Hər gecə qəbiristanlıqda məzar başında ağlayan qızın SİRRİ ÇÖZÜLDÜ

Türkiyənin Çorum şəhərində Ulu Məzarlıq adlanan qəbiristanlıqda peyda olan naməlum qız günlər sonra tapılıb.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, aprelin 28-dən axtarılan qızın psixoloji problemlərinin olduğu müəyyən edilib.

Məlum olub ki, qız ailəsi ilə yaşayır, psixoloji problemləri səbəbindən hər gecə qəbristanlığa gedib qəbirlərdən birinin yanında ağlayır. Bu hadisədə heç bir hüquq pozuntusu olmadığına görə, polislər sadəcə qızın ifadəsini alandan sonra ailəsinə təhvil verib.

Qeyd edək ki, aprelin 28-dən qəbristanlıq yaxınlığında işləyən şəxslər bir qızın qəbirlərdən birinin yanına gələrək ağladığını müşahidə edib. Bu barədə polisə məlumat verilib. Onlar gələndə qızı tapmayıblar. Bir neçə gün belə davam edən axtarışlardan sonra qəbristanlıq ətrafına kameralar yerləşdirilib. Polis hər gecə ərazidə müşahidə aparıb. Nəhayət, günlərdir davam edən axtarışlardan sonra bu gecə qız tapılıb.  /Publika.az /