ATƏT PA-nın vitse prezidenti Azay Quliyevdən “Səməd Seyidov” MESAJI

ATƏT Parlament Assambleyasının vitse prezidenti Azay Quliyev AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq olunan sanksiyaya münasibətini açıqlayıb.

Turkustan.info xəbər verir ki, Azay Quliyev Twitter hesabında bu sözləri yazıb:

  • AŞPA-nın nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq olunan sanksiyanı əsassız və ədalətsiz hesab edirəm. Saxta məlumatlar əsasında hazırlanan,qəbul olunan bu qərar tam qərəzlidir və ölkəmizə qarşı uzun müddət aparılan təzyiq kampaniyasının tərkib hissəsi, davamıdır.