Ağız qoxusunu necə aradan qaldıraq?

Ağız qoxusu həm bizi, həm də ətrafımızdakı insanları narahat edən səbəblərdən biridir. Görəsən, ağız qoxusunun yaranma səbəbi nədir? Onu aradan necə qaldıra bilərik? 

Turkustan.info xarici mediaya istinadən məlumat verir ki, gün ərzində qida qəbulunun azalması, aclıq və susuzluq ağızda tüpürcəyin miqdarını azaldan səbəblərdən biridir. Gecələr isə tüpürcək ifrazatı yuxuda tamamilə sıfırlanır, buna görə də ağızda selik hasilatı azalan zaman ağız özünü təmizləmək üçün ehtiyac duyduğu mayeni tapa bilmir. Bu səbəbdən xüsusilə səhərlər oyananda ağızdan pis qoxular yayılır. 

Diş təmizləmə əməliyyatı ilə yanaşı, dili fırçalamaq və diş ipi ilə diş aralarında toplanan yemək artıqlarını təmizləmək də ağız qoxusunu əngəlləyir. 

-Apteklərdə satılan nanə ətirli ağız qarqaraları, yeməklərlə birlikdə nanə və cəfəri yemək, alma yemək, şəkərsiz saqqız çeynəmək də ağız qoxusunu qarşısını almağa yardımçı olur,
-Limon şirəsinin içinə təzə nanə yarpağı atın, blenderdən keçirin və yeməkdən sonra yarım stəkan için,
-Yeməkdən sonra adi su ilə ağzınızı yaxalamağa vərdiş edin. Bu yemək qırıntılarını təmizləyir,
-Yatmazdan əvvəl heyva yeyin,
-Təzə əməkömənci yarpaqlarını çeynəyin, suyunu udun, oduncağını tüpürün, əməkömənci həm ağız yaralarını sağaldır, həm də ağız qoxusunu götürür.   /Cebhe.info/