Ərdoğanın görüş dəvətindən imtina edən türk ulduz kimdir?

Görüşdə iştirak edən Özil və Gündoğan Almaniya Futbol Federasiyası tərəfindən Ərdoğanın seçki kampaniyasına alət olmaqda ittiham edilib

“Liverpul” klubunda oynayan türk əsilli Almaniya vətəndaşı Əmrə Can Böyük Britaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətini rədd edib. Bu barədə Sputnik Azərbaycan Almaniyanın Die Welt nəşrinə istinadən məlumat yayıb.

Liverpul klubunun yarımmüdafiəçisi Əmrə Can
  Qeyd edək ki, Canla yanaşı Ərdoğanla görüşə Məsut Özil və İlkay Gündoğan da dəvət edilib. Görüş zamanı onlar prezidentə imzalı formalarını hədiyyə ediblər. Görüşdə iştirak edən Özil və Gündoğan Almaniya Futbol Federasiyası tərəfindən Ərdoğanın seçki kampaniyasına alət olmaqda ittiham edilib.