Türkiyə üçün ƏFQAN TƏHLÜKƏSİ: ABŞ və BƏƏ Talibanın üzünü Qərbə çevirdi

ABŞ və Birləşmiş Ərəb Əmirlikləri bəzi ölkələrin humanitar yardım həssaslığından ustalıqla istifadə edir və böhranları fürsətə çevirir.

Turkustan.info xəbər verir ki, xüsusilə, Türkiyənin bu mövzudakı həssaslığı strateji silaha çevrilir.

Belə ki, İran vasitəsilə Türkiyəyə köç edən əfqanların yol xəritəsini altından ABŞ və BƏƏ kimi ölkələr çıxıb. Taliban və Əl Qaidə terror təşkilatlarının vasitəsilə qaçqınları Türkiyəyə yönləndirən BƏƏ bu oyunla Türkiyənin humanitar yardımını istismar etmək, özəlliklə, Suriyada əməkdaşlıq etdiyi qonşusu İran ilə münasibətlərini pozmağı hədəfləyib. Hətta bu oyun üçün orqan mafyaları da maliyyələşdirilir.

ABŞ-ın Əfqanıstandakı səfiri Con Bassın Əfqanıstana getdikdən sonra bombalı hücumların artması və İrandan keçərək Türkiyəyə axın edənlərin çoxalması diqqət çəkir.

Qaçqınların axını 2018-ci ilin son 3 ayında xüsusilə artıb. Qısa müddətdə bu say 20 000-ə çatıb. Minlərlə kilometr məsafəni piyada gəzən qaçqınlar Türkiyənin Iğdır, Van, Ağrı vilayətlərindən giriş edib. Hazırda qonşu ölkədə 30 000-ə yaxın əfqan qaçqın var. Bunlardan 7100 nəfər daha sonra təyyarələrlə geri göndərilib.

Planın bir hədəfi əfqanları Avropaya göndərməkdirsə, digər hədəfi Türkiyə – İran münasibətlərinə müdaxilə etməkdir. Həmçinin, Türkiyəni dünya ictimaiyyəti önündə humanitar yardım həssaslığını sınağa çəkmək də BƏƏ və bəzi körfəz ölkələrinin niyyətidir. Suriyadakı vətəndaş müharibəsi zamanı açıq qapı siyasəti tətbiq edərək 3,5 milyon suriyalıya qucaq açan Türkiyə üçün “Əfqanlar 300 kilometr yolu qət edib Türkiyəyə gəlir, ancaq orada küçədə yatırlar” təəssüratı yaratmaq istəyirlər.

Əfqan oyununda ən diqqət çəkən məqam isə qaçqınlar arasında Taliban və Əl Qaidə terrorçularının olub-olmadığıdır. Çünki ABŞ-ın Əfqanıstandakı səfiri daha öncə Türkiyədə işləyib, Əfqanıstana getdikdən sonra isə bombalı partlayışların sayı xeyli artıb.     /Publika.az/