Merkel tərəfini seçdi: “Almaniya İsrailin yanındadır”

Almaniya kansleri Angela Merkel İsrailin baş naziri Benyamin Netenyahuya zəng edib.

Turkustan.info xəbər verir ki, telefon danışığında onlar Qüdsdə yaşanan hadisələri müzakirə ediblər.

Merkel hadisələrin bölgədə sabitliyi pozduğunu dilə gətirib. Bundan başqa Almaniya kansleri İsrailin quruluş ildönümünü təbrik edərək, bölgədə baş verən hadisələrdən narahat olduğunu ifadə edib.

Almaniya kansleri İsrailin təhlükəsizliklə bağlı narahatlığını anladıqlarını bildirib.

Angela Merkel nüvə müqaviləsi məsələsinə də toxunub. Bildirib ki, İran üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi müddətcə, Almaniya İngiltərə və Fransa kimi anlaşmaya sadiq qalacaq.    /A24.Az/