüsusi marağı” ilə fərqlənən ABŞ […]

“Bu həsəd o qədər böyük idi ki, onu məhv etmək üçün sui-qəsdlər də hazırlanmışdı”

Politoloq Nəzakət Məmmədova 1969-cu il. İdeoloji cəhətdən iki nəhəng qütbə ayrılmış dunyada sosializm və kapitalizm arasında mübarizə özünün yüksək həddinə çatmışdı. Soyuq müharibə bütün şiddəti ilə vüsət alır, fövqəldövlətlərin qarşıdurması genişlənir. SSRI və ABŞ həm Yer kürəsində, həm də kosmosda üstünlük uğrunda amansız müharibə aparırlar. Vyetnamda müharibə davam edir, SSRI […]

Azay Quliyev: “Heydər Əliyev dövlətimizin istiqlalını əbədi və dönməz etdi”

Milli Məclisin deputatı, QHT Şurasının sədri Azay Quliyev bu gün Milli Məclisin xüsusi iclasında çıxış edərək qeydlərini çatdırıb:  “Heydər Əliyevi dahi şəxsiyyət, böyük dövlət adamı və ulu öndər zirvəsinə ucaldan nədir sualına cavab versəm, onun xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərini, tarixi xilaskarlıq missiyasını və mükəmməl siyasi portretinin əsas cizgilərini […]