Netanyahu yenə dediyini dedi: “Sabah ABŞ səfirliyi Qüdsə köçürülür”

Fələstinlilərlə istənilən razılaşma çərçivəsində Qüds İsrailin paytaxtı olaraq qalacaq.

Turkustan.info-nun TASS-a istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib. O, israillilərin qeyd etdiyi Qüds gününə və sabah ABŞ səfirliyinin Qüdsə köçürülməsi tədbirində iştirak etmək üçün gələn amerikalı qonaqların şərəfinə təşkil olunmuş qəbulda deyib:

“Qüdsün İsrailin paytaxtı kimi tanınması səbəbindən ABŞ prezidenti Donald Trampa minnətdarıq və həmişə minnətdar olacağıq. Artıq sabah ABŞ səfirliyinin Qüdsə köçürülməsi prosesi baş tutacaq. Bu qərar bir həqiqəti xatırladır: Qüds 3 min il İsrailin paytaxtı olub, son 70 ildə də İsrailin paytaxtıdır və hər zaman İsrailin paytaxtı olaraq qalacaq”.