Gürcüstanı qarışdıran güc: Saakaşvilinin DÖNÜŞ PLANI

Mixail Saakaşvili: “Ölkədə işsizlik böhran həddinə çatıb” 

Gürcüstanın paytaxtı Tiflisdə başlanmış etiraz aksiyaları siyasi müstəviyə keçmək üzrədir. “Gürcü Marşı” radikal millətçi partiyasının parlamentin binası qarşısında silsilə aksiyaların davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, etirazlara səbəb mayın 12-də polisin Tiflisin gecə klublarında narkotiklərə qarşı mübarizə əməliyyatı keçirməsi olub. Gənclər, vətəndaş cəmiyyəti təşkilatları polisin xüsusi zorakılığa yol verdiyinə görə etiraz aksiyalarına başlayıb. Müxalifət partiyaları isə hökumətin ölkədə siyasi vəziyyəti nəzarətə gücləndirmək məqsədilə belə addım atdığını bəyan edir. Son günlər Gürcüstanın siyasi həyatında müşahidə olunan fəallığın hakimiyyəti zorakı tədbirlərə əl atmağa vadar etdiyinə dair iddiaları ortaya çıxarıb. Müxalifət lideri, eks-prezident Mixail Saakaşvili Gürcüstana qayıtmaq və növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açiılayib. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qurucusu, milyarder Bdzina İvanişvili Tiflisə qayıdaraq mayın 11-də həmin siyasi təşkilatın sədri seçilib. Artıq Gürcüstanda ictimai fəallığın artması siyasi rəqabətə də təsir göstərir. Gürcüstanın daxili işlər naziri Georqi Qaqariya parlamentin binası qarşısında aksiya iştirakçılarından üzr istəsə də vəziyyət sabitləşmir.

Gürcüstan Gənclərinin Mili Alyansı və neonasist mövqeli Gürcüstan Milli Birliyi təşkilatlarının üzvləri palamentin qarşısındakı meydanı tutublar. Gürcü Marşı Partiyasının sədri Sandro Breqadze dünən saatb 18:00-da Filarmoniyanın binasından başlanaraq parlamentin qarşısına qədər keçirilən yürüşün mayın 17-ə qədər davam edəcəyini bildirib. Hadisələrə münasibət bildirən Gürcüstan prezidenti Georgi Marqvelaşvili isə narkotiklərlə mübarizə tədbirlərinin davam etdiriləcəyini qeyd edib: ”Birincisi, mən vurğuladım ki, narkosiyasət çox liberal olmalıdır.  İkincisi, narkotiklərlə mübarizə istehlakçıdan dilerə deyil, dilerdən tədarükçüyə və ondan yuxarı olmalıdır”. 

Eks-prezident Saakaşvili isə dövlət başçısı olduğu dövrdə baş vermiş bir sıra “təhriflər”in bu günkü vəziyyətə gətirib çıxartdığını deyib. Mixail Saakaşvili bildirib ki, narkosiyasət məsələsində liberallaşmanın tərəfdarları gənclərin etiraz aksiyaları milyarder Bidzina İvanişvilinin qeyri-rəsmi hökmü sayəsində ortaya çıxan dağıdıcı proseslər səbəb olub. “Bu gün Gürcüstanda, xüsusilə də gənclər arasında işsizlik böhranı yaşanır. Oliqarx İvanişvilinin qeyri-rəsmi hakimiyyəti altında digər ağır sosial problemlər həll olunmamış qalır. Mənim səhvlərim ucbatından hakimiyyət İvanişvilinin və onun komandasının əlinə keçib. Mən Gürcüstana qayıtmalı və bu səhvlərimi düzəltməliyəm. Mənim idarəçiliyim dövründə Gürcüstan inkişaf etdi, əksər vəzifələr gənclərə verildi. Amma təhriflər də oldu”-deyə Saakaşvili qeyd edib.    /Cebhe.info/