SON XƏBƏR

Xuraman Şuşalı “çox mədəniyyətsiz insansınız” deyib studiyanı tərk etdi – VİDEO

Bu gün Xuraman Şuşalı Kamran Həsənlinin aparıcısı olduğu “Onda başladıq” verilişində qalmaqal yaşayıb.

Verilişin eksperti İntiqam Valehoğlu müğənniyə “Sizin xınayaxdı aparmağa mənəvi haqqınız yoxdu” sözlərini deyib. Müğənni isə onun bu sözlərinə əsəbiləşərək, verilişi tərk edib:

“Mən AzTV kanalının yetirməsiyəm. “Bənövşə” uşaq xorunun aparıcısı olmuşam. Siz indi gəlib burada otura bilərsiz, amma sizin yeriniz efir deyil. Mən fikir verirəm ki, heç sizin mənəvi haqqınız yoxdur ki, danışasınız. Siz insan kimi insan deyilsiz. Sizin səviyyənizə düşüb burada oturmaq istəmirəm. Çox mədəniyyətsiz insansız”.   /Minval.İnfo/

paylaş