İran üçün həyəcan təbili: İsraildən həlledici hücum

İranın Suriyadakı hərbi varlığı tamamilə yox edilməlidir.

Turkustan.info xəbər verir ki, bu sözləri İsrailin İnşaat naziri və Təhlükəsizlik komitəsinin üzvü Yoav Qalant deyib.

“İran imperialist terror dövlətidir. Bu ölkəni Suriyadan çıxarmaq üçün gözəl şans yaranıb və biz bundan istifadə etməliyik. Vaxt yetişmişkən hücum etməli və İranı öz şüşəsinin içinə soxmalıyıq”, – Qalant bildirib.

O, həmçinin bəzi qüvvələrin İsraillə Ərəb ölkələri arasında müharibə başlatmağa çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, 10 mayda İsrail Suriya ərazisində İrana aid Qüds Briqadasının Qolan təpələrinə 20 raket atdığı haqqında məlumat yayıb. Məlumat sonradan Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. İsrail raketlərin hamısının Dəmir Günbəz vasitəsilə məhv edildiyini, buna cavab olaraq Suriyadakı İran obyektlərinə 28 qırıcının iştirakı ilə son illərin ən böyük əməliyyatının keçirildiyini açıqlayıb.

Əməliyyat zamanı İrana aid 35 hərbi obyektin vurulduğu bildirilmişdi.  /Axar.az/