ADAU-nun rektoru Qırğızıstan Milli Aqrar Universitetində keçirilən tədbirlərdə iştikak edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Bişkek şəhərində K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetində ali təhsil müəssisəsinin yaranmasının 85 illik yubileyinə həsr olunan tədbirdə və MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar Şurasının növbəti iclasında iştirak edib.

İbrahim Cəfərov Qırğızstan Milli Aqrar Universitetinin rektoru, professor Rısbek Nurqazıyevə universitetin 85 illiyi münasibətilə səmimi qəlbdən təbrikini çatdırıb. Rektor səmimi təbriklərə görə İbrahim Cəfərova dərin təşəkkürünü bildirib.

MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar Şurasının bu iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın aparıcı ali aqrar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

İclas “Qlobal çağırışlar şəraitində aqrar təhsil və elm” mövzusuna həsr olunub. Qeyd edək ki, 2013 və 2017-ci illərdə MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar Şurasının iclasları ADAU-da keçirilib. 2017-ci ildə keçirilən iclas çərçivəsində “MDB ölkələrinin aqrar-sənaye kompleksi üçün bitki mühafizəsi və kadr hazırlığı problemləri” müzakirə edilib.