Muharrem İnce PKK-çı Demirtaşa azadlıq istədi: “Kürddür deyə…”

Türkiyədə CHP-nin prezidentliyə namizədi Muharrem İnce digər namizəd PKK-nın siyasi qanadı HDP-nin həbsdə olan həmsədri Selahattin Demirtaşı azadlıqda görmək istədiyini bildirib.

Turkustan.info xəbər verir ki, Muharrem İnce seçkidə rəqiblərdən birinin əli-qolu bağlı yarışmaya qatılımasının ədalətli olmadığını söyləyib: “Digər namizədlər azadlıqda təbliğat aparır, bir namizəd isə həbsdədir. Bu doğru deyil, bu bir müddət sonra vicdanları sızladar. Demirtaş kürddür deyə, ona nə olursa olsunmu deyəcəyik…”.