Ermənistan yenidən qarışdı – Paşinyana qarşı etirazlar başladı

Ermənistan paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.

Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, binanın önünə yığışan hərbi komissarlıqların əməkdaşları optimallaşma prosesinin ləğvini tələb ediblər. 

Baş nazir iqamətgahının yerləşdiyi Baqramyan prospektində taksi sürücüləri isə yolu qismən bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər. Aksiya iştirakçıları lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələrin bağışlanmasını istəyirlər. 

Ekspertlərin dediyinə görə, Nikol Paşinyan seçim qarşısında qalıb. Onu hakimiyyətə gətirən xalqın tələblərini yerinə yetirməsə, çətin vəziyyətə düşəcək. 

Etirazçıların hamısı baş nazirin nümayəndələri ilə görüş tələb edirlər.  /BakuPost/