Ermənilər Azərbaycan şəhərində atəşfəşanlıq etdi – FOTOLAR

27-ci ildir ki, işğal altında olan Xankəndində mayın 9-da işğalçı və terrorçu ermənilər 3 qat bayram(Şuşanın işğalı, faşizm üzərində qələbə və Qarabağ “özünümüdafiə ordusu”nun yaradılması) keçiriblər.

Turkustan.info “KarabakhTV”-yə istinadla xəbər verir ki, separatçı rejimin media vasitələri gecə saatlarında şəhərdə keçirilmiş böyük konsert və atəşfəşanlıqdan foto-görüntülər yayıblar. Məlumata görə, konsertdə 22 ölkədən musiqiçilərin qatıldığı ümumerməni orkestri, Ermənistan və Dağlıq Qarabağdan musiqi kollektivləri iştirak ediblər.

Xatırladaq ki, dünən gündüz saatlarında Xankəndində keçirilmiş hərbi parada və Şuşadakı digər tədbirlərə işğalçı Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan da qatılıb.  /Moderator.az/

24 Baxılıb