Spiker canlı yayımda hönkür-hönkür ağladı – VİDEO

Super Liqada mübarizə aparan “Konyaspor” liqada qalmağı təmin edib.

Ötən gün keçirilən matçlarda “Beşiktaş” “Osmanlıspor”u 3:2 hesabı ilə məğlub edib, “Alanyaspor” isə “Sivasspor”la bərabərə qalıb.

Matçların nəticəsinə görə, Konya təmsilçisi liqada qalmağı təmin edib. Konyanın yerli televiziyası “KonTV”nin spikeri Mustafa Durmuş isə matçlar haqqında bilgi verərkən göz yaşlarını saxlaya bilməyib. Spiker canlı yayımda hönkür-hönkür ağlayıb.

O anların görüntüləri sosial mediada yüzlərlə insan tərəfindən paylaşılıb.   /eurasiadiary.com/