Türkiyədəki seçkidə Əbülfəz Elçibəy təbliğatı: FOTO+VİDEO

“İyi” Partiyanın prezidentliyə namizədi Meral Akşener maraqlı təbliğat forması ilə gündəmə gəlib. 

Turkustan.info xəbər verir ki, 24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkilərində hazırki prezident Rəcəb Tayyib Ərdoğanın əsas alternativi hesab olunan Meral Akşener təbliğat kampaniyasında Azərbaycan Xalq Cəbhəsinin lideri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəylə görüşündə çəkilən görüntülərdən istifadə edir. 

Həmçinin Elçibəylə görüşü zamanı xanım siyasətçi onunla olan dialoqunu paylaşaraq millətçilərin diqqətini üzərinə çəkib. Hesab olunur ki, Meral Akşener bununla millətçilərin səsini almağa çalışır. 

Qeyd edək ki, Əbülfəz Elçibəyin Türkiyə millətçiləri ilə çox sıx əlaqələri olub. O dövrdə Millətçi Hərəkat Partiyasının inkişafında da Elçibəyin böyük xidmətləri danılmazdır. Bu baxımdan, seçki analitikləri Akşenerin bu gedişini uğulu hesab edirlər.  /Cebhe.info/