İran raketinin İsraildə yaratdığı panika – VİDEO

Suriyadan İsrail ərazisinə atılan raketlərindən birinin toy mərasimində böyük panika yaratdığını əks etdirən görüntülər yayılıb.

Turkustan.info xəbər verir ki, görüntülərdə toy mərasiminin keçirildiyi ərazidə əvvəlcə hava həyəcanı siqnalının verilməsi eşidilir, daha sonra isə səmada raket görünür. Raket qonaqlar arasında panika yaradır və nəticədə onlar təcili şəkildə mərasimi tərk edirlər.

Videoda raketin havada ikən məhv edildiyi də görünür.

Qeyd edək ki, 10 mayda İsrail Suriya ərazisində İrana aid Qüds Briqadasının Qolan təpələrinə 20 raket atdığı haqqında məlumat yayıb. Məlumat sonradan Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. İsrail raketlərin hamısının Dəmir Günbəz vasitəsilə məhv edildiyini, buna cavab olaraq Suriyadakı İran obyektlərinə 28 qırıcının iştirakı ilə son illərin ən böyük əməliyyatının keçirildiyini açıqlayıb. Əməliyyat zamanı İrana aid 35 hərbi obyektin vurulduğu bildirilmişdi.