“Xanımıma zəng edib deyirdilər ki, ƏRİN YANIMDADIR” – Əməkdar artistdən maraqlı açıqlama

“Xoşbəxt kişiyəm ki, bəxtimə belə bir qadın çıxıb”

Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov şəxsi həyatından danışıb.

Aktyor həyat yoldaşı ilə bağlı yeniçağ.az-a maraqlı etiraflar edib:

“Xanımım məni heç vaxt qısqanmayıb. Çünki ailə quranda bilirdi ki, aktyorla ailə qurur. Mənim səhnədə tərəf müqabillərimin, eləcə də aktyor kimi fanatlarımın olacağını gözə almışdı. Biz yeni ailə qurduğumuz vaxtlarda qadınlar xanımıma zəng edib deyirdilər ki, ərin yanımdadı. O da deyirdi ki, eybi yoxdur, yanınızda olsun, onsuz da axşam evinə gələcək. Həyat yoldaşım müdrik qadın olub və həmişə mənə dəstək olub. İndi də bir nəvəmiz var. Xoşbəxt kişiyəm ki, bəxtimə belə bir qadın çıxıb”.   /Minval.info/