Yadplanetlilərin mövcudluğu ilə bağlı yeni fakt aşkarlandı

Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, nəhəng kosmik teleskoplarla müşahidəsi mümkün olan ekzoplanetlərdəki mövsüm dəyişikliyi xüsusiyyətlərində yadplanetlilərin mövcudluğu ilə bağlı əlamətləri müəyyən etmək olar.

Turkustan.info Phys.org-a istinadla xəbər verir ki, Yerin şimal yarımkürəsində bitki örtüyü yaz aylarında atmosferdəki karbonun miqdarını azaldır. 

Astrobioloqlar güman edir ki, yeni nəsil teleskoplar ekzoplanetlərin atmosferin tərkibini və il ərzində fərdi qazların konsentrasiyasında dalğalanmaları yüksək dəqiqliklə müəyyənləşdirməyə kömək edəcək.

Fəsil dəyişkənliyi planetin Günəş ətrafında hərəkətindən asılıdır və orqanizmlərin həyat fəaliyyətinə təsir göstərir. 

Onlar metan və karbon qazından başqa, fəsillərin bir-birini əvəz etməsi vaxtı bütün qazların xarakterində dəyişkənliyi müəyyən ediblər.   /oxu.az/