Gün: May 13, 2018

Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş “Şəmşirəm, nə gözəl diyar oğluyam ” adlı tədbir keçirildi

Sumqayıtda yerləşən M.Ə.Rəsulzadə adına kitabxanada Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş “Şəmşirəm, nə gözəl diyar oğluyam” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir “Dəlidağ” Ədəbi Birliyi və M.Ə.Rəsulzadə adına kitabxananın təşkilatçılığı ilə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Ofelya Qafarova qonaqları salamladı. Tədbir haqqında məlumat verdikdən sonra sözü tədbiri aparmaq […]

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün YENİ QAYDALAR

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Turkustan.info-nun xəbərinə görə, bu “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar”ında öz əksini tapıb. Qaydalara əsasən, ilk peşə, orta ixtisas və ali təhsil […]

Bakıda anbarda qalan avtomobillər ucuz qiymətə satışa çıxarıldı – QİYMƏTLƏR

Azərbaycanda avtomobil şirkətləri anbarda qalan avtomobilləri satmaq üçün satış şərtlərini dəyişirlər. Yəni, bəzi lizinq və kreditlə satılan avtomobillərdə ilkin ödənişi azaldılır, endirim və hədiyyələr təklif edilir. Bəzi satılmayan avtomobillər də əvvəlkindən daha ucuz təklif edilir. Avtomobil şirkətlərindən fins.az-a verilən məlumata görə, artıq 2016-cı ilə aid yeni modellər satışa çıxarılmağa başlayıb. […]

Tbilisidə polis və etirazçılar arasında qarşıdurma

Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub. Turkustan.info xəbər verir ki, Gürcüstan parlamentinin binası və ətraf ərazilərdə eyni vaxtda üç etiraz aksiyası keçirilir.  Etirazçıların dediyinə görə, onlar kimisə döymək və ya kimsə ilə vuruşmaq niyyətində deyillər. Yalnız “9 aprel” xatirə parkında şam yandırmaq istəyirlər.   /oxu.az/

Bakirə “ovçusu”, fahişə düşkünü, Stalin… – Diktatorların AĞLASIĞMAZ QƏRİBƏLİKLƏRİ

Diktatorlar ümumiyyətlə kaprizli və olduqca çətin başa düşülən insanlardır. Tətbiq etdiyi qaydalar və ətrafdakı insanlara qarşı davranışları da onların məntiqli olduğunu düşünməyimizə imkan vermir. Ağrı kəsicilərdən qorxu Turkustan.info 9 fərqli diktatorun tətbiq qaydaları və sevdikləri şeyləri təqdim edir.   İsveçli fahişələr və “Hennessy” konyaklarına düşkünlüyü ilə tanınan keçmiş Şimali Koreya […]

Beynimizin öhdəsindən gələ bilmədiyi tək şey: UNUTMAQ NİYƏ ÖZ ƏLİMİZDƏ DEYİL?

Doğulandan bəri beynimizin xəbərdar olduğu, ancaq yaşamımız boyunca tam anlamıyla öhdəsindən gələ bilmədiyi tək bir şey var – unutmaq. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, insan beyninin edə bildiyi hər şey artıq elmə məlumdur. Lakin beynin edə bilmədiyi şeylər də var: unutmaq və unutmamaq… Beyin sahib olduğu funksiyalar baxımından vücudumuz üçün […]

Çətin günümüzdə İngiltərə… – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada rəsmi səfərdədir. Turkustan.info xəbər verir ki,  Ərdoğan London səfəri zamanı kraliça II Yelizaveta və Baş nazir Tereza Meylə görüşəcək. Səfər çərçivəsində Yaxın Şərq və gündəmdə olan digər məsələlərlə yanaşı eyni zamanda iqtisadiyyat, enerji və Breksit sonrası qarşılıqlı ticarət dövriyyəsi imkanları müzakirə olunacaq. *** […]

Deputat şəhidin dəfnində güldü – VİDEO

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Özgür Özel adlı deputatın şəhidin dəfn mərasimində gülməsi medianın diqqətindən yayınmayıb. Turkustan.info xəbər verir ki, yanındakı şəxslə söhbət edən deputat harada olduğunun fərqinə varmayaraq gülür. Ö.Özelin bu hərəkəti Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb, onun ünvanına tənqidlər və təhqirlər yağdırılıb.  /Axar.az/

DİQQƏT! Hər gün yediyimiz bu qidalar siqaretdən daha təhlükəlidir – SİYAHI

Dünya Səhiyyə Təşkilatı siqaretdən daha təhlükəli hesab olunan 4 qidanın adını açıqlayıb. Turkustan.info xarici mətbuata istinadən həmin qidaların siyahısını təqdim edir: Kolbasa, sosiska kimi ət məhsulları Dünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, hər gün bu məhsullardan istifadə etmək xərçəng riskini 20 faiz artırır. Palma yağı DST palma yağını zəhər kimi səciyyələndirir. Aparılan […]

Netanyahu “Eurovision”un Yerusəlimdə keçirilməsinə söz verib

İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, gələn il “Eurovision” Yerusəlimdə keçiriləcək. Turkustan.info-nun məlumatına görə, bu barədə o, tvitterdə yazıb: “Sən İsrailə böyük şərəf gətirdin! Gələn il yarış Yerusəlimdə keçiriləcək!”   “Eurovision-2018”in qalibi İsraildən Netta adlı müğənni oldu. Müsabiqənin qaydalarına əsasən, gələn il yarış qalib ölkədə keçiriləcək.    /oxu.az/

“Özümü 20 yaşındakı kimi hiss edirəm” – Elçin sükutu pozdu

Bu gün -13 may tarixi Xalq yazıçısı, baş nazirin sabiq müavini Elçin Əfəndiyevin doğum günüdür. Yazıçının 75 yaşı tamam olur. Elçin Əfəndiyev 1943-cü ilin bu günündə Bakıda, tanınmış yazıçı İlyas Əfəndiyevin ailəsində dünyaya göz açıb. Modern.az saytı bu yaxınlarda baş nazirin müavini postundan azad edilmiş Elçin Əfəndiyevin doğum günü təəssüratlarını öyrənib. […]

Kremldən Paşinyana qarşı yeni plan – “Qarabağ kartı” masada

Rusiya Ermənistandakı nüfuzunu saxlamaq üçün alternativ variantlarını işə salmağa hazırlaşır. Kremlin o qədər də etibar etmədiyi yeni hökumətə qarşı oynaya biləcəyi və əvvəldən hazırlanmış “kartlar” arasında Qarabağ məsələsi də var.   Bu iddia Ermənistan KİV-də ekspertlərin dilindən səsləndirilir.   Erməni mənbələrin iddialarına görə, baş nazir seçildikdən sonra Rusiyaya qarşı ritorikasını […]

Səlim Müslümovu 15 ilədək həbs gözləyir

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun adı korrupsiya hadisəsində hallanır.  Turkustan.info bildirir ki, hüquqşünas Türkel Süleymanlı Sfera.az-a açıqlamasında sabiq nazirin hansı maddələrlə cinayət məsuliyyətinə cəlb oluna biləcəyindən danışıb: “Sabiq nazir haqda deyilənlər təsdiqini taparsa, bu zaman o Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma), 179-cu maddəsi (dövlət əmlakının mənimsənilməsi), […]

Sarkisyan: Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir

Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi məsələsilə bağlı fikirlərini təhlükəli adlandırıb. “Bir neçə gün öncə mətbuat konfransı zamanı baş nazirin söylədiyi fikirlər təhlükəlidir. Əminəm ki, Paşinyan bu fikirlərilə Ermənistanda vəziyyəti çətinləşdirməyə çalışmayıb. Lakin onun səsləndirdiyi bəyanatlar nəinki Azərbaycanın aqressiv reaksiyasına, hətta beynəlxalq […]

ADAU-nun rektoru Qırğızıstan Milli Aqrar Universitetində keçirilən tədbirlərdə iştikak edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Bişkek şəhərində K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetində ali təhsil müəssisəsinin yaranmasının 85 illik yubileyinə həsr olunan tədbirdə və MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar Şurasının növbəti iclasında iştirak edib. İbrahim Cəfərov Qırğızstan Milli Aqrar Universitetinin […]

Sürücülük imtahanı və sürücülük vəsiqəsinin dəyişdirilməsinə dair YENİ TƏLƏB

Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib. Qüvvədə olan Əsasnaməyə əsasən sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları Qeydiyyat İmtahan Məntəqəsində (QİM) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini […]

Biz Suriyada itki veririk, Əsəd isə… – İranlı deputat

İsrailin Suriyadakı İran mövqelərinə hücumundan sonra Bəşər Əsədin verdiyi passiv açıqlamalar üzərində düşünmək lazımdır. Turkustan.info xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Həşmətullah Fəlahat Pişə deyib. Hücumdan sonra Əsədin verdiyi açıqlamalara görə onu sərt tənqid edən millət vəkili bildirib ki, İran ordusu 6 ildir […]

Rusiya Paşinyanı araşdırır: Putinlə görüş nəyi dəyişəcək?

Bu görüş hələlik heç nəyi həll etməyəcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən görüşü şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib. “Ermənistanın bundan sonra yürüdəcəyi siyasi kursla bağlı dəqiq fikir söyləmək çətindir. Paşinyanın Qərb və ya rusiyapərəst olması bir […]

İranlı generaldan İsraillə bağlı AÇIQLAMA: Yox olmaları üçün…

İran İslam Respublikası ordusunun quru qoşunları komandanı General-mayor Heydəri, ABŞ prezidenti Donald Trampın Berkam nüvə müqaviləsindən geri çəkilməsini dəyərləndirib.   Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, General Heydəri, Trumpın qərarının İsrail üçün heç bir faydası olmayacağını vurğulayıb.   Trampın qərarının ancaq İsrailin məhv olma prosesini sürətləndirəcəyini bildirən General Heydəri, bu […]

“Eurovision-2018”-in qalibi müəyyənləşib – VİDEO

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi müəyyən edilib. Turkustan.info-nun məlumatına görə, builki müsabiqənin birincisi İsrail təmsilçisi Netta olub. O, “Toy” (Oyuncaq) mahnısını ifa edərək həm münsiflərdən, həm də ki tamaşaçılardan toplam 529 xal qazanıb.  II yeri 436 xalla Kipr tutub, müsabiqənin üçüncüsü isə Avstriya təmsilçisi olub – 346 xal.  Qeyd edək ki, Portuqaliyada keçirilən 63-cü “Eurovision” […]

Gürcüstanda nə baş verir? – RƏY

Mayın 12-də Gürcüstan güc strukturlarının “Bassiani” və “Qalerei” gecə klublarında həyata keçirdiyi xüsusi əməliyyat Tbilisidə etirazlara səbəb olub. Bu vəziyyət müxtəlif beynəlxalq ekspert cəmiyyətində geniş müzakirələrə səbəb olub. Turkustan.info-nun məlumatına görə, ekspertlərin bəzisi hesab edir ki, ermənilərin pis nümunəsi gürcülərə də mənfi təsir göstərib, digərləri isə düşünür ki, Gürcüstanda “məxməri” […]

“Paşinyan bu cür boş və mənasız ritorikadan çəkinməlidir” – ATƏT PA-nın vitse-prezidenti

“Ermənistanın baş naziri Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı çıxışları hazırda mövcud olan real vəziyyəti əks etdirmir və ictimai rəyi aldatmağa yönəlib”. Bunu tvitter hesabında millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qeyd edib. O, bəyan edib ki, regionun və ölkəsinin təhlükəsizliyi üçün Paşinyan bu cür boş və mənasız ritorikadan çəkinməlidir.

Bakı Türk Anadolu litseyində cümhuriyyətin 100 illiyi qeyd olundu – FOTOLAR

Bakı Türk Anadolu litseyində “Cumhuriyyətin 100. Yılında Anneler günü” tədbiri keçirilmiştir. Tədbirdə Litseyin 3e sinif şagirdlərinin hazırladıqları müsiqi, şeir və rəsm sərgisi nümayiş olunmuşdur. Tədbiri giriş sözü ilə açan Okul müdürü Nurullah Yazıcı günün öneminden bəhs etmişdir. Valideynlər adına çıxış eden Tünzalə Məmmədzadə sınıf müellimi Ümit Çınara təşəkkürünü bildirmişdir. Tədbir […]